Redaktor seçimi

Bakıda qardaş bacısını boğaraq öldürdü

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Binəqədi rayon Prokurorluğundan bildirilib. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!

Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə - Lerikdə də 5 bala qədər hiss olunub: "Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur". Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir: "Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın". Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub.

Natiq Qasımovu işgəncələrlə qətlə yetirən qatil irəvanda GİZLƏNİR

Qarabağdan Ermənistana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu əsrlikdə işgəncələrlə qətlə yetirən qatildir. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun sözlərinə görə, Natiq Qasımov 1992-ci ildə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. “Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunub”, - İ.Axundov bildirib. Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir. “Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə basdırıldığı ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik", - İ.Axundov mətbuata açıqlamasında deyib. “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi. Vitali Balasanyan həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb. Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib. Vitali Balasanyan hazırda İrəvan şəhərində yaşayır.

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü başlayıb

Bakıda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin orkestrin müşayiəti ilə yürüşləri başlayıb. Sozcu.az report-a istinadla xəbər verir ki, yürüşlər beş marşrut üzrə keçirilir. Hərbçilər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə yürüş edirlər.

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib (ölümündən sonra).

Separatçılara nə cəza veriləcək? - Ömürlük, yoxsa... - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində cinayət işinin istintaqı başa çatıb və baxılması üçün məhkəməyə göndəriləcək. Bəs Qarabağda yüzlərlə insanın qətlinə səbəb olan separatçıları hansı cəza gözləyir? Bakupost.az -ın sualını millət vəkili Elman Məmmədov cavablandırıb. O, separatçılara ən ağır cəza verilməsinin tərəfdarı olduğunu deyib: “Hazırda həbsdə olan separatçılar insanlığa, dövlətimizə, millətimizə qarşı çox ağır soyqırımı cinayətləri törədiblər. Onların başqa cinayətləri də var və bütün bunlar istintaqa məlumdur. Ona görə hesab edirəm ki, onlar Azərbaycan qanunlarıyla ən ağır cəzaya məhkum olmalıdırlar. Yəni onların törətdiyi cinayətlər elə bir həddədir ki, heç bir güzəşt olunmamalıdır, Azərbaycan qanunları çərçivəsində ən ağır cəza verilməlidir. İndi Azərbaycanda ölüm hökmü yoxdur, amma mən arzu edərdim ki, belələri üçün ölüm hökmü olsun. Yəqin ki, ömürlük həbs vermək lazımdır ki, ömürlərinin axılarına qədər həbsdə qalsınlar”.

“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ - Rəşid Mahmudov

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndiridiyi fikirlər müzakirələrə səbəb olub. Qeyd edək ki, sabiq başçı həbsdə qala bilmədiyini, azad olunmaq və Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini deyib. A.Məmmədovun səsləndirdiyi fikirlərl bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib. R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib: SEO Xidməti "Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”. Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Qohum evliliyi ilə bağlı qadağa nə vaxt qüvvəyə minəcək?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hazırda qan qohumu (əmi, xala, biri, dayısı qızı ilə nişanlı olanlar - red) ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib. Sozcu.az xəbər verir ki, komitə sədri Report-a açıqlamasında Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin 1 il sonra qüvvəyə minəcəyini bildirib. Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir : "Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz". Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir : "Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər".

Rusiyada neft anbarı vuruldu

Rusiyaya kütləvi hücum: neft bazası vuruldu Ukrayna PUA-ları iyunun 20-nə keçən gecə Rusiyanın bir sıra regionlarına hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Hava hücumundan müdafiə sistemləri Adıgey ərazisi üzərində altı, Bryansk üzərində üç, Krasnodar üzərində üç, o cümlədən Rostov, Belqorod və Oryol vilayətləri üzərində pilorsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir. Nazirliyinin açıqlamasında pilotsuz təyyarənin hücumunun nəticələri barədə heç nə deyilmir. Krasnodarın qubernatoru Veniamin Kondratyev Slavyansk-Kuban şəhərinin hücuma məruz qaldığını bildirib. Nəticədə fərdi yaşayış evi tamamilə dağılıb, yerli sakin həlak olub. Adıgeyin Taxtamukay rayonunun Enem kəndində PUA hücumu nəticəsində neft anbarında yanğın baş verib. Adıgey Respublikanın başçısı Murat Kumpilov qeyd edib ki, səhər saat 6-da xilasedicilər yanğını söndürüb, onun sahəsi 400 kvadratmetrdir. Tambov vilayətinin qubernatoru Maksim Yeqorovun sözlərinə görə, Platonovskaya neft bazasının ərazisində partlayış baş verib. Ehtimal olunur ki, əraziyə PUA hücumu olub. Partlayışdan sonra neft çəni yanıb.

Cənubi Koreyadan sərt addım: İşə çıxmayan həkimlər...

Cənubi Koreya hökuməti tibb fakültələrinə qəbulun artmasına etiraz olaraq aksiya başladıb, tətilə çıxan həkimlərə işə qayıtması əmrini verib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, professorların da qoşulduğu aksiyanın aylardır davam etməsi hökuməti bu addımı atmağa məcbur edib. Qanuna əsasən, işə qayıtma əmrini pozan həkimlər lisenziyalarının dayandırılması və ya digər hüquqi nəticələrlə üzləşə bilərlər. Cənubi Koreya Prezidenti Yun Sok Yol isə həkimlərin tətilini “məyusedici” olaraq dəyərləndirib: “Hökumətin xəstələrə laqeyd yanaşan qeyri-qanuni hərəkətlərlə sərt şəkildə mübarizə aparmaqdan başqa çarəsi yoxdur”. Qeyd edək ki, Cənubi Koreya hökuməti kənd yerlərində təcrübəli həkim çatışmazlığını, eləcə də əhalisinin sürətlə qocalmasının səbəb olduğu xidmətlərə olan tələbatı aradan qaldırmaq üçün 2025-ci ildən tibb fakültəsinə qəbul olunan tələbələrin sayını artırmaqla bağlı qərar qəbul edib. Plana etiraz olaraq bir çox həkim fevralın 20-dən tətil edir. Həkimlər 2025-ci ildən etibarən ildə 2000 əlavə tələbənin işə götürülməsinin xidmətlərin keyfiyyətinə xələl gətirəcəyini iddia edirlər.

İDDİA! Əhəd Abıyev hələ də Daşkəsəni idarə edir

Bir ilə yaxındır icra başçısız qalan Daşkəsən rayonu ilə bağlı xəbər var.  AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Prezidentin 17 iyul 2023-cü ildə Daşkəsən icra başçısı vəzifəsindən çıxartdığı Əhəd Abıyev hələdə bu rayonda "kölgə" icra başçısı rolunu oynayır. Əhəd Abıyevə bu məsələdə yardımı isə hazırda Daşkəsən rayon İcra Hakimiyyətində başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Namiq Süleymanovun etdiyi bildirilir. SEO Nədir Daşkəsəndəki mənbə bildirir ki, hazırda Daşkəsəni Əhəd Abıyevin göstəriş və məsləhəti ilə Namiq Süleymanov idarə edir. Namiq Süleymanovun ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstəriş və təlimatlar aldığı deyilir. Məlumatda qeyd edilir ki, Əhəd Abıyev bütün əlaqələrini işə salaraq Namiq Süleymanovun Daşkəsən rayon icra başçısı olmasına çalışsa da, hələki bu istəyi reallaşmır. Qeyd edək ki, Namiq Süleymanov Əhəd Abıyev deputat olanda onun sürücüsü, daha sonra köməkçisi və icra başçısı işlədiyi dövrdə isə müavini vəzifəsinə yüksəlib. Onun diplomunun da saxta olması ilə bağlı iddialar var.

Bayram tətili başlayır - Neçə gün olacaq?

Sabahdan Azərbaycanda bayram tətili başlayır. 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləridir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək./qafqazinfo