Özbəkistanda zibili klassik musiqi sədaları altında yığmağa başlayıblar.
Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb əvvəllər yerli sakinlərin zibil maşınının siqnalının zəhlətökən səsindən şikayətlənmələri olub.
Məsələ ilə bağlı ölkənin Ekologiya Nazirliyindən hələ ki, bu üsulun Daşkənd, Kaşkədərya və Buxara vilayətlərində test rejimində sınaqdan keçirildiyi bildirilib.