Redaktor seçimi

Azərbaycan Qarabağa tam nəzarət edir! - Vardanyan

Azərbaycan Qarabağa tam nəzarət edir. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “Frans 24” telekanalına müsahibəsində deyib. “Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” - deyə jurnalist Vardanyana sual ünvanlayıb. “Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, - deyə o cavab verib. Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar.

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər. Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.

“Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazımdır” – Calavyan

Qanunsuz erməni hərbi birləşmələrin rəhbərlərindən biri (əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Ağdərin istiqamətində 7-ci müdafiə rayonuna komandanlıq edirdi) Polkovnik Karen Calavyan bildirib ki, erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil. O, bu barədə Ermənistanın "Hraparak" qəzetinə müsahibəsində bildirib. "Erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil, o qədər. Hamı kənara çəkildi. Gedin Nikola deyin ki, gəlib Qarabağı müdafiə edərdi. İstəyirsiniz Nikola deyin, istəyirsiniz Köçəryana, istəyirsiniz Serjikə", - Karen Jalavyan bildirib.

Qarabağda atəş səsləri…

Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışacaqlar. Qarabağda atəş səslərinin hələ də eşidilməsi buna xidmət edir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloqun sözlərinə görə, onların məqsədləri vaxt qazanmaqdır: “Onlar bu müddətdə Azərbaycana beynəlxalq təzyiqin artmasını, BMT və digər strukturların Azərbaycana qarşı müzakirələrə başlamasını istəyirlər. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. “Xarici mərkəzlər” dedikdə yalnız Qərbdəki dairələri nəzərdə tutmuram. İşin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq edərək mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, Ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır”.

Azərbaycan Ordusu Xankəndinin girişindədir – Abramyan

Dünəndən azərbaycanlılar Xankəndinin düz girişində yerləşib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib. Onun sözlərinə görə, hər şey bu gün Yevlaxda baş tutan görüşdə aydınlaşacaq: “Düzünü desəm, Qarabağ sakinlərinin indiki vəziyyətdə xüsusilə optimist gözləntiləri yoxdur, lakin bu müzakirədən çoxlu sayda suallara cavab gözlənilir. Əsas suallardan biri Qarabağ və orada yaşayan soydaşlarımızın taleyinin necə olacağıdır”. yenipress)

Separatçılar təcili iclas keçirdi – Bakının təklifinə cavab gəldi

“Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazırlaşırıq”. Sozcu.az xəbər verir ki, bunu separatçıların rəhbəri Samvel Şahramanyan deyib. O, qondarma rejimin digər nümayəndələri ilə görüş keçirərək Qarabağdakı hazırkı vəziyyəti müzakirə edib. Separatçıların “iclasında” qondarma rejimin keçmiş lideri Araik Arutyunyan da iştirak edib. Qeyd edək ki, bu, separatçıların vaxt qazanmaq üçün yaydıqları məlumat də ola bilər. Xatırladaq ki, rəsmi Bakı Qarabağdakı ermənilərin nümayəndələrini Yevlaxda danışıqlara dəvət edib.

Separatçılar şokda: Bu xəbər təsdiqini tapsa… – Xəritə

Erməni mediası bir sıra ərazilərdə Azərbaycan Ordusunun irəliləməsi barədə xəbərlər yayır.  Sozcu.az xəbər verir ki, bu barədə artıq geniş müzakirə də başladıblar. Bildirirlər ki, Azərbaycanın Çərəkdar və Qızqala kəndləri ilə yanaşı Sərsəng su anbarı yaxınlığındakı Heyvalı kəndini də nəzarətə götürməsi xəbəri təsdiqlənsə, bu ciddi nəticələrə səbəb olacaq: “Əgər bu xəbər təsdiqini taparsa, Ağdərə mühasirədə qalacaq, Xankəndi və təchizat yolları isə bağlanmış olacaq”. Erməni KİV həmçinin Azərbaycan Ordusunun bir neçə istiqamət üzrə Ağdərə ərazisində separatçıların müdafiə xəttini yardığını yazıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 60-dan çox mövqenin nəzarətə götürüldüyünü açıqlayıb.Globalinfo)

"Karabakh Telecom"un baza stansiyası vurulmalıdır! - Koordinatlar paylaşıldı - FOTO

Hazırda Xankəndidəki separatçıların yeganə kommunikasiyası" Karabakh Telecom"un mobil rabitəsi və mobil internetidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, qondarma "Artsax Hökuməti", qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər: "Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar. Bizim hökumətimiz Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparıb. Biz antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik. Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı. Yeri gəlmişkən, hazırda İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də "Karabakh Telecom"dur. Odur ki, Xankəndi və ətraf ərazilərdə " "Karabakh Telecom" infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı. Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu koordinatlar var".

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edildi - KİV

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib. “Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib. Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir. Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər./Report

Medvedyevdən Qarabağla bağlı təxribatçı paylaşım

Bir dəfə qardaş ölkədən olan həmkarım (Paşinyanı nəzərdə tutur-red.) mənə dedi: "Axı mən sizin üçün yadam, məni qəbul etməyəcəksiniz". Mən verməli olduğum cavabı verdim: "Bioqrafiya əsasında yox, addımlarına görə mühakimə edəcəyik". Sonra o, müharibədə məğlub oldu və çox qəribə də olsa, hakimiyyətini qoruya bildi. Sozcu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. "Daha sonra o, uğursuz məğlubiyyətində məsuliyyətini Rusiyanın üzərinə atdı. Ardınca öz ölkəsinin bir hissəsindən imtina etdi (? - red.). Sonra NATO ilə əlaqələr qurdu, onun arvadı (Anna Akopyan - red.) isə nümayişkəranə şəkildə bizim düşmənimizə qonaq getdi. Təxmin edin indi onu hansı tale gözləyir", - o vurğulayıb. Qeyd edək ki, Medvedyevin Paşinyan haqda “öz ölkəsinin bir hissəsundən imtina etdi” sözləri təxribatçı, işğala haqq qazandıran ifadə olmaqla yanaşı, işğalın arxasında illərlə Rusiyanın durduğunu da təsdiqləyir.

Əli Nağıyev: “İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində qətlə yetirilib"

"Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb: “Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”. Ə.Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşmüşdür. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilmişlər.

Paşinyan: Təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planım yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur. Sozcu.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib. O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur: “İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”. İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.