Redaktor seçimi

Ukraynada yaralanan azərbaycanlı vəfat etdi

Bir neçə ay öncə Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız Zahir Rəhimov xəstəxanada vəfat edib. Sozcu.az xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. O, əslən Qazax rayonunun Çaylı kəndindəndir. Mərhum bu günlərdə Ukrayna SQ tərəfindən təltif olunmuşdu.

“Ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır” - Paşinyan

Ermənistandan Qarabağa göndərilmiş 400 ton humanitar yük hələ də Laçın dəhlizinin girişində qalıb və Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib. O əlavə edib ki, buna baxmayaraq müalicəyə ehtiyacı olan və bəzi başqa şəxslərin Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə “müəyyən hərəkəti” başlanıb. Nikol Paşinyan bunu da deyib ki, ona çatdırılan etibarlı məlumatlara görə Laçın dəhlizinin birtərəfli açılmasına dair planlar hazırlanır. Baş nazirin sözlərinə görə “Azərbaycan adamların Qarabağdan çıxışına icazə verilməsi və Qarabağa girişin qadağan edilməsi kimi layihənin üzərində işləyir”. Paşinyan iddia edib ki, Laçın dəhlizinin ötən dekabrdan bəri bağlanmasına görə hazırda Qarabağın 5 min sakini Ermənistandadır.  Paşinyan bir daha iddia edib ki, Bakının bəyanatın 7-ci bəndini yerinə yetirməməsindən məqsəd Qarabağın ermənilərdən təmizlənməsidir. Sözü gedən sənədin 7-ci bəndinə deyilir ki, “daxili köçkünlər və qaçqınlar BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağa və ətraf rayonlara qaytarılmalıdır”. Paşinyan bu barədə deyib: “Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”. Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib. O təkliflərin detallarını açmayıb.

“Bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq olmaz...”

“Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır...” “44 günlük müharibədə hər cəhətdən məğlub olmuş erməni psixologiyasında yenilənmələr edilməsi əvəzinə, onların davranışlarının daha da aqressiv xarakter alması erməni düşüncə sisteminin mayasından qaynaqlanır.” Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bu fikri Moderator.az əməkdaşının “Artıq bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki Qarabağdakı haylara “humanitar yardım” şousu düyününü yaradan əsasən erməni hiyləgərliyidir, yoxsa Rusiyanın, yaxud Qərbin bölgəni nəzarətə almaq üçün taktiki gedişləri?” sualını cavablandırarkən ifadə edib. “Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır. Həm regionda, Ermənistan-Azərbaycan sərhədində,  Yuxarı Qarabağın haylar məskunlaşdırılmış hissəsində, həm də beynəlxalq meydanda edilən bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq və ya hər hansı güzəştə getmək olmaz”,- deyə açıqlamasının davamında ermənişünas alim vurğulayıb.

Priqojinlə birgə ölən vaqnerçilərin dosyeləri

Xəbər verdiyimiz kimi, ötən gün Moskvadan Sankt-Peterburqa uçan biznes-jetin Tver vilayətində qəzaya uğraması nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin və daha 6 vaqnerçi, o cümlədən 3 ekipaj üzvü ölüb. Sozcu.az xəbər verir ki, Priqojinlə birgə ölən vaqnerçilərin tərcümeyi-halından əsas məqamlar üzə çıxıb. 1. Valeri Çekalov - Priqojinin yaxın silahdaşlarından biri, Priqojinin xaricdə həyata keçirilən layihələr üzrə kuratoru, logistika şöbəsinin rəhbəri. O, bütün Suriya və Afrika layihələrinin bağlı olduğu “Europolis” MMC-nin təsisçisi olan “Neva” ASC-nin rəhbəri idi. 2. Dmitri Utkin - "Vaqner"in həmtəsisçisi və komandanlıq və döyüş hazırlığına cavabdeh, Priqojinin “sağ əli”, “Vaqner”də Priqojindən sonra əsas sima. 3. Yevgeni Makaryan – ləqəbi “Makar”. "Vaqner"in veteranlarından biri, əvvəllər polis olub. O, Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarəsi ilə qəzadan sağ çıxıb. 4. Sergey Propustin - Ləqəbi “Kedr”. 2015-ci ildən "Vaqner"də çalışırdı. 5. Aleksandr Totmin, ləqəbi "Tot". 6. Nikolay Matuseyev. Suriyada vuruşub, snayperdir. Xatırladaq ki, ötən gün Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy 600” biznes təyyarəsinin qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla on nəfər həlak olub.

Priqojin niyə Afrikaya yerləşəndən sonra öldürüldü?

Priqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə “Vaqner”in qiyamından dərhal sonra yox, indi?! Sozcu.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. Onun fikrincə, “Vaqner”in rəhbəri Afrikadan Moskvaya gəlib və oradan Peterburqa qayıdarkən vurulub: “Qruplaşmanın bütün “komandanlığı” onunla birlikdə olub. Beləliklə, Priqojin və yaxın ətrafı sıradan çıxarıldı. Lakin “Vaqner” qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib. Görünür, qiyamdan sonra toxunulmayan Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub. Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər”.

“Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz...”

“Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir...” “İndiyədək Qarabağ iqtisadi rayonununun bir hissəsində yaşayan ermənilərlə bağlı Azərbaycanın atdığı addımlar beynəlxalq normalar çərçivəsində olub. Erməniləri Rusiya “sülhməramlı”larının kontrolu altında olan ərazilərdən kimsə qovub çıxarmaq istəmir”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı aşağıdakı sualımıza cavabında söyləyib: “Qərbi Azərbaycanda doğulub boya-başa çatmış bir Azərbaycan türkü, həm də ermənişünas alim olaraq ermənilərin dili ilə yanaşı,  haykların etnopsixoloji xarakterinə, sosial, ictimai-siyasi dilinə də yaxşı bələdsiniz. Sizcə, ictimai-siyasi, sosial baxımdan haylarla necə dil tapmaq lazımdır?  44 günlük savaşdan keçən son 3 ilə yaxın dövrdə həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı haylarla doğru dil tapmaq üçün Azərbaycan dövləti olaraq atdığımız addımlar arasında yanlışı olan varmı?”  “Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir. Hansısa etnik qrupa müəyyən haqlar vermək də həmin ölkənin haqqıdır. Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz. Ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da çıxıb getməlidirlər. Bu qədər sadə bir həqiqəti ermənilər çox yaxşı başa düşürlər, amma nəyəsə nail olmaq üçün diplomatik manipulyasiya edirlər. Lakin düşünürəm ki, bu durum belə davam edə bilməz”,- açıqlamasının davamında ermənişünas alim belə deyib.

Azərbaycanlı gənc Ukraynada nazir müavini oldu

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib. Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir. Qeyd edək ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

DSMF-nin 986 minə ofis icarəyə götürdüyü xanım sahibkar kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürür.  Sozcu.az xəbər verir ki, bununla bağlı DSMF fərdi sahibkar Hüseynova Almaz Hacı qızı ilə müqavilə imzalayıb. Qurum ofis üçün 36 aya 986 040 AZN icarə haqqı ödəyəcək. Bu halda bir ay üçün icarə haqqı 27 390 AZN-ə düşür.  DSMF ötən il Almaz Hüseynovadan 9 ay müddətinə icarəyə ofis götürüb. Bu müddət üçün icarə haqqı 240 702 AZN təşkil edib. Məlum olur ki, ötən illə müqayisə də icarədar icarə haqqını 645 AZN artırıb.  Almaz Hüseynova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.qaynarinfo)

“Dönərxanalar insan tərinin, milçək yumurtalarının insanlara satıldığı bir yerdir – “AQTA-nın rəhbərliyi “hə, hə” dedi, amma heç bir iş görmədi”

Vay o günə ki, yay ayında könlünə dönər düşə, ya da cibindəki pul dönər almağa çata. Belədirsə, dönərxanaya gedərkən yanınızda sərinkeş, ya da dəsmal aparmağı unutmayın. Çünki əks halda restoranlarda qaynar soba başında dönər hazırlayanların bol “tər”avətli dönərləri iştahınıza bir az duz qatacaq. Bu halla qarşılaşan xeyli sayda vətəndaşın sosial şəbəkələrdəki şikayətlərindən də aydın olur ki, sahibkarlar o öz işçilərini qızmar istidə kondisionersiz dönərxanada istismar edirlər. Yay aylarında çörək pulu qazanmaq üçün bu işə möhtac qalanların əziyyətini heç kim yerə vurmaq istəməz. Müzakirələr zamanı isə bildirilib ki, dönər hazırlayanların əlacları olsa, 1 saat belə isti soba başında, bu cür ağır şərtlərdə işləməzlər, lakin sahibkarlarla yanaşı, restoran əməkdaşları da işlərinə qarşı məsuliyyətli olmalıdırlar. Heç kim başqasının “alın təri”nə qarışmış dönəri yemək istəməz... Şikayətlər sırasında dönər hazırlayanların əlcəkdən istifadə etməmələri də gündəmə gətirilib. Bütün bu müzakirələrin fonunda isə ən çox Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tənqid olunub. Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, dönərxanalar Azərbaycanda çox ciddi problemlərdən biridir.  Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun  pozulmasıdır” – VİDEO – Yeni Çağ Media “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 2 il İctimai Şuranın üzvü oldum. Dəfələrlə bu problemlərin həll edilməsi üçün məsələ qaldırdım, alternativləri də göstərdim. Lakin AQTA-nın rəhbərliyi “hə, hə” dedi, amma heç bir iş görmədi. Bəli, dönərxanalar insan tərinin, milçək yumurtalarının insanlara satıldığı bir yerdir. Burada dönərlərin keyfiyyəti məsələsi, əlbəttə, daim sual altındadır. Çox təəssüf ki, AQTA iş görəndə yalnız radikal, yəni “bağlama” işi görür. Biz biznes qurumlarının bağlanmasının qətiyyən tərəfdarı deyilik. İstehlakçıların seçim hüquqları mövcud olmalıdır. Sadəcə, gərək AQTA onların standartlara uyğunlaşdırılması üçün iş görsün, lazım olanda müəyyən dövlət vəsaitləri cəlb olunsun ki, onlar standartlara uyğun fəaliyyət göstərsinlər”, - sədr deyib. E.Hüseynov bildirib ki, tələbin təklifi üstələdiyi yerlər ənənəvi olmayan at, eşşək ətinin, murdar ətlərin satıldığı yerlərdir: “Dönərxanalar da belə yerlərdir. Dəfələrlə murdar olmuş heyvan ətlərini Bakıya gətirən şəbəkə ifşa olunub. Bu məsələdə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə cərimə edib buraxmırlar. Həbs də həyata keçirirlər. Lakin Azərbaycan məhkəmələri qısa müddətdə DİN-in həbs etdiyi insanlara bəraət verir, buraxır, onlar da yenidən bu işlə məşğul olurlar. Dönərxanalar konkret standartlara uyğun olmalıdır. Əslində dönərxanalara getsək, görəcəyik ki, çoxlu kağızlar asılıb. Guya bu dönər hansısa müəssisədən alınıb. Lakin heç kim sübut edə bilməz ki, orada hazırlanan dönər kağızı verən müəssisəyə aiddir, yoxsa yox. Bir kağız asırlar, istehlakçı tələb edəndə onu göstərirlər. Bu sahədə ciddi dönüş aparılmalıdır. Düşünürəm ki, insanların qısaömürlü olmasının, apteklərdə, həkimlərdə növbədə durmasının ciddi səbəblərindən biri məhz pis qidalanmağımızdır”. E.Hüseynovun sözlərinə görə, Azərbaycanda zəhərlənmələrin sayı gizlədilir: “Statistika, təxminən, ümumdünya göstəricisi ilə 700 dəfə az göstərilir. Ümumdünya göstəricisinə baxsaq, yer üzündə 1 il içində hər 10 adamdan biri zəhərlənir. Bu hesabla Azərbaycanda 1 ildə 1 milyona qədər zəhərlənmə qeydə alınmalıdır. Lakin biz AQTA-nın saytında baxsaq, görəcəyik ki, ortaya 700 dəfə gizlədilmiş bir rəqəm çıxır. Eləcə də zəhərlənmələrdən ölənlərin sayı. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Ümümdünya Səhiyyə Təşkilatının siyahısında uzunömürlülüyə görə 198 ölkə arasında 115-ci yerdədir, Banqladeşdən, Şri-Lankadan və digər 3-cü dünya ölkələrindən çox-çox geridə qalır. Dahi Hipokrat deyib ki, nə yeyiriksə, oyuq. Deməli, ömrümüz ona görə qısadır ki, çox təhlükəli mal yeyirik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əgər öz varlığını sübut etmək istəyirsə, buyursun, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında lupa qoyub Azərbaycanın vəziyyətinə diqqətlə baxsın”.

Moskvaya PUA hücumu – Hava limanı bağlandı

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. PUA hücumuyla əlaqədar olaraq hava limanlarına məhdudiyyət qoyulub, uçuşlar digər şəhərlərə yönəldilib. Dağıntı və tələfat yoxdur.

“Rusiya “sülhməramlı”larının Qarabağdan könüllü çıxacağından söhbət gedə bilməz...”

“Biz belə halı Moldovada -  Dnestryanı bölgədə müşahidə etmişik. Moldova hökuməti Rusiya “sülhməramlı”larının çıxarılması haqda tələb səsləndirsə də, bu, yerinə yetirilməyib. Və 30 ildən çoxdur ki, Moskvanın həmin hərbi kontingenti hələ də Moldovanın suveren ərazisindədir...” “Çox maraqlı bir sualdır. Çünki Güney Qafqazda və Ukraynada baş verənlərin müzakirəsinin aparılması və burada paralelliklərin müəyyən edilməsi çox əhəmiyyətlidir. İlk növbədə qeyd edim ki, Ukrayna tam qələbə qazanacağı təqdirdə də Rusiya “sülhməramlı”ları Qarabağda qalmağa çalışacaq, məğlub olacağı təqdirdə də. Yəni burada könüllü çıxmaqdan söhbət gedə bilməz. Həmçinin yalnız Rusiyanın deyil, digər ölkə və ya beynəlxalq təşkilatın da sülhməramlı kontingentinin yerləşdiyi ərazidən könüllü çıxacağına inansaq, illüziyaya qapılmış olarıq”.  Araşdırmaçı jurnalist, Ordu.az saytının baş redaktoru Şahin Qocayev bu fikirləri Moderator.az əməkdaşının “Necə hesab edirsiz, 2025-ci ildə Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz və işğalçı müharibədə Ukraynanın xeyrinə ciddi dönüş olmayacağı təqdirdə Rusiya öz “sülhməramlı”larını Qarabağdan  məlumrazılaşmaya uyğun olaraq könüllü(!) olaraq çıxaracaqmı” sualını cavablandırarkən dilə gətirib. “Onu da deyim ki, Rusiya “sülhməramlı”larının Qarabağdan çıxarılması məhz 2025-ci ildə yox, daha tez reallaşa bilər. Çünki bununla bağlı nəinki Azərbaycanda, Ermənistanda, hətta Qarabağdakı separatçılar daxilində də fikirlər səsləndirilir. Bu mənada mümkündür ki, ermənilər bizdən daha tez davransınlar və Rusiya kontingentinin çıxarılması ilə bağlı tələblər səsləndirsinlər. Lakin bu o demək deyil ki, ruslar ermənilərin tələblərinə dərhal boyun əyəcək.  Biz belə halı Moldovada -  Dnestryanı bölgədə müşahidə etmişik. Moldova hökuməti Rusiya “sülhməramlı”larının çıxarılması haqda tələb səsləndirsə də, bu, yerinə yetirilməyib. Və 30 ildən çoxdur ki, Moskvanın həmin hərbi kontingenti hələ də Moldovanın suveren ərazisindədir... Bu kimi məsələləri nəzərə aldıqda görərik ki, Rusiya ilə birbaşa, xüsusi və sərt tələblə danışmaq yüksək fayda gətirməyəcək. Çalışmaq lazımdır ki, “sülhməramlı”ların bölgədən çıxarılmasına xüsusi diplomatik fəaliyyətlərlə, qarşı tərəfi xoflandırmayacaq şəkildə ağıllı addımlarla nail olaq. Və qeyd etdiyim kimi, Azərbaycan hökuməti artıq müəyyən məsələlərdə bu addımları atıb, bu fikir formalaşdırılıb. Hətta o səviyyədə formalaşdırılıb ki, bunu Ermənistanın siyasi dairələri və Qarabağdakı separatçılar belə, dilə gətirir. Təbii ki, bunun üçün xüsusi fəaliyyətlər həyata keçirmək lazım olur. Bu da özündə çox ciddi diplomatik manevrləri ehtiva edir, xüsusilə bizdən peşəkar gedişlər etməyi tələb edir. Və hökumətimiz bu məsələdə çox diqqətlidir” -deyə açıqlmasının davamında şərhçi əlavə edib.  “Habelə onu da nəzərə almaq lazımdır ki, Rusiya “sülhməramlı”larının mandatı təsdiqlənməyib. Yəni bir çoxlarının fikrinin əksinə olaraq Azərbaycan tərəfi Rusiya “sülhməramlı”larının burada müəyyən olunmuş müddətdən də artıq qalmasını istəsəydi, onların mandatı təsdiqlənər və bu kontingentin missiyasının müddətinin uzadılması üçün lazımi əsaslar formalaşdırılardı. Lakin bu olmadığı təqdirdə “ən uzağı 2025-ci ildə sülhməramlıların bölgədən uzaqlaşdırılması həyata keçiriləcək” deyə bilərik”,- deyə Şahin Qocayev yekunlaşdırıb.

Putin BMT Baş Assambleyasının növbəti sessiyasına getməkdən qorxdu...

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verildikdən sonra Putinin səfərləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb... Putin Rusiya Federasiyasından olan nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyasına getməyə qorxdu Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu, Kremlin mətbuat xidmətinin yaydığı müvafiq sənəddən bəlli olub. Rusiya diktatoru Putin BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Rusiya Federasiyasından nümayəndə heyətinin tərkibi haqqında fərman imzalayıb, lakin onun özünün adı siyahıda yoxdur. Məlum olur ki, işğalçı ölkədən olan nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrova başçılıq edəcək. Nümayəndə heyətinə Lavrovdan başqa, onun müavini Sergey Verşinin və beş departamentin rəhbərləri daxildir. Baş Assambleyada həmçinin Dövlət Dumasının Xarici Siyasət Komitəsinin rəhbəri Leonid Slutski və BMT-dəki səfiri Vasili Nebenzya da iştirak edəcək. Putinin özünün nümayəndə heyətində olmaması onunla izah olunur ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarıldıqdan sonra onun xarici səfərləri məhdudlaşdırılıb.