ŞOK İDDİA: Ramzan Kadırov ölüm ayağındadır: Danışa bilmir

Çeçenistan lideri Ramzan Kadırovla bağlı sensasion xəbər yayılıb. İddialara görə o, ölüm ayağındadır və artıq danışa bilmir. Bu barədə Əbu Səddam Şişani “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, Kadırovun böyrəkləri sıradan çıxıb və artıq dializ də kömək etmir.  Çeçenistan lideri Ramzan Kadırovla bağlı sensasion xəbər yayılıb. İddialara görə o, ölüm ayağındadır və artıq danışa bilmir. Musavat.com xəbər verir ki, bu barədə Əbu Səddam Şişani “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, Kadırovun böyrəkləri sıradan çıxıb və artıq dializ də kömək etmir.(musavat.com)

Şiddətli döyüşlər gedir: Ukrayna ordusu irəliləyir

Ukrayna ordusu bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirərək cənubda və Baxmut yaxınlığında irəliləyir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Kovalevin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir və müdafiəçilər qismən uğur əldə edib: “Baxmut şəhərinin cinahlarında isə qoşunlarımız düşmənə təzyiqləri davam etdirir və onları əvvəllər ələ keçirilən xətlərdən çıxarır. Onların uğurları var, əldə edilmiş mövqelərdə möhkəmləniblər. Düşmən müqavimət göstərir və böyük itki verir. Bu istiqamətdə şiddətli döyüşlər davam edir”.

"Vaqner" yoxdur, Ukraynanın imkanları yaranıb - Blinken

Əks-hücum başlanğıc mərhələsindədir və siz dünən Ukraynanın müdafiə nazirinin dediyini eşitdiniz, görünür, onlar hələ də qüvvələrinin əsas hissəsini bu hücuma cəlb etməyiblər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Moskvanın daxili parçalanmaları, “Vaqner” qüvvələrinin artıq cəbhə xəttində olmaması Ukraynaya kömək edə bilər. Çünki Priqojinin dəstəsi təsirli idi. Putinin öz işidir, amma bunun təsiri var. Ona görə də hesab edirəm ki, burada Ukrayna üçün müəyyən imkanlar mövcuddur”, - Blinken qeyd edib.

Əks-hücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçdi

Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Geolokasiya məlumatlarına əsaslanan institutun analitiklərinin verdiyi məlumata görə, hazırda Ukrayna ordusu Antonov körpüsü rayonunda mövqeləri tutub və bunu rusiyalı hərbi jurnalistlər də etiraf edir. “Bununla yanaşı, rus ordusu ukraynalılatın hücumunun qarşısını almağa çalışıb və “Solnçepek” ağır artilleriya sistemindən istifadə edib”, - məlumatda qeyd olunub.

Ukrayna DSX: “Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir, könüllü təslim olur"

“Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir və onların bir hissəsi artıq könüllü təslim olub”. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib. Qeyd edilib ki, Ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusunun piyada qoşunlarını məhv etməkdə davam edir: “İndi əsas vəzifəmiz məhz Rusiya Silahlı Qüvvələrinin piyada qoşunlarını məhv etməkdir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən PUA-lardan, minaatanlardan, qumbaraatanlardan istifadə edilir”. Qeyd edək ki, Rusiya KİV-i daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başladığını elan edib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna ordusu Melitopolda irəliləyir

Ukrayna ordusu Melitopol istiqamətində 1,5 kilometr irəliləyə bilib.  Sozcu.az xəbər verir ki, bunu Tavriya istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin sözçüsü Valeri Şerşnya deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri ərazinin minalardan təmizlənməsi və havadan kəşfiyyatını aparır. "Ruslar bu yaxınlarda azad edilmiş Novodarivka bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Ötən gün cənubda 146 işğalçı məhv edilib, 229-u yaralanıb, 4-ü əsir götürülüb", - məlumatda deyilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 488-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 225 580 hərbçi, 4031 ədəd tank, 7820 ədəd zirehli döyüş maşını, 4055 ədəd artilleriya sistemi, 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 385 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6751 ədəd avtomobil texnikası, 3482 ədəd PUA, 1259 qanadlı raket, 18 gəmi/qayıq, 557 xüsusi avadanlıq itirib.

Bakıda yeniyetmə oğlan itkin düşüb

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan, 2008-ci il təvəllüdlü Məhəmməd Səfərov iyunun 23-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Araşdırma aparılır.

“Vaqner” Rostovdakı məhbusları silahlandırır və azadlığa buraxır

Vaqnerçilər öz saylarını artırmaq üçün Rostov həbsxanalarındakı məhbusları kütləvi şəkildə silahlandırır və azadlığa buraxır. Sozcu.az xəbər verir ki, bununla bağlı “161.ru” məlumat yayıb. Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.

"Hərbçilər axşama qədər Moskvada olmalıdır" - "Vaqner"in rəhbəri

“Vaqner”in hərbçiləri axşama qədər Moskvada olmalıdırlar.  Sozcu.az xəbər verir ki, bu barədə iş adamı Yevgeni Priqojin bildirib. Bildirilir ki, “Vaqner”çilər artıq Tula vilayətinə daxil olub: “Oradan Moskvaya təxminən 186 km-dir”. Eyni zamanda, Moskva küçələrində hərbi texnikanın hərəkəti müşahidə olunur, istehkamlar aparılır, atəş nöqtələri yaradılır. Paytaxtda polis pulemyot, dəbilqə və zirehlərlə silahlanıb. Lipetsk vilayətinin bir çox hərbi hissələri Priqojinin muzdlularının tərəfinə keçərək Moskvaya doğru hərəkət edir. Bildirilir ki, “Vaqner”çilər sıralarını doldurmaq üçün Rostov həbsxanalarından məhbusları kütləvi şəkildə azad edirlər. Unikal

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi və 9 PUA-nı məhv edib

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artilleriya sistemini, 9 pilotsuz uçuş aparatını (PUA) və 15 zirehli döyüş maşınını məhv edib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Rusiya Ukraynanın Xmelnitski vilayətindəki hərbi aerodroma raket zərbələri endirib. Raketlərin çoxu havada vurulub. Hücum zamanı 13 “X101/X-505” qanadlı raket və bir PUA.