Masallı sakini Bakıda döyüldü

Masallı rayonu, Şərəfə kəndində yaşayan 36 yaşlı Asif Abuşov Bakıda döyülüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanının qarşısında qeydə alınıb. Naməlum şəxs onu döyərək ağır xəsarət yetirib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Azərbaycanlı hərbçi həlak oldu

Rusiya ordusuna qarşı Ukraynanın azadlığı uğurunda döyüşən daha bir qəhrəman Azərbaycanlı soydaşımız, Ukrayna ordusunun hərbi qulluqçusu, polkovnik-leytenant Ziya Hüseyn oğlu Abdullayev həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

Şəhid anasının pulunu mənimsəyən bu şəxs axtarılır

Tovuz rayonunda şəhid anasını aldadaraq pulunu mənimsəyiblər. Sozcu.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib. O bildirib ki, adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxs Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq, 200 manat alıb. E.İslamoğlu qeyd edib ki, həmin şəxs şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir.

Bakıda 8 yaşlı uşağı yük avtomobili vuraraq ağır xəsarət yetirib

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, yük avtomobili yolu keçən 2015-ci il təvəllüdlü Süleymanlı D. Q. oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.report

20 yaşlı gənc xəstəxanaya gətirildi, orada öldü

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orada ölüb. Faktla bağlı araşdırma aparılır.

"Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək”

Dilarə Əliyeva hazırda şok vəziyyətindədir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib. “Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək” – deyə, o bildirib. Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə daha yüngül xəsarətlər alıb.

Oqtay Əliyevin öldüyü, Dilarə Əliyeva və Mehriban Zəkinin xəsarət aldığı qəza ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, qəza bu gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb. Oqtay Əliyevin idarə etdiyi “Toyota" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza zamanı Oqtay Əliyev ölüb. Avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb. Hazırda yaralılar Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.APA

Xaçmaz sakininin fotolarını yaymaqla hədələyən şəxs tutuldu

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb. Xaçmaz polisi tərəfindən araşdırma aparılır.

Qarabağ qazisi vəfat etdi – FOTO

Qarabağ qazisi Vahid Rüstəmov (Kəko Vahid) vəfat edib. Sozcu.az-ın xəbərinə görə, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.konkret Allah rəhmət eləsin.

Azərbaycanlıların kədərli taleyi: Ölənə kimi işləmək...

Kim deyib, nə vaxt deyib, yadımda deyil, amma dəqiq deyib: "Azərbaycanlılar əvvəl balaları, sonra nəvələri üçün yaşayırlar. Ömür vəfa etsə, nəticə və kötücələrini ağ günə çıxarmağa çalışırlar".  Həmişə belə olub, bizdən əvvəlkilər bizim üçün yaşayıb, biz isə övladlarımız üçün yaşayırıq. Oğul-uşağımız bizdən estafeti qəbul edib özündən sonraki nəsillərə ötürəcək. Beləcə, qərinələr keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma bizim həyatımızda heç nə dəyişməyəcək. Orta statistik azərbaycanlı öz dədə-babası kimi ölənə qədər işləyəcək... Ətrafınızda dünya səyahətinə çıxmaq isdəyən adam varmı? Bu arzu ilə yaşayan bircə nəfər tanıyırsınızmı? Bəlkə də kimlərinsə belə bir arzusu var. Amma dilə gətirməyə utanır, gülüş yeri olmaq istəmir. Axı bura Azərbaycandı. Burda insanlar günü-günə güclə calayır. Burda insanlar Oğuzda yaşayan yaşlı valideyinlərinin ziyarətinə getməyə pul tapmır. Şəkidən Bakıya gəlməyə pulu olmayan zavallı azərbaycanlı Aralıq dənizinin sahillərində istirahət etməyi necə ağlına gətirsin? Əvəllər arzudan arzu doğurdu, indi arzularımız da qısırdı, onlar da doğub-törəmir... ABŞ-da 80 yaşlı adam prezidentliyə namizəd olur, Azərbaycanda isə hər min adamdan biri 80 il yaşayır. Çoxunun quru nəfəsi gedib-gəlir. Altmış yaşa çatanda işləməkdən çoxunun qəddi əyilir, əlləri əsir, gözləri tor görür. Buna görə də Azərbaycanda pensiya yaşına çatanların sayı ilbəil azalır. Bu ölkədə pensiya almaq Marsdan torpaq almaq qədər çətin işdir.  Mən hələ onu demirəm ki, bizim günəşli ölkəmizdə pensiya məbləği çox aşağıdır. Ancaq vaxtilə vəzifədə işləmiş, çapıb-talamış adamlar yüksək pensiya ala bilir. Qara camaatın günü isə həmişə qaradır; işləyib maaş alanda da, işləməyib pensiya alanda da ayın sonunda əlinə qəpik-quruş gəlir. Buna görə də pensiya yaşına çatanların çoxu qalıb işləmək istəyir. İndi Azərbaycanda insanların ən böyük arzusu ölənə kimi işləməkdir... Kədərli statistikadı, amma həqiqətdi. Təkcə 2022-ci ildə ölkəmizdə pensiya alanların sayı 86 300 nəfər azalıb. İqtisadçı Qubad İbadoğlunun apardığı  araşdırmalar nəticəsində məlum olub ki, hazırda Azərbaycan əhalisinin cəmi 11 faizi pensiya alır. Bəyənmədiyimiz Belarusda bu rəqəm 26,5 faiz təşkil edir. Qara milləti işlədib ağ günə çıxan Rusiya əhalisinin 30 faizi pensiya alır. Azərbaycanda hər 1000 nəfərdən cəmi 111-i, qotur Ermənistanda isə hər 1000 nəfərdən 158-i pensiyaçıdır. Rusların bir ildən çoxdur oda bələdiyi ucsuz-bucaqsız Ukrayna çöllərində isə bu rəqəm əhalinin təxminən 26 faizini təşkil edir.  Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da insanlar ona görə çalışıb-vuruşur ki, qocalanda pensiya alıb rahat yaşasın. Ancaq pensiyaya çıxandan sonra ayağını uzadıb şad-xürrəm yaşamaq hamıya nəsib olmur. Çünki bizim ölkəmizdə çox adam pensiyaya çıxmamışdan qabaq ayağını uzadır. Amma isti yorğan altında deyil, soyuq qəbirdə. O dünyada isə heç kimə pensiya verilmir... Seymur VERDİZADƏ 

"Gecə olan kimi maşın sürməyə “eşşəklər” çıxır" - Aparıcı sürücüləri təhqir etdi

Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib. Sozcu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib: “Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır. Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər”.

İranlı narkotacirin Bakıdakı kuryer dəstəsinin üzvləri ələ keçdilər - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıb. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.