CHP sədri Özgür Özəl İstanbul Böyükəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun növbəti prezident seçkilərində namizəd olacağı ilə bağlı məlumata aydınlıq gətirib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlıumat yayıb.
“Məncə, namizəd seçimində Əkrəm bəyi seçdiyimizi desəm, heç kimin deyəcək sözü qalmayacaq, amma ictimai auditoriya baxımından Mənsur Yavaş reallığı da var. Bizim Əkrəm bəyi seçib, Mənsur bəyi və onun sevdiklərini incitmək, Mənsur bəyi seçib, Əkrəm bəyi və onun sevdiklərini incitmək kimi üstünlüyümüz yoxdur”, - partiya sədri qeyd edib.