İyun bürclərə nə vəd edir?

Artıq yeni aya qədəm qoyuruq. Bəs, iyun ayı astrologiya baxımından bürclərə nə gətirir? Yayın ilk ayında ulduz falınız sizə nə deyir? Astroloqların araşdırmalarına istinadən bu sualların cavabını təqdim edirik: Qoç İyunun birinci yarısında səyahət, təhsil, hüquq, xaricə dair qərarlar verə bilərsiniz. Sadalanan məsələlərlə bağlı proseslər sona çatacaq. Nəticə gözlədiyinizdən daha yaxşı ola bilər. Sevgidə, uşaqlarda, bayramlarda, əyləncələrdə şanslı olduğunuz bir dövrdə olacaqsınız. Karyera həyatınızda bəzi problemlər yarana bilər. Buğa Dəyərli buğa, iyunun ilk on beş günü maliyyə, borclar, vergilər, ödənişlər və miras məsələlərində nəticə verə bilər. Yeni ev ala, investisiyalar yatıra bilərsiniz. Ev, ailə və daşınmaz əmlak məsələlərində uğurlar sizinlə olacaq. Dəyişiklik baş verə bilər. Əkizlər Sevimli əkizlər, iyunun birinci yarısında tərəfdaş, evlilik, ortaqlıq haqqında qərar qəbul etmə prosesinə girə bilərsiniz. Bu dövrdə ünsiyyətdə sərt dildən istifadə tövsiyə olunmur. Əgər söhbət yaxın ətrafınız, təhsil və səyahətlərdən gedirsə, şans sizinlə olmağa başlayacaq. Əgər subaysınızsa, yeni sevgi ön plana çıxa bilər. Xərçəng Hörmətli xərçəng, iyunun birinci yarısında iş həyatınız, işçiləriniz və ya sağlamlığınızla bağlı bəzi proseslər sona çatacaq. Qətiyyətli münasibət göstərə bilərsiniz. Pul məsələsində diqqətli olmaq məsləhətdir. Xarici səfərlərdə, təhsildə, səyahətdə və hüquqi məsələlərdə xəyal qırıqlığı və uğursuzluqlar ön plana çıxa bilər. Şir Hörmətli şir, iyun ayına tam ayın enerjisi ilə başlayırıq. Tam ay enerjisi ilə qaranlıq məsələlər görünəcək. Sevgi, uşaqlar, bayramlar, hobbiniz ön plana çıxa bilər. Bu məsələlərlə bağlı qərarlar qəbul edə bilərsiniz. Enerjiniz yüksək olacaq. Xərcləriniz arta bilər. Qız Hörmətli qız, iyunun ilk on beş günündə eviniz, ailəniz, karyera həyatınızla bağlı sonluqlar və dəyişikliklər ola bilər. Qərar verməkdə çətinlik çəkə bilərsiniz. Gizli sevgilər gündəminizə gələ bilər. Tərəfdaş və ya tərəfdaşlarla məyusluq yarana bilər. Tərəzi Hörmətli tərəzi, iyunun ilk on beş günündə ailə, təhsil, səyahət, yerdəyişmə məsələləri gündəminizə gələ bilər. İş həyatınızda bəzi problemlərlə qarşılaşa bilərsiniz. Sosial dairəniz genişlənə, yeni insanlar həyatınıza qoşula bilər. Sevgi üçün şans sizinlə olacaq. Əqrəb Hörmətli əqrəb, iyunun birinci yarısında pul, qazanc, maliyyə məsələləri ilə əlaqədar qərar mərhələsinə girə bilərsiniz. Xərcləriniz hobbilər, şans oyunları, birja, bayramlar səbəbindən çox arta bilər. Pul itkiləri baş verə bilər. Karyera həyatınızda yaxşı bir dövrə qədəm qoyacaqsınız. Uğurlar sizinlə olacaq. Oxatan Hörmətli oxatan, iyunun birinci yarısında fiziki dəyişiklik gözlənilir. Ortaqlıq-evlilik münasibətləriylə bağlı qərarlar verə bilərsiniz. Ailə və ev məsələlərində qərarsızsınız. Bəzi xəyal qırıqlıqları gerçəkləşə bilər. Xaricdə, səyahətdə, təhsildə və hüquqda şans sizinlə olacaq. Çox səyahət edə bilərsiniz. Əgər təksənsə, sevgi səni səyahət, təhsil, hüquq sahələrində tapa bilər. Oğlaq Hörmətli oğlaq, iyunun birinci yarısında ruhani işlərlə məşğul ola bilərsiniz. Ünsiyyət və səyahətlə bağlı problemlər gündəminizə gələ bilər. Maliyyə məsələlərində diqqətli olmağı məsləhət görürəm. Maliyyə baxımından şanslar sizinlə olmağa başlayacaq. Əgər təksənsə, sevgi üçün yaxşı irəliləyişlər baş verə bilər. Dolça Hörmətli dolça, siz iyun ayının ən şanslısısınız. İlk on beş gündə sosiallaşa bilərsiniz. İcma-birliklərdə ön plana çıxa bilərsiniz. Sosial həyatınızla əlaqədar xərcləriniz arta bilər. Sevgi, evlilik və digər tərəfdaşlıqlarda şans sizinlə olacaq. Balıq Hörmətli balıqlar, iyunun birinci yarısında karyera və iş həyatınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Bəzi xəyal qırıqlıqları gerçəkləşə bilər. Məsuliyyətləriniz arta bilər. İş həyatınızda və ya sağlamlığınızda şans sizinlə olacaq./Azxeber.com

Telefonda interneti necə sürətləndirmək olar?

Mobil internetin sürəti təkcə telekommunikasiya operatorundan və şəbəkənin keyfiyyətindən deyil, həm də smartfonun özündə olan parametrlərdən asılıdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, parametrlərdə sadəcə iki düyməyə basmaqla smartfonunuzda internetin sürətini artara bilərsiniz.  Bunun üçün telefonunuzda interneti sürətləndirmək üçün parametrlərdə "Reklamların bloklanması" və "Trafikə qənaət" düymələrini sıxmaq lazımdır. Çünki reklamlar və pop-uplar səhifənin yüklənməsini çox ləngidir. "Reklamların bloklanması" və "Trafikə qənaət" funksiyaları sizə lazımsız elementlər olmadan internet saytlarını sadələşdirilmiş formada açmağa imkan verəcək. Bu iki funksiyanı işə salmaqla siz səhifənin yüklənmə sürətini əhəmiyyətli dərəcədə artıracaqsınız və spamdan xilas olacaqsınız.

“Microsoft” şirkətindən yaranan problemə “söndür-yandır, düzələcək” kimi çıxış yolu

"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BleepingComputer"dən xəbər verilib. Məlumata görə, istifadəçilər bəzi hallarda "Kopiyala" və "Yapışdır" funksiyalarının işləməməsindən şikayətləniblər. Nasazlığın "CopyFile API" istifadə edən üçüncü tərəf proqramları ilə bağlı olduğu vurğulanıb. Həmçinin istifadəçilər əməliyyat sistemlərində faylların saxlanması funksiyasının işləməməsindən şikayət ediblər. Xüsusilə, problem "Word" və "Excel" kimi "Microsoft Office" proqramlarında görünüb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Microsoft"dan problemdən xəbərdar olduqları və hazırda həll yolu axtardıqları bildirilib. Müvəqqəti düzəliş olaraq istifadəçilərə "Kopiyala", "Yapışdır" və "Saxla" əmrlərini bir neçə dəfə təkrarlamaq tövsiyə olunub. Bundan əlavə, istifadəçilərə problemli yeniləmələri silmək və əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmaq tövsiyə olunub. "Microsoft" xidmətindən istehlakçılara verilən məsləhətlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər problemin həlli əvəzinə əmrləri bir neçə dəfə təkrarlamaq, ya əvvəlki versiyaya qayıtmaq kimi təkliflərin texnologiya aləmində məşhur olan "söndür-yandır, düzələcək" zarafatına bənzədiyini vurğulayıblar.

Telefonlar üçün bu tətbiq təhlükəlidir - Dövlət Xidmətindən xəbərdarlıq

"Google Play Store"da yeni troyan aşkar edilib. Aşkar edilmiş yeni troyan öz operatorlarına distant şəkildə Android smartfon üzərində idarəni ələ keçirtməyə yardımçı olur. Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər. Troyan öz növbəsində smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir. Aşkar edilmiş yeni troyan "AhRat" adını əldə edib. O, "iRecorder-Screen Recorder" adlı tətbiq daxilində gizlədilib. Maraqlısı ondadır ki, tətbiqin özü "Google Play Store" platformasına 2021-ci ilin sentyabr ayında yerləşdirilib və həmin vaxtda onun tərkibində sözügedən troyan mövcud olmayıb. 2022-ci ilin avqust ayında isə tərtibatçılar bu tətbiq üçün yenilənmə təqdim ediblər və məhz həmin yenilənmə ilə troyan tətbiqə inteqrasiya edilib. Beləliklə ilk günlərdə zərərsiz görünən tətbiq daha sonra zərərli proqram təminatına çevrilib. iRecorder-Screen Recorder 50 000 yüklənmə sayına malikdir. Tətbiq artıq "Google Play Store"dan silinib. Lakin ona kənar tətbiq mağazalarında rast gəlmək olar. Smartfona daxil olandan sonra "AhRat" adlı bu troyan geolokasiyanı izləyə, audio zənglərin tarixçələrini, kontaktları və mətnli mesajları oğurlaya bilir. Lakin troyanın imkanları bununla məhdudlaşmır. Belə ki, "AhRat" smartfonun kamerası vasitəsilə fotolar çəkə, SMS mesajlar göndərə və smartfonun diktofonu vasitəsilə audio fayllar yaza bilər.

"Namaz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Əlaməti üzdə görünür və..."

"Qiyamət günü gəldikdə namaz möminin yoluna nur saçacaq..." Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8). Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur: "De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163). Namaz müəyyən edilmiş vaxtlarda gündəlik yerinə yetirilən, hətta təhlükəli vəziyyətdə belə tərk edilməyən vacib əməldir. Uca Allah buyurur: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (əl-Bəqərə, 238-239). Namaz bəndə ilə Rəbbi arasında olan bir əhddir. Peyğəmbər demişdir: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəm­məd! Həqiqətən, Uca Allah buyurur: “Mən sənin ümmətinə beş namazı fərz buyurdum. Kim bu (namazların) dəstəmazına, vaxtlarına, rukusu­na, səcdə­si­nə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərga­hım­da onun üçün bir əhd yoxdur. İstəsəm, ona əzab verə­rəm, istəsəm də ona rəhm edərəm”. (ət-Tayəlisi, 574). Namaz öz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Onun əlaməti üzdə görünür və əzalara təsir edir. Peyğəmbər de­miş­dir: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulillah” tərəzini doldurur. “Subhə­nallah” və “əlhəmdulillah” göylərlə yer arasını doldurur. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhi­nə olan bir hüccət­dir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəf­sini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”. (Muslim, 223). Qiyamət günü gəldikdə isə namaz möminin yoluna nur saçacaq. Uca Allah buyurur: “O gün sən mö­min kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəf­lərin­dən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan Cən­nət bağ­la­­rıdır. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur” (“əl-Hədid” surə­si, 12). Namaz günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Uca Allah buyurur: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114).  Peyğəmbər demiş­dir: “Deyin gö­rüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı?” Sə­ha­­bə­lər: “Onun bədənindəki çir­kab­dan heç nə qalmazdı”- deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Beş vaxt qılınan namaz­ların məsəli də buna bən­zəyir. Belə ki, Allah bununla günahları silir!” (əl-Buxari, 528). Həmçinin demişdir: “Həqiqətən, bəndə namaza dur­duq­da onun bütün günahları gətirilərək başının və hər iki çiyinlərinin üzərinə qoyu­lur. O, hər dəfə ruku və səcdə etdikdə günahları tökülür”.(İbn Hibban, 1734).Zikr.az

Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır- "Bu, Mənim doğru yolumdur, onu tutub gedin..."

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar” (Ali İmran, 105-107). İbn Abbas demişdir: “Toplum şəklində Peyğəmbərin yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır.” Uca Allah həmçinin buyurur: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159). Bu ayələr dində parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur. Hüzeyfə ibn Yəmən xəlifə Osman ibn Əfvana demişdir: “Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər.” O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur: Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması. İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək. Uca Allah buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” (əl-Bəqərə, 176). O həmçinin buyurur: “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər” (Ali İmran, 19). Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin.” (Səhih əl-Buxari, 7288). Bu hədisdə Peyğəmbər qövmünə, demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir. Uca Allah buyurur: “Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa” (Hud, 118-119). İxtilaf və parçalanmaqdan yaxa qurtarmağın yolu... Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o, hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin yolunu tutub getməkdir. O peyğəmbər ki, özündən danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Peyğəmbərin səhih hədisləri İslamın yeganə və əvəzolunmaz iki qaynağıdır. Bundan başqa bütün yollar zəlalətə aparır. Peyğəmbərin yoluna sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri-mümkündür. Böyük İslam alimi İmam Malik demişdir: “Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək.” Ümmətin əvvəli Qurana və Peyğəmbərin yoluna tabe olmaqla düzəlmişdir. Odur ki, hər bir müsəlman Peyğəmbərin və onun səhabələrinin izlədiyi yola yönəlməlidir. Uca Allah buyurur:  “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 153). Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin və onun səhabələrinin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik...Zikr.az

Hədiyyə seçə bilməyənlər oxusun - Hər bürcün öz marağına uyğun...

Bütün insanlar hədiyyə almağı sevirlər, amma başqalarından daha çox bəyəndiyimiz hədiyyələr var. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, insanlara düzgün hədiyyələr etmək istəyirsinizsə, müxtəlif  Bürclərə hansı hədiyyələri vermək daha yaxşı olduğuna dair astroloqların rəyinə diqqət yetirin. Qoç Qoç üçün hədiyyənin özü deyil, onun təqdim olunma tərzi önəmlidir. Astroloqlar bu bürcün adamlarına qeyri-adi şəkildə və gözlənilmədən hədiyyələr verməyi məsləhət görürlər. Bu prosesə çox diqqətlə və ehtiyatla yanaşın. Buğa Maliyyə hədiyyəsi Buğa məqbul və layiqli hesab edəcəklər. Buğalara pul, qızıl və ya səhm verilə bilər. Buğalar da şirin sevərlərdir, ona görə də onlara şokolad və ya qeyri-adi şirin şey verə bilərsiniz. Onlar mütləq bəyənəcəklər. Əkizlər Əkizlərə yeni biliklər verə biləcək bir şey verilməlidir. Əkizlər bürcü oxumağı sevirsə, mütləq onlara kitab hədiyyə edin. Stolüstü oyunları oynamağı sevənlər üçün bir oyun verə bilərsiniz. Əsas odur ki, hədiyyə onları ovsunlayır və inkişafa, asudə vaxtını faydalı keçirməyə kömək edir. Xərçəng Xərçənglər yaradıcı insanlardır, ona görə də sadə bir hədiyyə mütləq qiymətləndirilməyəcək. Onlar ev üçün qeyri-adi bəzək, paltar, kitab, sevimli rəssamın imzası olan diski bəyənəcəklər. Hədiyyənizin bəyənilməsini istəyirsinizsə, Xərçəng təəccüblənməli olacaq. Şir Şirlər üçün hədiyyənin alınma faktı deyil, onun necə qablaşdırıldığı çox önəmlidir və sadəcə diqqət də xüsusi rol oynayır. Şirin xəyal etdiyi şeyi versəniz, ancaq onu darıxdırıcı və heç bir sürpriz etmədən etsəniz, Şir bürcü heyrətlənməyəcək. Ancaq heç olmasa qablaşdırma üzərində işləsəniz, lazım olduğu kimi gedə bilər. Qız bürcü Qız bürcü üçün hədiyyənin praktikliyi çox önəmlidir. Onlar hər gün həqiqətən istifadə edə biləcəklərini qiymətləndirəcəklər. Qablaşdırmanın onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, hədiyyə istifadə edilə bilər və rəfə qoyulmasın və əbədi olaraq unudulmasın. Qızlar zibil yığınlarını sevmirlər. Tərəzi Tərəzi bürcünə görə hədiyyə incə olmalıdır. Qeyri-adi və ya bahalı ətirlər, gözəl paltarlar ola bilər. Rahatlıq və gözəlliyi qiymətləndirirlər. Beləliklə, bir yastıq, orijinal xalça, tərlik ola bilər. Əqrəb Bu Bürcün nümayəndələri böyük estetikalardır. Həm də hər bir hədiyyədə onlar üçün məna vacibdir. Əqrəbin sancmasına çox da həvəsli deyilsinizsə, onun üçün gözəl bir şey seçin. Bu, qeyri-adi bir yemək (yeməyi sevirsə) və ya aksesuar ola bilər. Oxatan Oxatanlar qablaşdırmanın parlaqlığı və yaraşıqlığı və hədiyyənin statusu ilə heyran qalacaqlar. Bu güclü və orijinal bir şey olmalıdır. Hədiyyəyə çox pul xərcləməyə bilərsiniz, amma ucuzlaşdırmamaq daha yaxşıdır, çünki Oxatan bunu bəyənməyə bilər. Oğlaq Oğlaq bürcünə xoş sürpriz etməyin, ən asan yolu hobbi ilə əlaqəli bir hədiyyədir. İstedadları inkişaf etdirmək üçün istehlak materialları və ya başqa bir şey ola bilər. Məsələn, Oğlaq tikməyi sevirsə, tikmə üçün naxışlı bir şəkil verə bilərsiniz. O, video oyunları oynamağı sevirsə, yeni bir coystik ("oyun çubuğu") verə bilərsiniz. Dolça Dolçalar ən son texnologiyadan və ya qeyri-adi qadcetdan məmnun qalacaqlar. Bunlar hədiyyəni qiymətləndirəcək yaradıcı şəxslərdir. Onların inkişafına kömək edəcək. Ən əsası onlara hədiyyə sertifikatları verməməkdir. Balıq Balıqlara çox gözəl bir şey verilməsi lazımdır. Öz əllərinizlə etdiklərinizi də qiymətləndirəcəklər. Əgər ruh bir hədiyyəyə yatırılıbsa, bu insanlara verə biləcəyiniz ən yaxşı şey olacaq. Onlar mütləq sizə təşəkkür edəcək və sevginizi hiss edəcəklər.

Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq. 22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

Instagram Twitter ekvivalentini işə sala bilər

Instagram platformasının tərtibatçıları iyun ayında Twitter-ə bənzər mətn əsaslı tətbiqi işə salmağı planlaşdırırlar. Sozcu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata əsasən, tətbiq hazırda tərtibatçılar tərəfindən sınaqdan keçirilir. Agentlik marketinq müəllimi Liya Habermana istinadən aydınlaşdırır ki, yeni tətbiq Instagram-ın bir hissəsi olmayacaq, lakin tətbiqlərdəki hesablar əlaqələndirilə bilər. Instagram nümayəndələri agentliyin bu məsələni şərh etməsi sorğusuna cavab verməyiblər.

Sevgidə yaşın nə fərqi var ki?

Sevgi münasibətlərindəki yaş fərqi hər zaman müzakirə yaradıb. İstər qadın kişidən böyük olsun, istərsə də kişi qadından. Bunun bir fərqi olmur. Sozcu.az olay-a istinadən xəbər verir ki, hər zaman bu məsələ mübahisəyə səbəb ola bilir.  "Cougar life"ın yazarı, psixoloq Sarah Hillin fikrincə, bu münasibətlərin çox vaxt su-istifadə hallarına yol verdiyi düşünülür. Yəni yaşlı tərəf gənc sevgilisini cinsi münasibətlərinə görə, digər tərəfin isə yaşlı olanı maddi durumu üçün istifadə etdiyi qənaətinə gəlinir. Bu ümumi düşüncənin əksinə çox ekspert yaş fərqinin münasibətlərdə su-istifadə edici hallara yol vermədiyini düşünür. Onların fikrincə, bu nüans iki nəfər arasındakı bağı digərlərindən fərqləndirmir. Məsələ burasındadır ki, bu münasibətlər güc balansını pozur. Yəni Hillin dediyi kimi, bəzən bu münasibətlərdə sui-istifadə hallarını görsək də, hər zaman belə olmur. Əslində isə araşdırmalar bu tipli münasibətlərin çoxunda yaş fərqinin araya girmədiyini, tərəflər arasında təbii bir bağ yarandığını irəli sürür.  Yenə Hillin fikrincə, yaş fərqi olan "flört"lərin riski var. Yəni bu münasibətlərin problem yaratmayacağına zəmanət vermək olmaz. Bəzi ekspertlər yaş fərqinin münasibətlərdə problem təşkil etdiyini üzə çıxaran araşdırmalar edir. ABŞ-ın məşhur universitetlərindən birində edilən tədqiqatlara görə evli cütlüklər arasındakı yaş fərqi boşanma ehtimalını artırır. Aralarında 20 yaş fərqi olan cütlüklərin 95 faizi, 10 yaş fərqi olanların 39 faizi, 5 yaş fərqli olanların isə 18 faizi boşanır. Aralarında 1 yaş fərqi olan cütlüklərin isə yalnız 3 faizi evliliklərini bitirir. İki illik evliliklərin 43 faizi, 10 illiklərin və daha çox olanların isə 94 faizində boşanma halları müşahidə olunur.

"Whatsapp"da daha bir YENİLİK

"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu kanal funksiyanı gətirir. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, kanallar sayəsində istifadəçilər geniş auditoriyaya məlumat yaymaq imkanı əldə edəcəklər. Bu xüsusiyyət bizneslər özəl təşkilatlar üçün çox faydalı ola bilər. "WhatsApp" kanal üzvlərinin sayının müəyyən edilmədiyini bildirib. Bu funksiya sayəsində istifadəçilər xəbərləri, hadisələri və digər məlumatları geniş auditoriyaya çatdıra biləcəklər. Həmçinin, kanal üzvləri göndərənin telefon nömrəsini görməyəcək, ona görə də göndərənin məxfiliyi qorunacaq.

Böyük sevgidən başlarını itirəcək üç bürc

Romantik münasibətlərdə hər kəs fərqli davranır: kimsə praqmatizmdən əl çəkmir, kimsə isə baş-başa sevgi hovuzuna dalır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, astroloqlar güclü hisslərdən başlarını tamamilə itirəcək üç Bürc işarəsini açıqlayıblar. Bu bürclərdən biri Buğadır. Sevgidə, bürcün nümayəndələri vəsvəsə olurlar və hətta tiranlara və abyuzerlərə (abyuxerlər sevdikləri ilə nalayiq rəftar edən, çox vaxt onlara mənəvi və fiziki təzyiq göstərən kişilərdir-red) çevrilə bilərlər. Onlar hər yerdə xəyanət və satqınlıq görürlər. Yalnız aşiq olan eyni Buğa, eşqdə Buğa ilə harmonik bir yerdə yaşaya bilər və dəli olmaz. Əkizlər aşiq olduqları zaman təkcə ağıllarını deyil, özlərini də itirə bilərlər. Bir tərəfdaşda əriyir, şəxsi sərhədləri silir və hətta nəfəs almağı unudurlar. Xoşbəxtlikdən Əkizlərin sevgisi uzun sürmür, əks halda onların həyatı və sağlamlığı üçün təhlükəli olardı. Sevgili olan Xərçənglər çox qəribə insanlara çevrilirlər. Adi bir insan davranışının bəzi məqamlarından belə qorxa bilər. Xərçənglər həmişə sevdikləri obyektin yanında olmaq istəyirlər - işdə, evdə, duşda, tualetdə, fiziki olaraq orada ola bilməyəndə zənglər və mesajlar onları narahat edəcək. Çəhrayı rəngli eynəklər olmadan buna stalking deyilir.