Afrika alternativ aerodromdur, bir şey olarsa, Mərkəzi Afrika Respublikasında harasa uçub orada gizlənə bilərsiniz.
Sozcu.az xəbər verir ki, bu sözlər rusiyalı müxalif hüquqşünas Mark Feyqin tərəfindən ukraynalı jurnalist Alisiya Batsmana verdiyi müsahibədə səslənib.
Feyqin Rusiyada hadisələrin gözlənillməz istiqamətdə cərəyan edəcəyi təqdirdə Putinin Afrikaya qaçacağını iddia edib.
“Çinə getsən, səni bir qəpiyə satarlar. Latın Amerikası isə ABŞ-a çox yaxındır. Birləşmiş Ştatlar dərhal onu orada ələ keçirər. Afrika isə qitədən çox adanı xatırladır. Rusiya tərəfindən Afrikaya bu qədər diqqət təsadüfi deyil. Rəhbər orada yeni bunkerini belə qura bilər. Orası kölə və qadınların olduğu gözəl məkandır. Afrika elə bir strateji qitədir ki, orada hər şeyi, bütün aktivlərini daşıya və gizlədə bilərsən. İdaretmə forması da Rusiyaya çox yaxındır,-deyə Feyqin bildirib.