Əgər Tramp Putinə həqiqətən zəng edibsə... - Britaniya

Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığı Ukrayna üçün yaxşı əlamətdir. Belə bir çağırış Vaşinqtonun ukraynalılara dəstəyini davam etdirəcəyini göstərə bilər.

Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

“Əgər Trampın Putinlə söhbəti barədə şayiələr doğrudursa, bu, Tramp administrasiyasının Ukraynanı dəstəkləyəcəyinə dair çox yaxşı ilk addım və erkən işarədir”, - nazir bildirib.

Hilki qeyd edib ki, Rusiya kimi ölkələr beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkə bilsələr, bu, bütün ölkələrin təhlükəsizliyinə xələl gətirən bir siqnaldır.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri peskov 7 noyabrda Trampın Putinə zəng etdiyi barədə "Vaşinqton Postun" yaydığı məlumatı təkzib edib.

Share on Facebook