Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, rüşvətə təhrik etmə və vəzifə saxtakarlığında təqsirləndirilən Nizami Babayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Nizami Babayev 2016-cı ildən 2022-ci ilədək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil kommunal istismar sahəsində rəis vəzifəsində işləyib. O, işlədiyi müddət ərzində rəhbərlik etdiyi fəhlələrdən və süpürgəçilərdən rüşvət alıb və onların pullarını mənibsəyib. İstintaq dövründə Nizami Babayevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.