Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi

Ukraynanın Kursk bölgəsində ispan silahlarından istifadə etməsinə dair məlumatım yoxdur. Sozcu.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib. O bildirib ki, Kiyevə verilən silahlardan necə istifadə edəcəyini Ukrayna özü müəyyən edir. "Bu müharibədir və ona görə də Ukrayna lazım bildiyi silahlardan hər an istifadə edəcək".

Ukrayna F-16-lardan Kurskda istifadə edib?

Ukrayna ordusu Kursk vilayətinə hücum zamanı Qərbdən alınan F-16 qırıcılarından istifadə etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Ukrayna tərəfi bu istiqamətdə döyüşlərdə ilk dəfə aviasiyadan istifadə edib, lakin döyüşlərə F-16-lar yox, Su-27-lər qatılıb”, - məlumatda qeyd olunub. Nəşrin məlumatına görə, Ukrayna hərbi komandanlığı F-16-dan Rusiya hərbi obyektlərinə ​​riskli hücumlar üçün deyil, hava hücumundan müdafiə patrulları üçün istifadə etməyi planlaşdırır.

Rusiya ilin sonunda yenidən səfərbərlik elan edəcək

Rusiya 2024-cü ilin sonunda yeni səfərbərliyə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb. "Rusiya ordusu hərbi personal çatışmazlığı yaşayır və cəbhədə itkilər verir - bu, ikinci səfərbərlik dalğasına səbəb ola bilər", - "Bloomberg" Kremlə və RF Müdafiə Nazirliyinə yaxın bir neçə mənbəyə istinadən yazır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri hərbi itkilər maksimum həddə çatıb. Birdəfəlik ödənişləri və digər bonusları artırmaqla problemi həll etməyə çalışırlar, lakin yaranan kəsiri tam bağlamaq mümkün deyil. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu problemi hər kəsə açıq şəkildə göstərib və buna görə də Rusiya hakimiyyəti yeni səfərbərliyə başlaya bilər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu, Ukraynada döyüşlərdə səfərbər olanların “istirahət üçün” rotasiya tədbiri kimi təqdim edilə bilər. Başqa bir mənbə layihənin 2024-cü ilin sonunda elan oluna biləcəyini söyləyib.

Rusları dəhşətə salan hücum: Zelenski mesaj göndərdi

Ukraynanın Rusiya ərazilərinə soxulmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub. “Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, - materialıda bildirilib. Nəşr yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər: “Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?” “Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb: “Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”. Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib: “Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”.

Rusiya Ukraynaya qarşı taktiki nüvə silahı tətbiq edə bilərmi?

Bu sual Ukrayna müharibəsi ilə bağlı hər kəsi maraqlandıran əsas suallardan biridir. Bu gün Rusiya “Telegram” kanallarında adının çəkilməsini istəməyən diplomatik mənbəyə istinadən bu mövzuda maraqlı məlumat yayılıb. Rusiyalı həmin mənbə bildirib ki, Kursk hadisələri ilə əlaqədar Moskvanın nüvə silahına əl atması mümkün deyil. O deyib ki, nüvə silahının tətbiqi beynəlxalq səviyyəli fövqəladə hadisə olar və Moskva bu addımın həm dünya siyasətinə təsirlərini, həm də nüvə dövlətlərinin mövqeyini nəzərə almalıdır.  “Rusiyanın tərəfdaşları Çin və Hindistan ümumiyyətlə, bu məsələnin qoyuluşuna qarşıdırlar. Vaşinqtonun mövqeyi məlumdur – onlar bu halda qeyri-nüvə xarakterli zərbə ilə cavab verəcəklər. Britaniya isə Ukraynaya taktiki nüvə silahı verməyi nəzərdən keçirəcək” – deyə həmin mənbə əlavə edib. Onun sözlərinə görə, hərbi əməliyyat zonasında taktiki nüvə silahının tətbiqi Ukrayna ordusunun kapitulyasiyasına səbəb olmayacaq və Rusiyanın ciddi təcridinə, ağır beynəlxalq böhranın yaranmasına aparıb çıxaracaq. Bir rusiyalı təhlükəsizlik eksperti isə bildirib ki, Rusiya rəhbərliyi nüvə silahının tətbiqini nəzərdən keçirmir və bu mövzu yalnız publisistikada mövcuddur.  Öz tərəfimdən əlavə edim ki, hazırda ATACMS taktiki ballistik raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi üçün Kiyev və Vaşinqton arasında danışıqlar gedir. Bu gün Kiyevə gələn ABŞ senatorları – demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem Kursk əməliyyatına tam dəstək ifadə edərək Ukraynaya hər cür silahın verilməsi üçün Baydenə təzyiq göstərəcəklərini bildiriblər. Şahin Cəfərli, politoloq

Ukrayna ordusu Yəhya kilsəsində: ruslar mühasirədə...

Ukrayna Silahlı Qüvvələri Maxnovkada Psel çayının şərq sahilinə, Baptist Yəhya kilsəsinin yaxınlığına qədər irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Yan Matveyev məlumat verib. O bildirib ki, Ukrayna ordusu Suca şəhərinin ortasından keçən Psel çayını adlayıblar: "Əgər rus qoşunları həqiqətən şəhərin mərkəzindədirsə, demək ki, orada mühasirəyə düşüblər".

Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? – Yeni rəqəm

Ukrayna Rusiyanın 100 kvadrat kilometr ərazisini ələ keçirib və yüzlərlə hərbçisini əsir götürüb. Sozcu.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet bildirib ki, Rusiyaya hücumda Ukraynanın elit briqadaları iştirak edib. Onlar hücumu Almaniya və ABŞ texnikaları ilə həyata keçiriblər. Qəzetə açıqlama verən ukraynalı hərbi bloger Yuri Podolyak Ukraynanın yeni və daha böyük hücum hazırladığını bildirib. “Bu, sərhəddəki döyüşlərin sonu deyil. Sabah-birigün biz artıq başqa istiqamət barədə danışacağıq”.

Ukrayna səfirliyindən Meksikaya müraciət: Putini həbs edin!

Ukraynanın Mexikodakı səfirliyi ölkə hökumətini Rusiya prezidenti Vladimir Putinin Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı səfirlik hökumətə rəsmi müraciət ünvanlayıb.  İnauqurasiyanın oktyabrın 1-də keçirilməsi planlaşdırılır. Ukraynalı diplomatlar Putinin hərbi cinayətkar kimi həbs edilməsi üçün BCM-nin orderini xatırladıblar, lakin Meksika rəsmiləri bildiriblər ki, Rusiya Federasiyası və Ukrayna da daxil olmaqla bütün ölkələrin liderlərini dəvət etmək standart təcrübədir.  Həkim tap Bundan əvvəl "El Universal" yazıb ki, Meksika hökuməti Putinə ölkə BCM-nin iştirakçısı olarkən inauqurasiyaya dəvət göndərib. Ölkənin Xarici İşlər Nazirliyi izahat verib ki, Meksikanın diplomatik əlaqələr saxladığı bütün ölkələrə dəvət göndərilib. 

Harris Trampı 4 faiz üstələyir

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərindəki dəstək fərqini rekord 4 faiz bəndinə yüksəldib.  Sozcu.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı “Morning Consult”un keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.  Bildirilir ki, sorğu iştirakçılarının 48 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, respondentlərin 44 faizi isə Trampa üstünlük verib. Beləliklə, fərq Harrisin xeyrinə rekord səviyyəyə yüksələrək 4 faiz bəndinə çatıb. Həkim tap Avqustun 2-dən 4-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 11 mindən çox amerikalı seçici iştirak edib. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

HƏMAS-ın öldürülən liderinin - Dosyesi

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, Haniyə yanvarın 29-u 1962-ci ildə Qəzza zolağının Əl-Şati qaçqın düşərgəsində doğulub. O, 1987-ci ildə Qəzza İslam Universitetindən məzun olub. 1989-cu ildə HƏMAS üzvü olduğu əsas gətirilərək həbs olunan Haniyə 3 il sonra sərbəst buraxılır və İsrail tərəfindən Livanın cənubuna sürgün olunur. 1 il sonra isə Qəzzaya geri dönür. Haniyə 2006-cı ilin 19 fevralında Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilir. O, 2006-cı ilin oktyabrında FƏTH hərəkatı ilə HƏMAS arasında yaranan qarşıdurma fonunda karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulub. 2007-ci ilin iyununda isə FƏTH və HƏMAS qarşıdurmasının gərginləşməsinə görə Mahmud Abbasın fərmanı ilə Haniyənin koalisiya hökuməti buraxılır. Lakin HƏMAS tərəfdarları Abbasın qərarını və yeni hökumətinin legitimliyini tanımadıqları üçün Haniyə kabineti işini davam etdirib. ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib. Haniyə evli olub, 13 övladı var. 2014-cü ildə dərc olunan məqaləyə görə, Haniyənin sərvəti Misirdən Qəzza zolağına tünellər vasitəsilə gələn bütün əşyalardan alınan 20 faiz vergi hesabına formalaşıb. Onun bir çox qohumları, bacı və qardaşı İsrailin himayəsi, bu ölkənin vətəndaşlığı altında yaşayır. İddia olunur ki, Haniyənin bacılarının övladları İsrail Müdafiə Qüvvələrində vəzifədə olub. Bacısı, qızı, nəvəsi və qayınanası İsrail xəstəxanalarında müalicə olunub. O, 2020-ci ildə Tehran şəhərinə səfər edərək Qasım Süleymaninin cənazəsinə qatılıb. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.

Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...

Bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib... Çin ilk vaxtlar Çin-Rusiya birgə layihəsi kimi təqdim olunmuş uzunmənzilli, geniş gövdəli "C929" təyyarəsinin yaradılması layihəsini Rusiyanın iştirakı olmadan davam etdirmək qərarına gəlib. Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Nəşr bildirir ki, indi Böyük Britaniyanın “Farnboro” Beynəlxalq Aviasiya Sərgisində yerləşdirilən Çin təyyarə istehsal edən "COMAC" korporasiyasının stendində təyyarənin modelində və onun təsvirində artıq Rusiyanın adı çəkilmir. Şirkət jurnalistlərə bildirib ki, Çin bu layihə üzərində ruslar olmadan işləyir. Eyni zamanda, Rusiyanın artıq layihələr təqdim etməməsinin səbəblərini də açıqlamayıblar. Uzunmənzilli təyyarə layihəsi əvvəllər "CR929" adlanırdı və "Boeing" və "Airbus" tərəfindən istehsal edilən təyyarələrlə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Rusiyanın "Rostex" korporasiyası layihənin adındakı “C” hərfinin Çini, “R” hərfinin isə Rusiyanı ifadə etdiyini iddia edirdi. Moderator.az-ın araşdırmasndan bəlli olub ki, Çin və Rusiya Federasiyası “CR929”-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəliblər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin “Airbus” və “Boeing” təyyarələri ilə rəqabət aparacağı güman edilirdi. Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı... Onu  da xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib...

ABŞ prezident seçkilərində Baydeni kim əvəz edə bilər? - Siyahı

Demokratların ABŞ prezidentliyinə namizədi partiyanın qurultayında müəyyənləşəcək. ABŞ-ın ən böyük media quruluşları hesab edilən “The Washington Post“, “The New York Times“ və “USA Today”, “The Economist” jurnalı, “Axios” və “Business Insider” portalları Baydenin əvəzinə Demokratlar partiyasından namizədliyə mümkün namizədlərin siyahısını hazırlayıb. Siyahılar müxtəlif olsa da siyahılarda bir neçə şəxs önə çıxıb. Həmin şəxslər aşağıdakılardır: - Vitse-prezident Kamala Harris. Qeyd edək ki, bu gün Bayden də onu dəstəklədiyini açıqlayıb. 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. O 2019-cu ildə prezidentlik kampaniyasına başlamış, lakin həmin ilin dekabrında onu başa çatdırmışdı. - Mişel Obama. Sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. 60 yaş. - Pit Butticiç. Nəqliyyat naziri. 42 yaş. O həmçinin Əfqanıstan müharibəsi veteranıdır. Qeyd edək ki, o, 2020-ci ildə Demokratlar arasında Baydenin əsas rəqiblərindən biri idi. - Emi Klobuşar. Minnesotadan olan 64 yaşlı senator da 2019-2020-ci illərdə Demokratlar arasındakı namizədlik uğrunda Baydenin rəqiblərindən biri idi. - Gevin Nyusom. 56 yaşlı Kaliforniya qubernatoru Nyusom 2023-cü ilin oktyabrında Pekinə səfər edərək Çin Prezidenti Si Cinpin ilə də görüşmüşdü. - Rafael Uornok. Corciya ştatından olan 54 yaşlı senator. ABŞ Senatında Corciya ştatını təmsil edən ilk afroamerikalı. - Cey Pritzker. 59 yaşlı siyasətçi İllinoys ştatının qubernatorudur. Qeyd edək ki, onun ailəsi Hyatt otellər şəbəkəsinin sahibidir. - Coş Şapiro. Pensilvaniyanın qubernatorudur. 51 yaşı var. (APA)