Ukrayna az qan tökməklə bu şəhəri ala bilər

Rus işğalçıları Baxmut istiqamətində nəhəng qüvvələr cəmləşdiriblər, lakin düşmənin mənəvi-psixoloji durumu aşağı səviyyədədir. Onlar yaxın həftələrdə Baxmutu tərk edə bilər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib. Yaqun bildirib ki, ruslar Baxmut yaxınlığında mövqelər və əlavə müdafiə xətləri hazırlayıb: “Üstəlik, onlar artıq Baxmuta hücumdan əvvəl, bütün bu kampaniya başlayanda orada dayanmışdılar. Ona görə də geri çəkiləcəkləri təqdirdə bu xətlərə gedəcəklərindən şübhələnirəm. Təəssüf ki, onlar o istiqamətdə çox sayda qoşun toplayıblar, rəqəmlər artıq bizə məlumdur”. O qeyd edib ki, Baxmutu çox az qan tökməklə və daha yaxşı metodla azad etmək olar: “Güman ki, yaxın gələcəkdə ruslar iki çətin seçim arasında qalacaqlar: ya Baxmutda qalıb başqa bir “Brest qalasını” mühasirəyə alacaqlar, ya da geri çəkiləcəklər. Düşünürəm ki, bir-iki həftədən sonra bizim üçün müsbət qərar veriləcək”.

Rus ordusunda itki dəhşətlidir, parçalana bilər - Uolles

Rusiya Moskvanın etiraf etmək istədiyindən daha həssasdır. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. “Rusiya ordusunun iyerarxiyasında parçalanma olduqca realdır, itkilərin səviyyəsi dəhşətlidir”, - Uolles bildirib. Nazir Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə qarşı olduqca ehtiyatlı yanaşdığını da vurğulayıb: “Ruslar çox ehtiyatlıdırlar və təxribat yaratmamağa çalışırlar. İddia etmək olar ki, alyans özü-özünü idarə edir. Beşinci maddənin çəkindirici amili də qüvvədədir”.

Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib. “Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə - 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib", - Çerevatıy bildirib. O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik dövründə Sovet qoşunlarının 120 min şəxsi heyəti var idi. Çerevatıy qeyd edib ki, “Z” adlandırılan hücum bölmələri Liman-Kupyansk istiqamətində cəmləşdirdilib. Natiq vurğulayıb ki, ruslar Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədirlər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski də rus ordusunun Kumyansk istiqamətində Ukrayna ordusunu darmadağın etmək üçün hücuma keçdiyini açıqlayıb.

Ukrayna yenə bunu bacardı: Krım körpüsünə hücum...

Krım körpüsünə gecə hücumu Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır. Sozcu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hər iki güc strukturu gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib: “Körpüyə dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”. Qeyd edək ki, bu gün Krım körpüsündə baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 506-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 236 590 hərbçi, 4097 ədəd tank, 8008 ədəd zirehli döyüş maşını, 4449 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 423 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7019 ədəd avtomobil texnikası, 3783 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 662 xüsusi avadanlıq itirib.

Rusiyanın itkiləri 236 mini ötdü

Ukrayna müharibənin 505-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 236 040 hərbçi, 4092 ədəd tank, 7999 ədəd zirehli döyüş maşını, 4425 ədəd artilleriya sistemi, 678 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 421 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6995 ədəd avtomobil texnikası, 3752 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 652 xüsusi avadanlıq itirib.

Surovikinin işdən çıxarılması ilə bağlı daha bir detal

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin üsyanından sonra bir neçə rus general gözdən itib. General Sergey Surovikinin yerinə isə onun müavini ictimaiyyət qarşısına çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “İyulun 10-da Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov 2023-cü il iyunun 24-də baş vermiş uğursuz “Vaqner” üsyanından sonra ilk dəfə televiziyada çıxış edib. Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Viktor Afzalov Gerasimovla videobağlantı vasitəsilə əlaqə yaradıb. Afzalov ən azı dörd ildir bu vəzifədədir, lakin bu, onun Gerasimovla ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Afzalov Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Surovikinin müavinidir. Surovikinin yeri naməlum olduğu halda, Afzalovun ictimai profilinin gündəmə düşməsi general Surovikinin hərbi qiyamdan sonra vəzifədən uzaqlaşdırılması fərziyyəsinə əlavə çəki verir”, - məlumatda deyilir.

Baxmutda rus artilleriyası məhv edilir - Ekspert

Baxmut ruslar üçün tələdir. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib. “Baxmutda əsasən desant qüvvəsi var. Orada əsasən nə baş verir? Cənubdan, şimaldan Ukrayna ordusunun təzyiqi, dominant yüksəkliklərə nəzarət, şəhərdə aktiv əməliyyatların başlaması... Amma ən əsası Baxmutun şərq kənarından təxminən 5 km aralıda rus texnikasının, xüsusilə artilleriyasının məhv edilməsi ilə bağlı son vaxtlar getdikcə daha çox videoları müşahidə edirik", - ekspert deyib.

Rusiyanın itkiləri 235 minə yaxınlaşır

Ukrayna müharibənin 502-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 234 440 hərbçi, 4085 ədəd tank, 7966 ədəd zirehli döyüş maşını, 4371 ədəd artilleriya sistemi, 668 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 414 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6937 ədəd avtomobil texnikası, 3686 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 632 xüsusi avadanlıq itirib.

Vilnüsdə Ukraynanı sürpriz gözləyir

Son günlər getdikcə daha çox ölkə Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini bildirir və deyirlər ki, Vilnüsdə keçiriləcək sammitdə dövlətlər Ukrayna qarşısında Kiyevi məyus etməyəcək öhdəliklər barədə razılığa gələcəklər. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib. “Qərb ölkələrindən və NATO-dan Ukraynanın sammitdən sonra razı qalacağına işarə edən bəyanatlar var. Güman edə bilərəm ki, söhbət strateji tərəfdaşlığın mümkünlüyündən - Ukrayna ilə NATO-nun əsas ölkələri arasında hərbi-texniki əməkdaşlığa dair birbaşa razılaşmalardan gedir”, - ekspert bildirib. Sneqirevin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, ona daim hərbi-texniki yardım almağa imkan verən strateji tərəfdaş statusu ola bilər.

Rusiya cənubu Ukraynaya təslim etməyə hazırdır

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində uğurları səbəbindən cənubda mövqelərini zəiflədə bilər. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petr Çernik deyib. Çernik qeyd edib ki, Rusiya üçün cənubda qalmaqdansa, Ukraynanın şərqinə nəzarəti saxlamaq daha vacibdir: "Strateji mənada rus işğalçı qoşunları cənubu tərk etməyə hazırdır. Əks halda, Perekopda xətti tutmağa hazırlaşmazdılar". Çernik hesab edir ki, cənubu itirmək, lakin şərqi saxlamaq ruslar üçün Baxmut və Donbasın digər şəhərlərini itirməkdən qat-qat kiçik məğlubiyyət olacaq.

Szinpin Putinə xəbərdarlıq etdi

Çin lideri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Qərb və Çin rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Putin və Szinpin Çin liderinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı bu məsələni müzakirə ediblər: “Bu, Çin dövlət başçısının Moskvanı səssiz dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat olduğunu göstərir”.