Romantik münasibətlərdə hər kəs fərqli davranır: kimsə praqmatizmdən əl çəkmir, kimsə isə baş-başa sevgi hovuzuna dalır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, astroloqlar güclü hisslərdən başlarını tamamilə itirəcək üç Bürc işarəsini açıqlayıblar. Bu bürclərdən biri Buğadır. Sevgidə, bürcün nümayəndələri vəsvəsə olurlar və hətta tiranlara və abyuzerlərə (abyuxerlər sevdikləri ilə nalayiq rəftar edən, çox vaxt onlara mənəvi və fiziki təzyiq göstərən kişilərdir-red) çevrilə bilərlər. Onlar hər yerdə xəyanət və satqınlıq görürlər. Yalnız aşiq olan eyni Buğa, eşqdə Buğa ilə harmonik bir yerdə yaşaya bilər və dəli olmaz. Əkizlər aşiq olduqları zaman təkcə ağıllarını deyil, özlərini də itirə bilərlər. Bir tərəfdaşda əriyir, şəxsi sərhədləri silir və hətta nəfəs almağı unudurlar. Xoşbəxtlikdən Əkizlərin sevgisi uzun sürmür, əks halda onların həyatı və sağlamlığı üçün təhlükəli olardı. Sevgili olan Xərçənglər çox qəribə insanlara çevrilirlər. Adi bir insan davranışının bəzi məqamlarından belə qorxa bilər. Xərçənglər həmişə sevdikləri obyektin yanında olmaq istəyirlər - işdə, evdə, duşda, tualetdə, fiziki olaraq orada ola bilməyəndə zənglər və mesajlar onları narahat edəcək. Çəhrayı rəngli eynəklər olmadan buna stalking deyilir.
Qoç - aktiv və nikbin olun. Problemlər yaranarsa, onları dərhal çözməyə çalışın. Enerjiniz və səyləriniz, niyyət və məramınız nə qədər güclü olarsa, bir o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Kollektitv tədbir, təqdimat, çıxış üçün yaxşı gündür. Fiziki işdə və aktiv çalışmaqda fayda var. Yaşam arealınızı qaydayas alın. Qısa müddətdə çox iş görməyə cəhd göstərin. İnşaat və dizayn sahələrində kreativ həllər tapmaq olar. Maliyyə və pulla bağlı məsələlərdə ehtiyatlı olun. Şəxsi münasibətlər müstəvisində təşəbbüskar olun. Sərt və aqressiv davranmayın. Buğa - məqsədə çatmağa az qalıb. Yeni planların reallaşdırılması üçün məkan hazırlamaq və ya ideyanı gerçəkləşdirmək üçün aktiv çalışın. Fəqət, həddən ziyadə səy göstərməyin. Əks təqdirdə irəliləyiş əvəzinə geriləməyə nail olaraq səhhətinizdə problemlərə rəvac verə bilərsiniz. Diqqətli olun, yaxın ətrafınızdakı insanların dəstəyini almağa çalışın. Sürətli nəticəyə hesablanmış yeni işə başlayın. Maraqlarınızdan birini gerçəkləşdirmək üçün gərəkli material ala bilərsiniz. Olayların məcrası ümumən pis deyil. Kiçik problemlərə fikir verməyin. Axşam saatlarında yetərincə istirahət edin. Əkizlər - çoxsaylı təmaslar, xəbərlər və danışıqlar günüdür. Sabahkı günə əminliyinizin asılı olduğu işləri təxirə salmayın. Diqqətli olun. Gərgin fon münaqişələr üçün əlverişli və münbit zəmin hazırlayır. Rəqiblər və bədxahlar aktivləşiblər. Dava üçün səbəb heç nədən yarana bilər. İnformasiya axınını genişləndirin. Danışmaq, görüşmək, zəng etmək və ya yazışmağın vacib olduğu insanı müəyyənləşdirin. Müzakirələr və ünsiyyət hətta sizin üçün gözlənilməz mövzunun başlanğıcı ola bilər. Xərçəng - şablon və klişelərdən imtina edin, yeni və orijinal variantlar seçin. Başqasının fikirlərindən əvvəlcədə xəbər tutmaq mümkün deyil, belə mənasız arzulardan əl çəkin. Təmkinli, fəndgir, hətta hiyləgər olun. Nə isə gərək olarsa, açıq danışın. Standart olmayan qərarlar qəfil uğur gətirə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə təşəbbüskar olun. Ən maraqlı hadisələr olayların ciddiləşdiyi müstəvidə baş verəcək. Dərhal döyüşə atılmayın. Təmkinli olun, marağı cəlb etməyə çalışın, nə istədiyiniz aydın deyil. Belə olarsa, məqsədə aparan yol xeyli qısalar. Şir - ciddi və böyük miqyaslı iş görmək istəyi yarana bilər. Kollektiv də buna sevinəcək, enerjinizi gərəkli məcraya yönəltməyə çalışacaqlar. Təhsil, təkamül, səfər və biliklərin əldə olunmasında xeyir var. Mürəkkəb məsələni həll edin, yük kimi asılmış problemi çözün. Avantüralarla fırıldaqlara uymayın. Güc və ideyalarınız çox olsa da, nəticədə nə əldə etmək istədiyiniz barədə düşünün. Tələsməyin, planları bir neçə günə bölün. Qız - cəsarətli, aktiv, əzmli olun. Situsiyanın təbii axarına düşəcəyi anı gözləməyin. Sizə lazım olan məsələlərə təkan verin, onları sürətləndirin. Danışıqlar, toplantılar, görüşlərə qatılın. Bilik və bacarığınızı nümayiş etdirin. Məşğul olduğunuz yeni iş barədə danışın. Faydalı tanışlıq olacaq. Lakin o, romantik yox, işgüzar ruhdadır. Bəzi mühüm işləri başa vurun ki, yeni layihə və maraqlar üçün məkan olsun. Fiziki işdə xeyir var. Evdə ciddi işlə məşğul olun. Tərəzi - alınan informasiya və bu məlumatlardan istifadənin intensivliyi ilə yanaşı, faydaları barədə düşünün. Əlaqələr, təmaslar və sərfəli tərəfdaşlıq günün aktual mövzularıdır. Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi həyacanlandıra bilər. O adama yardım edin, dəstək verin. Hadisələrin qismən nəzarətiniz altında olduğunu hiss etsəniz, aktiv və təşəbbüskar olun. Tərəfdaşlarınızın davranışınıza olan reaksiyasına fikir verin. Valideynlərlə ünsiyyət üçün vaxt tapın. Əqrəb - maraqlar və qarşınızda duran məqsədlər bu, ya da digər halda tərəfdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizi maraqlandıran məsələləri anlamağa çalışırlar. Hamı tələsir və insanları yalnız şəxsi məsələləri, problemləri maraqlandırır. Problemlərin həlli daha geniş miqyasda fayda verə bilər. Yeni perspektivlər yaranır. Fərqli situasiyalarda təmasların energetika səviyyəsi yüksəkdir. Səhər saatlarından etibarən aktiv olun. Məhsuldar, maraqlı gündür. Toplantılara qatılsanız, fəal mövqeyinizi nümayiş etdirin. Axşam saatlarında dostlarla görüş maraqlı ola bilər. Oxatan - xəbər və hadisələrin pressinqinə rəğmən, ruhdan düşməyin, bədbin olmayın. Məhsul yığmağın zamanıdır. Başladığınız işdən həzz almağa çalışın. Münasibətlər bərpa olunur, gələcək perspektivlərin formalaşması ilə bağlı müzakirələrdə ilkin razılaşma əldə olunur. Dostlar və iş yoldaşları yeni təəssüratların mənbəyi olacaqlar. Prioritetlərin dəyişməsi, məqsədlərin yenilənməsi istisna deyil. Yaşanacaq hadisələr bundan sonra uzun müddətdə işlərin gedişatı ilə şəxsi maraqları bəlirləyəcək. Yeni orientirlər seçin, anlaşma və müqavilələr imzalayın. Yaxın gələcəkdəki işlərlə bağlı əməkdaşlığa başlamaq olar. Oğlaq - narahat və gərgin gündür. Emosiyalar həddən ziyadədir. Yaxın ətrafınızdakı insanlar probelmlərin tez-tələsik həll yollarını arayırlar. Onlar maraqların toqquşduğu məqamlarda hövsələsiz və səbrsiz olacaqlar. Vaxtınızı və enerjinizi boş söhbətlər, müzakirələr, münasibətlərin aydınlaşdırılmasına sərf etməyin. Yaradıcı olun, problemlərin orijinal həll yollarını arayın. Günün ikinci yarısında perspektivləriniz üçün məhsuldar çalışın. Əldə etdiyiniz müvəffəqiyyəti gerçək uğura döndərin, detalları tələsmədən hazırlayaraq başa vurun. Axşam saatlarında evdə qayda yaradın. Yaxın ətrafınızdakı insanlara yardımlarınız xüsusilə effektiv ola bilər. Ailə üzvlərinizdən birinin qarşısında yeni perspektivlər yaranır. Dolça - uğur sizin tərəfinizdədir. Məqsəd və hədəflərinizi aydınlaşdırın, daha konkret edin. İşdə rəhbərliklə mübahisə etməyin. Belə mübahisənin ciddi fəsadları ola bilər. Valideynləriniz sizinlə daha çox maraqlanmağa başlasalar, diqqətli davranın. Günün ikinci yarısında aktiv, amma soyuqqanlı davranın. Qısa müddətə reallaşdıra biləcəyiniz məqsədləri müəyyənləşdirin. İşə elə indi başlayın və yaxın ətrafınızdakı insanlardan bəzilərini də yeni layihəyə cəlb edin. Amma onlara təzyiq etməyin. İfrat tələbkarlıq, eqoizm, öz fikrinizi ən doğru mövqe saymaq yanlış davranışdır. Fiziki işdə fayda var. Axşam saatlarında yetərincə istirahət edin. Balıqlar - diqqətinizi bütünlüklə işə yönəltsəniz, çox məhsuldar gün ola bilər. Təhsil, tədris və ya digər müstəqil fəaliyyətlə məşğul olun. Qaçaqaç, vurnuxma və intriqalardan kənar olun. Birgə işdə də yaxşı nəticələr əldə etmək olar. Uzun söhbətlərə baş qoşmayın, bir işlə məşğul olun, bir məqsədə can atın. Axşam saatları səfər, görüş, müzakirələr, qonaq qəbulu üçün əlverişlidir. Son vaxtlar yarımçıq qalan işlərdən bəzilərini başa vurmaq olar. Maliyyə perspektivlərinizi yaxşılaşdırmaq üçün yaranan imkanlardan istifadə edin. Maraqlı ideyalar peyda olarsa, onlardan birini mütləq reallaşdırın. Hədiyyə, mükafat, uğurlu alış-veriş istisna deyil.
Dünyanın öz növü üzrə ən yaşlısı hesab edilən 19 yaşlı Keniya aslanı Lunkito yerli Masai qəbiləsindən olan nizə tutan döyüşçülərin hücumuna məruz qaldıqdan sonra ölüb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, heyvanı öldürmək üçün onların öz səbəbləri olub. Belə ki, şir Olkelunyet kəndində mal-qara oğurlamaq istəyərkən tutulub. O, qocaldığı üçün daha asan ov axtarışında olub. Qeyd edək ki, Afrika şirlərinin vəhşi təbiətdəki ömrü nadir hallarda 18 ildən çox olur. Keniya Vəhşi Təbiət Xidmətinin məlumtına görə, Lunkito "böyük pişiklər" arasında rekordçu olub.
Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. Həkimin sözlərinə görə, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil: “Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”. Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən Bilqeyis Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirib: “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.apa
Mütəxəssislərin fikrincə, paxıllıq insana xas olan cəhətlərdən biridir. İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır. Astroloqlar bürclərin nəyi qısqandığını və necə paxıllıq hisslərini biruzə verdikləri ilə bağlı araşdırma aparıblar. Sozcu.az həmin proqnozu təqdim edir: Qoç bürcü - Həmişə ikili münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Sizi rəqib görsə, hirsli və əsəbi olur. Qoçlar dürüst olduğu üçün hər şeyi sevdikləri ilə paylaşmaqdan zövq alırlar. Buğa bürcü - Onların qısqanclıq hissi o an hiss olunur. Əldə etmək istədikləri hər şeyə qarşı aqressiv və paxıllıq duyurlar. Bəzən bu o həddə çatır ki, onların yaxınlarını da narahat edir. Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır. Xərçəng bürcü - Bürclər arasında ən qısqanc olan Xərçənglər bu hissin əsiridirlər. O qədər paxıllıq duyurlar ki, hətta sevdikləri insanları da incitdiklərinin fərqində olmurlar. Yaxşı yalan fantaziyaları olur. Paxıllıq onların ikinci adı kimidir. Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər. Qız bürcü - Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edirlər. Tərəzi bürcü - Onlar son dərəcə şən həyat sürməyi sevdikləri üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğularıdır desək yanılmarıq. Kişi Tərəzilər daha sadə və təmkinli olur, paxıllıq hissindən uzaqdırlar. Amma qadınlar üçün paxıllıq hissi dəhşətli intiqam alətinə çevrilə bilər. Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar. Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır. Oğlaq bürcü - Onlar lider olmağı sevdikləri üçün geridə qaldıqları zaman qısqanc olurlar. Sevgidə etibar hissləri çox zəifdir, Oğlan qadınla münasibət çətindir. Dolça bürcü - Digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək. Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Balıqlar elə paxıllıq hissi duyurlar ki, sanki yer üzündə son xoşbəxtlik qırıntısını kimsə onlardan alıb və bir daha verməyəcəkmiş kimi davranırlar. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri zaman qısqanclıq və paxıllıq hissindən uzaqdırlar. (metbuat.az)
Bu gün maqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, 4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib. Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib. LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb. Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
"WhatsApp" artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malikdir. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, burada naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verilir. Parametr messencerin "Android" üçün 2.23.10.7 nömrəli beta versiyasının sınaq mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. Bu yenilik sayəsində istifadəçi zənglərin qəbuluna nəzarət edə bilir. İstənməyən kontaktdan zənglər faktiki olaraq daxil olmayacaq, lakin belə zənglər hələ də bildiriş mərkəzində göstəriləcək. Bu filtri quraşdırmaq üçün məxfilik parametrlərinə keçməlisiniz. Yaxın günlərdə funksiya "iOS" smartfonlarının sahibləri də daxil olmaqla, geniş istifadəçilər üçün əlçatan olacaq.
Alimlər yaşlılarda yaddaşı bərpa etməyin yolunu tapıblar. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bir sıra tədqiqatlar göstərir ki, elektrik stimullaşdırılması köhnə beyinləri canlandırır və yaddaşı yaxşılaşdırır. Belə ki, beyinə qısa, ağrısız elektrik impulslarının köməyi ilə qocalıq yaddaş itkisini (ən azı müvəqqəti) bərpa etmək mümkün olacaq. Son araşdırmada müəyyən edilib ki, beynin müntəzəm elektrik stimullaşdırılması yaşlı insanların yaddaşını sağlam gənclərin səviyyəsinə qaytara bilər. İllinoys ştatının Şimal-Qərb Universitetinin alimlər qrupu 15 yaşlı iştirakçılarla kiçik bir pilot tədqiqat aparıb. Beş gün ərzində onlar hər gün 30 dəqiqəlik transkranial maqnit stimulyasiyası (TMS) seansları alıblar. Bu, beynin sinir hüceyrələrinin elektromaqnit stimullaşdırılması aldığı təmassız bir prosedurdur. Hipokampusla əlaqəli beyin bölgələri stimullaşdırıldı - xatirələrin saxlanmasına cavabdeh olan odur. Prosedur zamanı xəstənin başının yanına ortasında metal qıvrım olan stolüstü tennis raketkasına bənzəyən alət qoyulur. Cihaz xəstənin yüngül bir tıqqıltı kimi hiss etdiyi bir maqnit sahəsi yayır. İştirakçılar tədqiqat başlamazdan əvvəl, tədqiqatın bitməsindən bir gün sonra və bir həftə sonra yaddaş testləri keçiriblər. Məlum olub ki, prosedurların bitməsindən bir gün sonra iştirakçıların qeyd etmək qabiliyyəti tədqiqat başlamazdan əvvəlki ilə müqayisədə 31% daha yaxşı olub. Tomoqrafiya da beynin yaddaşların formalaşmasına cavabdeh olan bölgələrində böyük fəaliyyət göstərib. Müalicələrin bitməsindən bir gün sonra, orta yaşı 75 olan yaşlı iştirakçılar, 25 yaşlı şəxslərlə müqayisədə yaddaş testlərində normal performans göstəriblər. Kursorun bildirdiyi kimi, musiqi dinləmək və musiqi ifa etməyi öyrənmək yaşlı insanlarda idrak qabiliyyətinin azalmasının qarşısını ala bilər.
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca bahalı avtomobil alıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilin ön hissəsi svarovski daşlarla bəzədilib. Elektrikli "BMW i7" markalı maşının qiyməti 8 milyon lirə dəyərindədir. Qeyd edək ki, aktyor hazırda "Mən bu cihana sığmazam" serialında rol alır.
Rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsi olan banan Cənubi Koreyalı tələbələrdən biri tərəfindən yeyilib. Sozcu.az xəbər verir ki, Noh Huyn-soo adlı tələbə buna səbəb kimi səhər yeməyi yeyə bilmədiyini və ac olduğunu göstərib. O, dostunun kamerasına poza verib. Daha sonra bananın qabığını yenidən divara yapışdırıb. Yerli mətbuatın məlumatına görə, muzey daha sonra həmin yerə yeni banan qoyub. Ac tələbənin bu addımı təəccüblə qarşılanıb.
Qoç - təmaslar, əlaqələr, telefon zənglərinin sayı artır. Danışıqlar, əməkdaşlığın yeni formaları, ideyaların reallaşdırma yollarının müzakirəsi üçün əlverişli vaxtdır. Cəsarətli qərar qəbul edə bilərsiniz. Amma bununla bağlı açıqlama verməzdən əvvəl cari olaylara bir daha nəzər salın. Şərtlərin əlverişli axarı göz qarşısındadır. Yeniliklər və təşəbbüs izharı üçün yaxşı vaxtdır. Bədxahlardan və sizə mümkün qədər ağır zərbə vurmaq istəyən insanlardan qorunun. Boş vədlərə aldanmayın. Buğa - ciddi dəyişikliklər zamanıdır. Yaşanacaq olaylar arasında istiqaməti itirməyin, eyni vaxtda bir neçə istiqamətdə çalışın. Aramla davranmaq mümkün olmayacaq, çünki informasiya həddən ziyadədir. Proseslərin əksəriyyətini nəzarətdə saxlamağa çalışmayın. Resurs, əlaqələr, yığılmış və alınmış məlumatları yenidən dəyərləndirin. Hadisələrin dinamikası artır. Mühüm və ikinci dərəcəli məsələləri ayrıd edin, işlərin effektiv alınması üçün bir qədər nəfəs dərin. Məqsədə çatmağınız üçün əsas hərəkət istiqamətini seçin və fəal işləyin. Yerdə qalan işləri yaxın ətrafınızdakı insanlara həvalə etmək olar. Səhhətinizə diqqət yetirin. Əkizlər - niyyətlərlə real imkanlar arasında tarazlığı aşkarlayın. Gərəkli detalları görməyə çalışın. Münasibətlərdə isə bilməli olduğunuz nüansları aşkarlayın. Təmkinli, soyuqqanlı davranın. Yardım istəyən insanlara dəstək verin. Yalnız sizin maraqlarınıza aid olmayan toplantılara da qatılın. İctimai iş, tədbir, səfər, tədris, təhsil, alış-veriş, səfər - seçim sizindir. Kənardan əlavə maliyyə vəsaitinin cəlb olunması üçün effektiv addımlar atın. Xərçəng - sakit, rəvan gündür. Yaranmış şanslardan, müşahidə olunan şəraitdən intensiv iş üçün maksimum istifadə edin. Yaşam şərtilərini nəzərə alaraq planlara dəyişikliklər etmək olar. Hər əmələ və ya hadisəyə birbaşa müdaxilə yolverilməzdir. Təmkin və səbr gərəksiz problemlərdən qurtulmağa yardım edər. Ailədə və kollektivdə mikromühitin yaxşılaşdırılmasına çalışın. Yaşam arealınıza yeniliklər edin, rahat və münasib situasiyanın bərqərar olmasına can atın. Dostlarla planlarınızı bölüşməyə çalışın. Alış-verişdə simiclik etməyin. Mövcud durumdan yararlanın. Ailədə gələcəklə bağlı planları müzakirə edin. Şir - ünsiyyət, yeni əlaqələr və təmasların yaradılması üçün uğurlu vaxtdır. Şəxsi münasibətlər müstəvisində açıqlama, birgə planların müzakirəsində xeyir var. İstənilən işə yaradıcı yanaşın. Eksperimentlərə əl atın, fərqli yollar arayın, başqasının təcrübəsi və yeni biliklərdən yararlanın. Səfər və gəzintiyə çıxmaq pis olmaz. Daxili müvazinəti qorumaq üçün təmkinli olun, aramla davranın. Hisslərinizin və fəaliyyətinizin korreksiyasını aparın. Maraqlandığınız, diqqətinizi cəlb edən əşyanı ala bilərsiniz. Qız - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa cəhd göstərməyin. Hadisələrin öz axarında, spontan inkişafına mane olmayın. Cavab tədbirləri, adekvat reaksiyanı unutmyın. Bundan sonrakı fəaliyyətin istiqamətlərini korrektə edin. Yeni məlumat, sua4llara cavab peyda ola bilər. Nüfuzlu şəxslərdən dəstək alın. Ətalətli, süst olmayın. Faydalı əlaqələri bərpa etmək və yeni təmaslar qurmaq üçün vaxtınızı diqqətlə bölüşdürün. Axşam saatlarında sakit məşğuliyyət seçin, dincəlin. Yeməkdə özünüzü məhdudlaşdırmayın. Tərəzi - hadisələrin mərkəzində olun ki, yeni ideyalar, təkliflər və tanışlıqlar sizdən yan keçməsin. Uzaqdakı tərəfdaşlara stavka etmək zamanıdır. Peşəkar müstəvi il yanaşı, şəxsi münasibətlər arealında perspektivlər arta bilər. Sərfəli və gəlirli təklif az sonra səslənə bilər. Fəqət informasiya mübadiləsi, qiyabi tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilərlər. Evdə yeniliklərlə məşğul olun. Təmirə başlamaq və ya artıq başladığınız təmiri sürətləndirmək olar. Axşam saatlarından problemlərdən bəhs etməyin. İstirahət edin, dostlarla əlaqə saxlayın. Əqrəb - nikbin olun, uğur əldə edəcəksiniz. Genişmiqyaslı nailiyyətə çatmağı planlaşdırsanız, pərişan ola bilərsiniz. Kiçik işlər görün, böyük işlər özləri həllini tapacaq. Sonucu sizdən asılı işlərdə nəticəni möhkəmləndirin, durumu səbatlı edin. Bəzi nəsnə və ya məqamlardan imtina etməli olacaqsınız. Yenilənmə və yeni, daha maraqlı imkanlar, şanslar yaranacaq. Hansısa məqam və ya insan sizi bezdiribsə, günün ikinci yarısı problem mənbəyindən qurtulmaq üçün əlverişli zamandır. Qarşınızda yeni perspektivlər yarada biləcək işlərlə məşğul olub. İnformasiya mənbələrinin sayını artırın. Yaxın ətrafınızdakı insanlar plan və gözləntilərinizi pozsalar, aqressiv olmayın, sərt açıqlamalar verməyin. Təmkinli, soyuqqanlı davranın. Oxatan - çalışdığınız və ya əlaqədə olduğunuz insanlarla təmaslar vasitəsilə özünüzün yeni məcazlarınızı aşkarlaya bilərsiniz. Yeni maraqlı görüş və ya tanışlıq istisna deyil. Genişmiqyaslı, ciddi planlar qurmayın. Yeni tanışlar həyatınıza daxil olduğu təki, elə həmin sürətlə yoxa çıxa bilərlər. Sizə təsir etməyə çalışan, səbirsiz davranan insanlara anlayışla yanaşın. Qarşılıqlı əlaqəyə və əməkdaşlığa hazır olun. Stereotip düşüncələrdən azad olun. Dəyişkən şərtlərə uyğun olaraq planları da yeniləməyin zəruri olduğunu anlayın. Günün ikinci yarısında bir sıra mətləblər əyan olacaq. Problemlərin orijinal həllini tapın. Özünüzü və yaxınlarınızı sevindirməyə çalışın. Oğlaq - yaşamınızda mühüm hadisə yaşanır. Önəmli prosesdə uduzmamaq üçün aktivləşin, yeni işlərə başlayın. Qətiyyətli olun. Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına imkan verməyin. İş yerində sizi yaxşı xəbər və xoş təəssürat gözləyir. Çalışdığınız arealın durum və dizaynına yenilik etmək olar. Həmkarlarla qarşılıqlı münasibətlərə yeni anlam verməyin, cari məsələlərin həllinə yaradıcı yanaşmağın vaxtıdır. Belə olarsa, yeni perspektivləri görəcəksiniz. Çevik, mütəhərrik, sayıq olmağa çalışın. İşlər çoxdursa, onların bir hissəsini tanış və ya iş yoldaşlarına həvalə edin. Dolça - danışıqlar, sövdələşmə, müzakirə, informasiya və sənədlə iş, təhsil və səfər üçün yaxşı gündür. Bütün dağınıq ideyalar və xaotik planları sistemləşdirin. Bacarıq və istedadınızı hansı sahədə daha parlaq nümayiş etdirməyin yolunu sizə intuisiyanız göstərəcək. Münasibətlərdə yeni nüanslar yaranır. Aldığınız əşya, etdiyiniz əməl, gördüyünüz işin estetik olmasına çalışın. Gözəl, keyfiyyətli, rahat nəsnəyə tələbatınız artır. Münasibətlərdə ayinlər, rituallar, hədiyyələr və səxavətin önəmi artır. İfrata varmayın. Balıqlar - əsas fəaliyyət sahənizdə zahiri aktivliklə bağlı bütün işləri görün. Danışıqlar, sövdələşmələr, anlaşmalar üçün əlverişli gündür. İşdə dəqiq, səliqəli, çevik və sayıq olun. Belə davranış sizdən əlahiddə zəhmət tələb etməyəcək. Yeni işə başlamaq üçün uğurlu gündür. Vaxtınızı iş və istirahət arasında dəqiq bölüşdürün ki, yaşananların nəticələri maksimal dərəcədə uğurlu olsun. Zahiri görkəminizi yaxşılaşdırmaq üçün zəruri işləri görmək olar. Alış-veriş üçün yaxşı vaxtdır. Görüş və müzakirləri planlaşdırın. Şəxsi münasibətlər müstəvisində indiyədək ehtiyat və təmkinlə qarşısı alınan hisslər tüğyan edəcək.
ABŞ-ın Vaşinqton Universitetinin Molekulyar Biologiya Məktəbinin mütəxəssisləri bir sıra fundamental tədqiqatlar apardıqdan sonra günəş şüalarında insan orqanizmi üçün elmə məlum olanlardan başqa hansı təhlükələrin gizlənə biləcəyini müəyyən ediblər. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, alimlərin işində qeyd olunduğu kimi, ultrabənövşəyi şüaların təsiri insan DNT-sində əvvəllər məlum olmayan növ zədələrə səbəb olur. Bütün bunlar aqressiv dəri xərçənginə gətirib çıxarır. Tədqiqatçılar 150 koloniyanın maya hüceyrələrini bir ay ərzində 15 dəfə səkkiz saniyə UV lampalarına məruz qoyublar. Bundan sonra, DNT hüceyrələrdən təcrid olunub, bütün genom ardıcıllığına məruz qalıb, yəni qoşa zəncirdə tam nukleotid ardıcıllığı qurulub. Beləliklə, alimlər ultrabənövşəyi şüalanmanın yaratdığı 50 minə yaxın mutasiyanı müəyyən ediblər. Bunların təxminən yarısı melanoma inkişafı ilə əlaqəli idi. Bioloqların fikrincə, son vaxtlara qədər günəş şüalarının zədələnməsinin iki DNT əsası ilə məhdudlaşdığına inanılırdı: sitozin (C) və ya timin (T). Lakin indi müəyyən edilib ki, mutasiyalar bəzən adeninə də təsir edir (A). Üstəlik, hətta ultrabənövşəyi radiasiyaya bir dəfə və qısa müddətli məruz qalma da atipik mutasiyalara səbəb olur. Melanoma və ya dəri xərçəngi ən ölümcül bədxassəli şişlərdən biridir, çünki tez metastazların meydana gəlməsinə səbəb olur. Bu xəstəliyin əsas səbəbi birbaşa günəş işığına uzun müddət məruz qalma hesab olunur.