Redaktor seçimi

COP29 zamanı restoran, mağaza və gözəllik salonları işləməyəcək? - RƏSMİ

"COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir". Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. O, eyni zamanda, qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq: "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq".

Paşinyanın partiyası Ağrı dağından imtina etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının nizamnaməsindən  “Ararat dağı” ifadəsi çıxarılıb. Modern.az-ın məlumatına görə, bu barədə “Joğovurd” qəzeti yazıb. Bildirilir ki, partiyanın əsas sənədində və ya “nizamnamə”sində emblemdə istifadə olunan əl sıxma işarəsinin Ağrı dağına oxşaması ilə bağlı bənd var idi.  "Ağrı dağının adı partiyanın əsas sənədindən çıxarıb. “Joqovurd” qəzeti hakim partiyanın əsas sənədinin redaktə edildiyini və “Ağrı dağı” ifadəsinin çıxarıldığını müəyyən edib. Maraqlıdır, bu nizamnamə dəyişikliyi dövlət reyestrində qeydə alınıb?", - məqalədə qeyd olunur.

Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı

"Gürcü Arzusu" partiyasından Marneuli bələdiyyə üzvü, 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxs saxlanılıb. Sozcu.az News24.az-aistinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü, Parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib. Şalva Papuaşvilinin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq aparılır. “Cəmi bir neçə hadisə qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar edilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisəsi. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir. İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, 'Lelo' partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma 'Lelo'nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq, amma bu yalanların hamısına cavab veriləcək”, - deyə o, qeyd edib. Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rovşan İskəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı. Qeyd edək ki, Rövşən İskəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.

Palata Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində audit keçirib

Hesablama Palatası "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndə audit yoxlaması həyata keçirib. Bu barədə Palatadan bildirilib. Qeyd edilib ki, HP 2024-cü ilin iş planına əsasən sözügedən publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditini aparıb. "Qanuna əsasən kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı məlumatlar, onun nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra, kollegiyanın müəyyən etdiyi forma və məzmunda təqdim edilir"- Palatadan əlavə edilib.APA

Zelenskidən qərar: əcnəbilərə orduda vəzifə verilir

Ukrayna ordusunda əcnəbilərin komandanlıq vəzifələrində xidmət etməsinə icazə veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski qanun imzalayıb.

İran səhvə yol versə yenidən vuracağıq! - Haqari

İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə yenidən cavab verəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Ordusunun sözçüsü Daniel Haqari deyib. “Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Səfərbərlik xidmətinin zabitinə hökm oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, H. Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb. İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib. Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.

İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Sozcu.az-ın “Unikal”a istinadən məlumatına görə, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib. Tunelin açılışı 2020-ci ildə olub. Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur. Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?

Səbail məhkəməsindən Vardanyan haqda qərar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb. Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. azal vakansiya Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də gizir İntiqam Bayram oğlu Əsgərlidir. İntiqam Əsgərli  16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. İntiqam Əsgərli  1997-ci ildə S. Hacıyev adına Viləş kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2008-ci ildə həmin məktəbdən məzun olan İntiqam Əsgərli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının “Gizirlik” kursunu bitirən İntiqam Əsgərli  2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb. İntiqam Əsgərli  2015-ci ildə isə Türkiyədə kəşfiyyat kursunu bitirib. İntiqam Əsgərli  2016-cı il aprel döyüşlərinin də iştirakşısı olub. Həmin hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əsgərli Talış kəndi istiqamətində döyüşüb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin əməliyyatda İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb. İntiqam Əsgərli qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun da nəşinin çıxarılmasında iştirak edib.  Xidmət dövründə fərqləndiyinə görə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.  2020-ci il 27 sentyabrda Ermənistanın növbəti təxribatının qarşısının alınması üçün Vətən Müharibəsi başlayanda İntiqam Əsgərli də ön cəbhədə olub. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və şəhid qardaşının qisasını düşməndən almaq olan İntiqam Şuşayadək döyüş yolu keçib. İntiqam Əsgərli Şuşa şəhərinin azad edilməsində də iştirak edib. Son döyüşü də elə Şuşada olub.  İntiqam Əsgərli Şuşanın azad edilməsindən 1 gün sonra - 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Masallı rayon  Viləş kənd məzarlığında dəfn edilib. İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulub.  Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərliyə məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İntiqam Əsgərliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  Bundan başqa İntiqam Əsgərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Belə ki, 2021-ci ildə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adı verilib. Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

"Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib" - Mübariz İbrahimovun əmisi

"Qardaşımı Əliabad qəbirstanlığında dəfn etdik. Heç bir xəstəliyi yox idi. Təkcə 2019-cu ildə ürəyindən əməliyyat keçirmişdi. Səhər tezdən qəfil halı pisləşib, oğlu xəstəxanaya aparıb. Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib. Həkimlər deyir ki, qəfil qan aşağı düşüb". Bunu Moderator.az-a açıqlamasında Ağakərim İbrahimovun qardaşı Böyükağa İbrahimov deyib.  "Mən onun böyük qardaşı idim. 5 qardaş, 3 bacı idik. 2 qardaşım rəhmətə getdi, 3 qardaş qalmışıq. Mübariz İbrahimovun anasının da səhhətində problemlər yaranıb. Dəfndən sonra halı pisləşib, həkim iynə-dərman edib. Yoldaşının ölümündən şok keçirib", - deyə Milli Qəhrəmanın əmisi bildirib.

Ermənistanda istefaların səbəbləri: Nikol onları “təmizləyir”

Ermənistanda son ardıcıl istefaların səbəbləri məlum olub. Sozcu.az xəbər verir ki, erməni mediası son proseslərin istefa deyil, “təmizləmə” olduğu haqda məlumat yayıb. Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətdəki rusyönlüləri təmizləmək qərarı verib. Nikol Paşinyan iki gün öncə “Elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlər və onların həlli imkanları” mövzusunda müzakirə keçirib və bu sahədə çatışmazlıqları gündəmə gətirib. Əsas hədəf Rusiyadan çox asılı olan bu sistemi mümkün qədər “milliləşdirmək”dir. Bu müzakirələrdən sonra Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan, ərazi idarəetmə nazirinin müavini Akop Vardanyan və iqtisadiyyat nazirinin müavini Narek Teryan işdən çıxarılıb. Sonuncu nazir müavini təyin olunana qədər Rusiyada müxtəlif vəzifələr tutub. Ermənistanda işlədiyi müddətdə isə qatı ruspərəst mövqe sərgiləyib.