Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanda sement BAHALAŞDI - VİDEO

Sementin qiyməti yüksəlib. Xezerxeber.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şəhidin nişanlısından ürəkdağlayan sözlər: “Kim bizi görürdü...” - Video

"Bir arzusu var idi, deyirdi bu döyüşlərdən qayıdandan sonra əllərini açıb məni gözləyərsən. Məni elə bil heç qucaqlamamış kimi qucaqlayarsan”. Bunu şəhid Ramazan Nurməhəmmədovun nişanlısı Laiyat Ayıbova deyib. O bildirib: "Kim görürdü, deyirdi bu nə gözəl cütlükdür, bu nə gözəl sevgidir belə. Oktyabrın yeddisi toyumuz olmalıydı. Sentyabrın 20-i şəhid xəbərini eşitdim. Bütün arzularımız yarımçıq qaldı”. Daha ətraflı Baku TV-nin süjetində:

Yaralı hərbçimiz şəhid oldu

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz Qasımov Cahan Xəqani oğlu şəhid olub. “Qafqazinfo”nun məlumatına görə, Xocavənd rayonu istiqamətində yaralanan hərbçimiz bir neçə gün idi hospitalda müalicə olunurdu. Həkimlərin bütün səylərinə baxmayaraq hərbi qulluqçumuz bu gün şəhid olub. Şəhid Qasımov İsmayıllı rayonunun Qalınçaq kənd sakinidir. Kənd icra nümayəndəliyindən saytımıza bildirilib ki, Cahan Qasımov bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib. MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı. Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər. İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib. Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzv Tərgül Əliyevaya üzvlük vəsiqəsini təqdim edib.

Hərbçilərimiz Xocavəndin mərkəzində - Video

Azərbaycan hərbçilərinin Xocavənd rayonunun mərkəzində olduğunu təsdiqləyən videogörüntülər yayılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda erməni sakinlərin Xocavənd şəhərini tamamilə boşaltdığı görünür.

SON DƏQİQƏ! Azərbaycan polisi Xankəndiyə daxil oldu

Azərbaycan polisi Xankəndiyə daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər Qarabağən erməni sakinləri tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Ermənilərin Xankəndidəki evləri satmaq hüququ yoxdur - Açıqlama

"Qarabağ ərazisində yaşayan ermənilərin faktiki olaraq daşınmaz əmlak satmaq hüququ yoxdur. Artıq Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib və həmin ərazilər Azərbaycan torpağı olduğuna görə orada bütün rəsmi sənədləşmə işlərinin hamısı Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. İlk növbədə, mülkiyyət hüquqlarının tanınması prosesi olmalıdır". Bu sözləri Yenisabah.az-a tanınmış əmlak eksperti Elnur Fərzəliyev deyib. Qarabağdakı ermənilərin mülklərini satacağı barədə yayılan fikirlərə münasibət bildirən ekspert bunun uzun proses olduğunu bildirib: "90-cı illərin əvvəllərində məcburi köçkünlərimiz Qarabağdan Bakıya gəldilər, müxtəlif ərazilərdə yaşadılar, həmçinin onlar boş evlərə girdilər, hansının ki, sahibləri var idi. Həmin evlərin sahiblərinin böyük əksəriyyəti mənzillərini görmədən dünyasını dəyişdi, 30 ildən artıq müddət keçib.   Həmin evlərdə məcburi köçkünlər torpaqlar azad edilənə qədər yaşaya bilərdilər, amma həmin əmlaklar heç bir halda onların adına rəsmiləşmir, çünki onların sahibləri var və evləri satmaq hüquqları yoxdur. Bu gün də məcburi köçkünlər üçün tikilən evlərdə yaşayanlara çıxarış verilməyib, onlar müqavilə əsasında həmin evlərdə yaşayırlar. Nəzərdə tutulub ki, nə vaxtsa torpaqlar alınanda orada evlər tikiləcək və verilən evlər məcburi köçkünlərdən alınacaq və hər hansı sosial layihələr üçün istifadə ediləcək. Həmçinin ermənilər də Qarabağ ərazisinə digər yerlərdən, başqa ölkələrdən gəliblər. Say çoxaltmaq üçün zamanında Qarabağa erməni yığıblar. Xankəndindən çıxıb Laçın buraxılış məntəqəsindən keçən ermənilərin çoxu Rusiya vətəndaşıdır, sadəcə say şişirtmək məqsədilə həmin ərazilərə aidiyyəti olmayan insanları gətirib ora yığıblar. Bu gün də Azərbaycan ərazisində əmlakı olan bir erməninin əmlakını sata bilməsi üçün mütləq çıxarışı olmalıdır. Artıq istər Ermənistanın, istərsə qondarma rejimin oradakı ermənilərə verdiyi bütün rəsmi sənədlər öz hökmünü itirib. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada baş verən bütün alqı-satqı prosedurları mülki hüquqla tənzimlənməlidir". E. Fərzəliyevin sözlərinə görə, ermənilərin evlərini kiməsə sata bilməsi müşkül məsələdir: "Bu gün həmin ərazini erməni kimə sata bilər? Hansısa xarici gəlib oradan ev almaz. Həmin ermənilər Azərbaycan Respublikasına müraciət edib xahiş etməlidir ki, bizim mülkiyyət hüququmuzu tanıyın. Mən düşünürəm ki, hansı əmlaklarda Birinci Qarabağ Müharibəsindən əvvəl ermənilər yaşayıbsa, orada qalmağa davam etmək istəyirsə, dövlətimiz humanistlik göstərib onların mülkiyyət hüququnu təsdiqləyər. Digər sonradan gələnlərsə necə ki, torpaqlarımızı işğal etmişdilər, o cür də əmlaklarımızı işğal edib, orada yaşayıblar. Hələ ki, bu proseslər üçün vaxt var. Hazırda həmin ərazilərdə müəyyən işlər gedir, bu işlər bitdikdən sonra yəqin ki, dövlət mülkiyyət hüququ ilə bağlı proseslərə start verəcək. Bundan əlavə, həmin əmlakları baha qiymətə kiməsə satmaları çox çətindir. Dünya təcrübəsində də belə bir qanun var, hansı ərazilərdə münaqişə varsa, orada sülhməramlı varsa, həmin zonadakı əmlakların qiyməti normal dövrdən ən azı 2-3 dəfə aşağı olur. Yəni Xankəndində bir evin qiyməti 2020-ci ilə qədər 40 min manat idisə, bu gün həmin əmlakın satış qiyməti maksimum 10-15 min manat olacaq. Çünki heç kəs risk edib o pulu verib həmin ərazidən ev almaz. Alan da azərbaycanlılar olacaq. Amma hansı evlər ki, əvvəllər azərbaycanlıların olub onlar birmənalı şəkildə vətəndaşlarımızın  özünə qaytarılacaq".

Daha bir kənd Ordumuzun nəzarətinə keçdi - Video

Azərbaycan Ordusu Kəlbəcər rayonunun Narınclar kəndi (keçmiş Ağdərə rayonu) üzərində nəzarəti bərpa edib. Sozcu.az xəbər verir ki, bunula bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntüləri təqdim edirik:

“Qənirə Paşayevanın yaşaması möcüzədir” - Rəşad Mahmudov

Məlum olduğu kimi, millət vəkili Qənirə Paşayeva ağır vəziyyətdə Mərkəzi Klinikaya yerləşdirilib. Hazırda reanimasiyada süni nəfəs aparatına bağlı şəkildə həyat mücadiləsi verir. Sozcu.az xəbər verir ki, bununla bağlı Musavat.com-un qeyd olunan xəstəxanada olan müxbiri millət vəkili, tanınmış həkim Rəşad Mahmudovdan açıqlama alıb. Həmin açıqlamanı oxucularımızın diqqətinə təqdim edirik.

Bilirlər ki, o evlər onların deyil, yiyəsi bir gün gələcək, ona görə də yandırırlar

MN video yayıb. Ağdərədən çıxan ermənilər evlərini yandırırlar.  Bunlar hansı ağılla, hansı təfəkkürlə edirlər bunu? Belə nifrət olar? Belə vandallıq olar? Amma bəlkə də, altşüur öz sözünü deyir. Bilirlər ki, o evlər onların deyil, yiyəsi bir gün gələcək, ona görə də yandırırlar.  92-93də azərbaycanlılar çıxdıqları evlərinin bir çöpünə də zərər vurmadı. Əksəriyyətimizin anaları bugünədək saxlayır evlərin açarlarını... İlkin Rüstəmzadə, ictimai fəal

Bir gündə 8 dərs: Uşaqların belini kim qırır?

Bir neçə gündür yeni tədris ilinə start verilib. Dərs ilinin elə ilk günündən problemlər başlayıb. Belə problemlərdən biri də 5 günlük tədris sistemində dərs saatlarının çox olmasıdır. İbtidai təhsili başan vuran məktəbli həftənin əna zı 3 günü 8 saat sinifdə oturmalı olur. Üstəlik, elə məktəblər var ki, təhsil sahəsinə yenilik gətirib. Nəzərə alsaq ki, birinci sinfə gedən uşaqların məktəb mühitinə alışması, dərs yükünü daşıması bir qədər vaxt aparacaq, o zaman dərs saatlarının çox olması da çətinliklər yaradır.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq deputat, professor Şahlar Əsgərov bildirib ki, Avropada çox uzun illər öncə 5 günlük tədris sisteminə keçilib və bu problemsiz şəkildə tətbiq olunub: "Dərslərin 5 günlük rejimə keçməsi təbii ki, maraqlı məsələdir, bu həmçinin hər bir millətin yaşam tərzi ilə bağlıdır. 5 günlük dərs praktikası Avropada yaranıb. Çünki Avropa maddi nemətlər bolluğu yaradandan sonra avropalılar başa düşüb ki, 6 gün deyil, 5 gün işləsələr daha yaxşıdır. Çünki 5 gün yaratdıqları maddi nemətlər bolluğu onlara 1 həftə bəs edir və beləcə 5 günlük iş həftəsinə keçiblər. 5 günlük iş həftəsinə keçəndə məktəblər bu həyat tərzini reallaşdırmağa maneə törətdi, bu zaman avropalılar məktəbləri də 5 günə endirdi. Bunu ona görə etdilər ki, uşaqlar ailəsi ilə birlikdə olsunlar, həftəsonu 2 gün valideynləri ilə başqa şəhərə gedə bilsinlər, dincəlsinlər. Beləliklə, onlarda 5 günlük iş və dərs həftəsi yaradıldı.  Bu məsələ bizdə də müzakirəyə çıxarıldı. O zamanlar mən parlamentdə idim, 2002-2003-cü illərdə bu məsələ Prezident Aparatında da müzakirə olundu. Həmin vaxt dərslərin 15 sentyabrda  başlanması və 5 günlük tədris həftəsinə keçilməsi müzakirəyə çıxarıldı".  Ş.Əsgərov bildirib ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur: "Biz məktəbi ailənin həyatına uyğunlaşdırmalıyıq. Birinci növbədə ailənin yaşamı, ikinci yerdə isə uşaqların təhsili dayanır. Elm və Təhsil Nazirliyi elə sistem qurmalıdır ki, tədrisin yaşam tərzinə təsiri olmasın. Yəni 5 günlük tədris müddətində lazım olan biliklər şagirdlərə verilsin. 5 günlük dərs sisteminə keçsək də, hazırda fənnlər, saatlar çoxdur. Bu zaman tədris edilən fənnləri sıraya düzmək, lazım olan ən vacib bilikləri seçmək lazımdır. Onların 80%-i qalmalı, digər 20%-i isə çıxarılmalıdır. Beləliklə, dərs saatları azalacaq. Bunun fəlsəfəsi budur. Tədris olunan fənnləri əhəmiyyətinə görə sıraya düzmək lazımdır, elə fənnlər var ki, onu 30 yaşında da öyrənmək olar, bunu orta məktəbdə niyə verək? Bu, çox asan məsələdir, sadəcə bir az baş işlətmək lazımdır".