FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir

Xəzər dənizində təchizat gəmisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

Share on Facebook