“Putin çıxış yolu tapa bilmir…”- “Bəzən 30 dəqiqə tualet və ya hamamdan çıxmır…”
"Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları Kreml diktatorunun vəziyyətinə çox mənfi təsir göstərir…"
Vladimir Putin artıq özünü idarə edə bilmir. Düşdüyü vəziyyətə görə panika içində olur. Diktatorun hətta ən böyük fobiyası da var…
Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” kanalına rusiyalı hüquq müdafiəçisi və Gulagu.net təşkilatının təsisçisi Vladimir Oseçkin danışıb.
Putin nədən qorxur?..
Hüquq müdafiəçisinin fikrincə, Putinin bəzi panik atakları onun fərdi ictimai çıxışlarında müşahidə oluna bilər. Xüsusilə, bunlardan biri "Vaqner"çilərin mərhum lideri Yevgeni Priqojinin üsyanının başlanğıcında nəzərə çarpdı…
"Aydındır ki, o, iyunun 23-dən 24-nə keçən gecə Putin inqilab təhlükəsi haqda danışanda özünə nəzarət edə bilməyib. O, həm də özü ilə "vaqner"çilər arasında paralellik aparmağa çalışıb; guya onlar da eyni qandan olduqları üçün dövlət çevrilişinə ehtiyac yoxdur”, - deyə Oseçkin bildirib.
Bütün bunlardan əlavə, Rusiya prezidenti:
-tez-tez düşüncələrə qərq olur, bəzən 30 dəqiqə hamamdan və ya tualetdən çıxmır;
-müntəzəm panik atakları var və bunu ətrafındakılar da gizlətmir…
"Sonda Putin vəziyyətdən necə çıxacağını başa düşmür. Amma onun ən böyük fobiyası həyatının Müəmmər Qəddafi (Liviya diktatoru- red.) kimi bitəcəyidir", - Oseçkin yekunlaşdırıb.
Xatırladaq ki, Vladimir Putin müqəddəs, sakral tarixləri sevən biri kimi Ukraynada müharibənin başa çatması üçün özünə yeni bir müddət - qondarma “Böyük Vətən Müharibəsində” qələbənin 80 illiyini təyin edib. Bununla belə, 9 may 2025-ci il, çətin ki, Kreml sahibi üçün bayram gününə çevrilsin...