Separatçılara nə cəza veriləcək? - Ömürlük, yoxsa... - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində cinayət işinin istintaqı başa çatıb və baxılması üçün məhkəməyə göndəriləcək.

Bəs Qarabağda yüzlərlə insanın qətlinə səbəb olan separatçıları hansı cəza gözləyir?

Bakupost.az -ın sualını millət vəkili Elman Məmmədov cavablandırıb.

O, separatçılara ən ağır cəza verilməsinin tərəfdarı olduğunu deyib:

“Hazırda həbsdə olan separatçılar insanlığa, dövlətimizə, millətimizə qarşı çox ağır soyqırımı cinayətləri törədiblər. Onların başqa cinayətləri də var və bütün bunlar istintaqa məlumdur. Ona görə hesab edirəm ki, onlar Azərbaycan qanunlarıyla ən ağır cəzaya məhkum olmalıdırlar. Yəni onların törətdiyi cinayətlər elə bir həddədir ki, heç bir güzəşt olunmamalıdır, Azərbaycan qanunları çərçivəsində ən ağır cəza verilməlidir. İndi Azərbaycanda ölüm hökmü yoxdur, amma mən arzu edərdim ki, belələri üçün ölüm hökmü olsun. Yəqin ki, ömürlük həbs vermək lazımdır ki, ömürlərinin axılarına qədər həbsdə qalsınlar”.

Share on Facebook