Türkiyənin Çorum şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində azı 1 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, bu barədə eyniadlı vilayətin qubernatoru Əli Çalqan məlumat verib.
"Bizdə olan məlumatlara görə, məişətdə qazın partlaması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb", o "TRT Haber" telekanalına açıqlamasında bildirib.
Partlayış nəticəsində evin bir neçə mərtəbəsi, demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə zərər dəyib.oxu)