Redaktor seçimi

Hər üç abituriyentdən biri universitetə qəbul ola bilməyib

Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Sozcu.az xəbər verir ki, müsabiqə şərtlərini ödəyən 27 227 abituriyent tələbə adını qazana bilməyib Bu da təxminən ixtisas seçimində iştirak edən hər 3 abituriyentdən 1-nin müsabiqədən keçmədiyini göstərir. Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək elektron formada aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Əbülfəz Elçibəyin vəfatından 24 il ötür

Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 24 il keçir. Sozcu.az xəbər verir ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Seçkilərlə bağlı sensasion iddia: 10 dairədə nəticələr ləğv ediləcək

Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 mandat uğrunda 1000-dən artıq namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını, müxalifəti və bitərəfləri təmsil edirlər.  Sozcu.az xəbər verir ki, yenisabah.az növbədənkənar parlament seçkiləri ilə bağlı sensasiya sayıla biləcək məlumat əldə edib. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı seçkilərin nəticələrinə dair maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, sentyabrın 1-də 125 deputat seçilsə də, MSK yalnız 115 nəfərin qələbəsini təsdiq edəcək. Ən azı 10 dairədə seçkinin nəticələri etibarsız sayılacaq.  Mənbə deyib ki, nəticəsi etibarsız sayılacaq dairələrdə marafonu qələbə ilə başa vurmuş namizədlərin arasında həm YAP-ın, həm müxalifətin, həm də bitərəflərin nümayəndələri olacaq. Dairə Seçki Komissiyaları tərəfindən qalib elan edilən ən azı 3 YAP-çı namizədin MSK tərəfindən mandatsız qoyulacağı iddia olunur.  onlayn aptek Məlumatlı şəxs 10 dairədə seçkinin nəticələrinin hansı səbəbdən ləğv olunacağına da aydınlıq gətirib. Bildirib ki, həm iqtidar düşərgəsində, həm də müxalifətin və bitərəflərin təmsil olunduğu cinahda Milli Məclisə düşməyə layiq olan xeyli şəxs var. Amma hakimiyyətdə təmsil olunan bəzi məmurların ambissiyası üzündən həmin şəxslər mübarizədən kənarda qalıb: "Təkrar seçkilərdə həmin adamlara şans veriləcək".  Mənbənin sözlərinə görə, boş qalmış yerlərə gələn ilin yanvarında təkrar seçkilər keçiriləcək. 

14 yaşlı Nərminənin müəmmalı ölümü: Anası onun orqanlarının götürüldüyünü deyir

Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib. Qızın anası İlhamə Əliyevanın sözlərinə görə, sınıqçı uşağının barmağında vətərini partlatmışdı: "Həkim onu müalicə etdikdən sonra əməliyyat etməyə qərar verib. Narkozu artıq verdiyindən balam o dəqiqə keçinib. Uşağımın bədənini yarıq-yarıq hala salıblar, bütün orqanlarını götürüblər". Qızın nənəsi Tellər Əliyeva bildirir ki, həkim uşağın çəkisini çəkmədən ona həddindən artıq narkoz vurub, qızın da ürəyi yatıb. dirnaq modelleri Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, N.Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub: "O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının bərpası əməliyyatı üçün hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb". Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir. Ətraflı süjetdə:

Anar Məmmədovun rəqibi: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər"

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin qalmaqallı rəqibləri Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov və ictimai fəal Şəhriyar Məcidzadə arasında sular durulmur. Sozcu.az xəbər verir ki, Məcidzadənin sözlərinə görə, inkvizisiya dövründə insanları oda atırdılar, indi də 40 dərəcə istidə, çətir altına məcburi şəkildə Anar Məmmədovun görüşünə gətirirlər: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər. Deputatlığa namizəd bunu edə bilməz. Mənim gördüyüm tərbiyə budur ki, şəhid anasının ayağına gedərlər, yanında oturarlar. Din xadimlərini, başqa rayonlardan olan insanları görüşə gətirməzlər. Vəzifədən, 5-10 manat puldan ötrü insanların istəmədikləri görüşlərə gətirilmələri çox ağırdır. Müraciətlərimin cavabsız qalmasını özlərinə qələbə sayırlarsa, qoy saysınlar".pravda)

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər

Qonşu Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. “Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq. Eyni zamanda çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əmək haqqı alacaqlar və onların iş yeri saxlanılacaq.  Artıq analoji mövzu ilə bağlı ölkəmizdə də qanunvericiliyin dəyişdirilməsi gündəmdədir. Uzun müddətdir ki, silahlı qüvvələrin tam peşəkar ordu modelinə keçirilməsi ilə bağlı addımlar müzakirə olunur. Nəzərə alsaq ki, hazırda qonşu Gürcüstanın hərbi hərarətin yüksək olduğu 2 separatçı bölgəsi var, o zaman belə bir addımın hərbi xidmət keyfiyyətinə heç də mənfi təsir etmədiyini söyləmək olar. Digər tərəfdən Gürcüstanın hərbi xidmətə yararlı insan resursu da Azərbaycandan olduqca azdır.  Bəs görəsən, bənzər qanunun Azərbaycanda tətbiqi mümkündür?  aptek depo Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, indiki mərhələdə hansısa ödəniş qarşılığında hərbi xidmət azad edilmə ilə bağlı prosesin tətbiqi düzgün olmaz:  “Müəyyən ödəniş müqabilində hərbi xidmətdən azad edilmə prosesinin indiki mərhələdə Azərbaycan üçün uyğun olduğunu düşünmürəm. Məsələ burasındadır ki, Gürcüstan belə bir qanun qəbul etməsi hansısa bir ölkə ilə müharibə şəraitində olmaması ilə bağlıdır. Biz də gələcəkdə Ermənistanla yekun sülh sazişi imzalandığı halda, təhlükəsizlik vəziyyətinə görə, Hərbi Xidmət Keçmək haqqında Əsasnamənin dəyişdirilməsini və səfərbərlik ehtiyatlarının maliyyə vəsaitləri qarşılığında sərbəst qalması müzakirə mövzusu ola bilər. İndiki mərhələdə elə kateqoriya şəxslər var ki, onlar hərbi xidmətdən möhlət ala bilirlər. Xüsusən, magistratura və doktorantura təhsili alan tələbələri misal göstərə bilərik. Bu səbəbdən bu gün üçün səfərbərlik ehtiyatlarımızın ödənişli qarşılığında hərbi xidmətdən azad edilməsi müzakirə mövzusu deyil”.  Polkovnik həmçinin qeyd edib ki, onsuz da Azərbaycan Ordusunda əsas vəzifələri icra edən hərbi qulluqçular çağırışçılar deyil:  “Dünyada müharibə və hərbi insidentlərin artdığı bir zamanda ölkəmizin müdafiə konsepsiyasının mövcud ola biləcək təhlükələrə qarşı dayanıqlı ola bilməsi səbəbi ilə sözügedən mövzu bu gün üçün aktual deyil. Amma bizdə müəyyən kilid vəzifələr var ki, məsələn, gizir və MAXE kimi, bunlar özündə peşəkar orduya keçidin göstəricisidir. Bu səbəbdən əsas hərbi vəzifələr gizir və MAXE-lər tərəfindən icra edildiyi üçün, müddətli çağırışçılar sadəcə hərbi xidmətlə bağlı başlıca lazımi bilik və vərdişlərə yiyələnir. Biz onsuz da müəyyən qədər peşəkar orduya keçid etmişik. Düşünürəm ki, indiki mərhələdə ordumuz səfərbərlik ehtiyatları ilə təmin olunmalıdır”. 

Ukraynanın hücumu Putinə sərt şillə idi

Ukrayna ordusunun Kursk vilayətinə hücumu Rusiya hərbçiləri və Kreml üçün şok oldu. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyi və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi. “Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, - mənbə vurğulayıb. Putini yaxından tanıyan mənbələr nəşrə bildiriblər ki, ictimai çıxışlar zamanı prezident açıq şəkildə narazı və qıcıqlanmış görünürdü: “Liderin bu gün əhvalı pis idi. O, yəqin ki, 2022-ci ilin payızında Rusiya ordusunun Xersondan çıxarılmasından sonra belə görünməyib. Məmurlardan biri açıq deyib: “Sərhəd qoşunlarımız mühasirəyə alınıb. Çağırışçılar əsir götürülüb. Ukraynanın irəliləməsinin dərinliyinin məhdud olduğu aydındır. Buna baxmayaraq, baş verənlər reputasiyamız üçün çox xoşagəlməzdir”.

Mustafa Hacıbəyli Azay Quliyevi debata çağırdı

Azay Quliyevi debata çağırıram. Azərbaycanda ən çox namizədin qeydə alındığı seçki dairələrdən biri 8 saylı Binəqədi birinci seçki dairəsidir. 12 namizəd var və bu ğunlərdə keçirilən sorğular onu göstərir ki, indiki deputat və növbəti dönəm üçün də iqtidarın namizədi olan Azay Quliyev heç ilk üçlükdə yoxdur. Dairədə olan bütün namizədləri əməkdaşlığa çağırıram.  Azay Quliyevi isə debata çağırıram. Ona sual verəcəm, necə oldu ki, Əli Həsənovun sağ əli idin, amma o vurulandan sonra da  iqtidarın düşərgəsində qala bildin? Adam dostlarına sadiq qalmazmı?  Əgər bu suala cavab versə, maraqlı debat alınacaq. Mustafa Hacıbəyli, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd

Ordumuzun qarşısındakı erməni hərbçilər mövqelərdən getdilər - SƏBƏB

Ermənistanın Azərbaycanla sərhəddəki ordu bölmələrinin bir qismi hərbi xidməti tərk edib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan yazıb. Onun sözlərinə görə, silahlı qüvvələri xüsusilə orduya cəlb edilmiş polislər tərk ediblər. onlayn aptek “Sərhəddə təhlükəli müdafiə mövqelərində xidmət edən polislər ayda 180 min dram (təxminən 790 manat) alırdırlar. Onların maaşı 60 min drama (təxminən 260 manat) endirilib. Buna görə də polislərin bir qismi xidmətdən gediblər”, – O.Sərkisyan bildirib.

Bir ailədən 3 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, avqustun 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII-ci sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib. Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olub. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib. Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi “VGV U75 Plus” markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib. Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb.

Polkovnik Elmar Məmmədov HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib. Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur. onlayn aptek Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ukrayna “F-16” qırıcılarından istifadə etməyə başladı – İlk dəfə

Ukrayna ordusu müharibədə ilk dəfə “F-16” qırıcılarından istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” bildirib. Məlumatda qırıcıların hədəfləri vurması ilə bağlı hər hansı məlumat verilməyib. Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl “F-16” qırıcıları aldığını təsdiqləmişdi.