Latviya minlərlə rusiyalını ölkədən çıxara bilər

Latviyada yaşayış icazəsi almaq üçün yeni qaydalar qüvvəyə minib, buna görə minlərlə rusiyalının ölkəni tərk etməsi tələb oluna bilər.

Sozcu.az xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi məlumat yayıb.

“İmmiqrasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu qanuna tabe olan 25 mindən çox şəxs dövlət dili imtahanı və ödəmə qabiliyyətini təsdiq edən sənəd əsasında AB-nin daimi sakini statusu almaq üçün sentyabrın 1-dək Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə sənədlər təqdim etməlidir. Dekabrın 2-dək təqribən 4-5 min nəfərin ölkəni tərk edəcəyi ehtimal olunur. İndiyədək AB-də daimi rezident statusu üçün müraciət edə bilməyənlər (məsələn, dili bilməməsi səbəbindən) müvəqqəti yaşayış icazəsi tələb etmək imkanına malik idilər. Ancaq bu, bir sıra sosial müavinətləri və pulsuz dərman paketinin əksəriyyətini almağa imkan vermir.

Qeyd olunur ki, avqustun 20-nə qədər yalnız 12 min 312 Rusiya vətəndaşı AB-də daimi rezident statusu almaq üçün müraciət edib və yalnız 2 min 570 nəfər bu statusu alıb. Bir neçə min nəfər dövlət dili imtahanından keçə bilməyib və təkrar imtahana yazılıb. Təkrar imtahan üçün ilin sonunadək vaxt verilib.

Share on Facebook