Trampın istədiyi olmadı – Bitkoin sürətlə ucuzlaşmağa başlayıb

Dünən ABŞ Nümayəndələr Palatasında kriptovalyuta ilə bağlı qanun layihələrinin prosedur səsverməsinin uğursuzluqla nəticələnməsi Bitkoinin qiymətinə mənfi təsir göstərib. Sozcu.az “Forbes”ə istinadla xəbər verir ki, səhər saatlarında gündəlik maksimum dəyəri 120 min 482 dollar olan Bitkoin günortaya doğru 117 min dollara qədər enib. Bitkoində baş verən 2,8%-lik azalma ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi kriptovalyuta qanunlarının bloklanması fonunda qeydə alınıb. Nümayəndələr Palatasında keçirilən prosedur səsvermədə 196 nəfər lehinə, 223 nəfər isə əleyhinə səs verib. Əleyhinə səs verənlər arasında 13 respublikaçı da olub. Bloklanan qanun layihələri arasında stabilkoinlərin tənzimlənməsi, kripto aktivlərin qiymətli kağız və ya əmtəə kimi təsnifləşdirilməsi, həmçinin Federal Ehtiyat Sisteminin rəqəmsal valyuta buraxmasına məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər yer alırdı. Tramp eyni gün “Truth Social” platformasında paylaşım edərək respublikaçıları bu qanunlara dəstək verməyə çağırmışdı: “Nümayəndələr Palatası Amerikanı rəqəmsal aktivlərin lideri edəcək nəhəng qanun layihəsinə səs verməlidir”. Qanun layihələrinin bloklanması təkcə Bitkoinə deyil, həm də kriptovalyuta ilə əlaqəli səhmlərə mənfi təsir göstərib. Mədən şirkətləri olan “Riot Platforms” və “Mara Holdings”in səhmləri müvafiq olaraq 3,3% və 2,3% ucuzlaşıb. “Coinbase” birjasının səhmləri isə 1,5% dəyər itirib. Ekspertlər qeyd edirlər ki, son günlərdə Bitkoinin qiymətindəki artım, birja fondlarının (ETF) kriptovalyuta alışı və qanunvericilikdə irəliləyişlərə dair gözləntilərlə əlaqədar idi. Lakin qanun layihələrinin bloklanması investor optimizmini zəiflədib.

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Sozcu.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bidlirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Rusiyada iqtisadiyyat tənəzzülə uğrayır, hərbi xərclər azaldılır

Rusiya Prezidenti Vladimir Putin hərbi xərcləri azaltmaq planlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Məlumata görə, Rusiya Federasiyası müdafiə xərclərini gələn il və ya yaxın üç il ərzində azaldacaq. Bildirilir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun ötən həftə ölkənin iqtisadi yavaşlama durumunda olduğunu deməsindən sonra belə addım atılıb. Bundan başqa Rusiyada işçi qıtlığı da yaşanır. Xüsusilə, müdafiə sektoruna və orduya axınının yaratdığı işçi çatışmazlığı səbəbindən əmək haqqı artımı son 16 ilin ən yüksək səviyyəsinə çatıb.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya bazarlarında neft cüzi ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 67,77 dollara, yüngül neft isə 65,52 dollara təklif edilir.

“Qatar qiymətləri vətəndaş üçün bahadır” – 147 manata bilet olar?

“Qiymətlər keyfiyyətə, xidmət mədəniyyətinə və digər nüanslara görə təyin edilir. Tələb azaldıqca ona uyğun şəkildə qiymətlər nizamlanacaq”. Bu sözləri "Yeni Sabah"a nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov deyib. O bildirib ki, Azərbaycanda dəmiryolu ilə avtobus nəqliyyatı arasında o qədər də böyük rəqabət meydana gəlmir: “Bəzən olur. Amma həmin rəqabət həm keyfiyyətə, həm də qiymətə görə nəzərdə tutulmalıdır”.  Ekspert vurğulayıb ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır: “Dəmiryolu nəqliyyatında sürətli qatarların hərəkəti üçün yollarda müəyyən çətinliklər var. Onların düzəlməsi üçün maya dəyəri müəyyən qədər bahadır. Ancaq mən də razıyam ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır. Məsələn, turist, yaxud hansısa xarici ölkə vətəndaşı nəzərdə tutulan qiymətlə razılaşa bilər. Amma yerli vətəndaş üçün bu qiymət yüksəkdir. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, qiymətlər zamanla nizamlanacaq”.  Xatırladaq ki, Bakı-Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. Bu isə alternativ nəqliyyat vasitələri (taksi, avtobus) ilə müqayisədə təxminən 3 dəfə daha bahadır. Yeni istifadəyə verilən reysin qiymətləri vətəndaşlar arasında birmənalı qarşılanmayıb. ADY qiymət tarifini sərnişinlərə təklif olunan xidmətlərlə əsaslandırıb.

Mənzil bazarında xaos: “Şəhərsalma və Arxitektura Komitəsi yeni layihələrə icazə vermədikcə qiymətlər daha da bahalaşacaq”

2021-ci ildən etibarən daşınmaz əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Bu, əsasən inşaat materiallarının bahalaşması ilə bağlıdır. Ən çox bahalaşan materiallardan biri armatur olub. Qarabağ iqtisadi zonasında başlayan kütləvi tikinti işləri nəticəsində inşaat materiallarının qiyməti bahalaşdı. Xüsusilə armaturun bir tonunun qiyməti 784 manatdan 1250 manata qədər yüksəlib. Bunun nəticəsində tikinti şirkətləri də tədricən qiymətləri artırmağa başlayıblar”. Bunu Moderator.az-a açıqlamasında  daşınmaz əmlak eksperti Elnur  Azadov bildirib. Ekspertin sözlərinə görə, hazırda  tikinti sahəsində rəqabətin azalması və yeni tikinti layihələrinin sayının aşağı düşməsi müşahidə olunur:  “Hazırda 10 il əvvəlki dövrlə müqayisədə bu sahədə ən azı 4-5 dəfə azalma var. Rəqabətin zəifləməsi qiymət artımına səbəb olmağa davam edir. Eyni zamanda, vətəndaşların yığım kapitalı onların əmlak ala bilməsinə imkan vermir. Hər il təxminən  10-15 faiz civarında olan bahalaşma vətəndaşları ipoteka kreditlərinə daha çox müraciət etməyə vadar edir. Bazarda təklifin kəskin azalması qiymət artımını dayanmadan davam etdirir və bu prosesin ilin sonuna qədər sürəcəyi gözlənilir. Əmlak bazarında sabitləşmə üçün tikinti şirkətlərinə yeni icazələrin verilməsi vacibdir. Lakin Şəhərsalma Komitəsi bu məsələdə maraqlı olmadığı müddətcə, bazara genişmiqyaslı inşaat layihələri daxil olmayacaq və tikinti aktivliyi artmayacaq. Bu səbəbdən qiymət artımı hələ də davam edəcək. Qiymətlərin nə vaxt azalacağı barədə isə dəqiq fikir bildirmək çətindir. Ən azı yaxın vaxtlarda əmlak almaq istəyənlər üçün indiki dövr münasib sayılır, çünki qiymət artımının dayanacağı gözlənilmir. Tikinti sektorunda aktivliyin başlaması isə ən yaxşı halda bir ildən sonra mümkün ola bilər. Hazırda ölkə üzrə 194 bina qəzalı vəziyyətdədir. Əgər Bakı şəhərində bu binaların şəffaf şəkildə sökülməsi və yenidən tikilməsi prosesi başlanarsa, həmçinin tikinti şirkətlərinin əvvəldən təqdim etdiyi müraciətlərə komitə tərəfindən müsbət cavab verilərsə, təxminən bir ildən sonra bazarda qiymətlərin stabilləşməsi mümkün ola bilər”.

Fransa ilə bu təzyiqlərə birgə qarşı çıxmalıyıq - Yi

Çin və Fransa azad ticarət üçün birtərəfli təzyiqlərə qarşı çıxmalıdır. Sozcu.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi fransalı həmkarı Jan Noel Barro ilə telefon danışığı zamanı deyib. “Çin və Fransa birgə azad ticarəti qorumalı və birtərəfli təzyiqlərə qarşı dayanmalıdır”, - Van Yi qeyd edib.

Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub. Sozcu.az xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “Azcargo Logistics and Management Services” MMC (VÖEN – 1002781441) olub. “Azcargo Logistics and Management Services” MMC “Qaçqınkom”un sifarişi ilə 103 məcburi köçkün ailəsini Zəngilan rayonunun Ağalı, 242 məcburi köçkün ailəsini Cahangirbəyli, 188 məcburi köçkün ailəsini isə Məmmədbəyli kəndinə köçürəcək. “Qaçqınkom” 533 ailənin Zəngilan rayonuna köçürülməsi üçün “Azcargo Logistics and Management Services” MMC-yə 483 min 800 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Zəngilana köçürülməsi xərci orta hesabla 908 manat təşkil edəcək.yeniavaz)

Müavinət və təqaüd alanların nəzərinə!

Mayın 27-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Hindistanda Azərbaycana iqtisadi boykot

Hindistanda Azərbaycan əleyhinə kütləvi boykot kampaniyası başladılıb. Sozcu.az xəbər verir ki, buna səbəb Azərbaycanın Pakistana dəstəyi olub. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırıb.  İlin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdədir.

Kəlbəcərdə işçi axtarılır - MAAŞ 1000 MANAT - VAKANSİYA

LB Project Mühasib (Kəlbəcər) Son tarix 28 may 2025 - [email protected] İş yeri: Kəlbəcər rayonu Vəzifə öhdəlikləri: Region üzrə bütün maliyyə sənədlərinin (qaimə, akt, avans hesabatı və s.) hazırlanması və qeydiyyatı. Gündəlik xərclərin uçotu və hesabatlarının tərtib olunması. Kassa əməliyyatlarını daxili sistem üzərində işlənilməsi. Sənədlərin düzgün arxivləşdirilməsi və idarə olunması. Rəhbərliyin verdiyi digər mühasibatlıq və inzibati tapşırıqların yerinə yetirilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə). ERP və (Excel,Word) proqramlarında işləmə bacarığının olması. Dil bilikləri (Azəribaycan və Türk). Diqqətli, məsuliyyətli və dəqiq olmaq. Əmək haqqı 1000 Azn. Yaş həddi 22-45. Təminatlar: Könüllü tibbi sığorta. Şirkət nömrəsi. Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə. Şərtlər: Qidalanma şirkət tərəfindən qarşılanır. Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Mühasib (Kəlbəcər)” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

"Təmizqaz QSC" işçilər axtarır - MAAŞ 800-1200-1500-2000 MANAT - VAKANSİYALAR

Təmizqaz QSC Hüquqşünas Son tarix 28 may 2025 - [email protected] Əsas tələblər: Hüquq sahəsində 1 ilədək təcrübəsi olan şəxslər; Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ  sahələrini yaxşı bilməli; İngilis dilində yaxşı danışıq və yazı qabiliyyəti olmalıdır (Rus dilində danışıq və yazı qabiliyyətinin olması əlavə  üstünlükdür); Məsuliyyətli və komandada işləmə bacarığı olmalıdır. İş haqqında: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş yeri: Bakı şəhəri; İş qrafiki: I-V günlər, tam iş vaxtı; Həftədə 2 gün istirahət; Namizədin bilik və bacarıqlarından  asılı olaraq ilkin müddət ərzində 800-1200 AZN (NET) müəyyən olunub. Əmək haqqı: Uyğun namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər. Satış və Marketing şöbəsi rəhbəri  Son tarix 02 may 2025 [email protected] Vəzifə öhdəlikləri: Yeni müştərilərin axtarışı və satış bazasını genişləndirmək (B2B) Satış görüşləri keçirmək, müştəri tələblərini öyrənmək və xidmətləri təqdim etmək Potensial müştərilərdən daxil olan sorğular əsasında uyğun təqdimatlar və təkliflər hazırlamaq Müştəri münasibətlərini qorumaq və inkişaf etdirmək  Şəxsi satış hədəflərinə nail olmaq və şöbənin satış göstəricilərinin yerinə yetirilməsinə nəzarət etmək Satışı stimullaşdırmaq və inkişaf etdirmək üçün yeni təkliflər irəli və təşkilini həyata keçirmək Debitor borcların idarə edilməsi Şöbədə satışa uyğun sənədləşdirmənin düzgün həyata keçirilməsinə nəzarət etmək Namizədə tələblər: Ali təhsil (tikinti, menecment, marketinq üzrə) Yüksək ünsiyyət bacarıqları və müştəri yönümlülük. Qaz təsərrüfatı, tikinti və əlaqəli sahələrdə satış üzrə minimum 3 il iş təcrübəsi MS Office proqramlarında işləmək bacarığı Planlaşdırma, analiz və idarəetmə bacarığı; Azərbaycan və rus dili biliyi Texniki biliklər xüsusilə qaz təsərrüfatı barədə biliklər arzuolunandır Yaş həddi; 30-40 Əlavə məlumatlar: Əmək haqqı: 1500manat + satış planını keçdiyi təqdirdə bonuslar Yerləşmə: Bakı şəhəri. Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi İş qrafiki: 5 günlük iş həftəsi İş vaxtı: 08:00 – 17:00  Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirmə Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər. Baş hüquqşünas  Son tarix 28 may 2025 [email protected] Əsas tələblər: Hüquq sahəsində minimum 2 ilədək iş təcrübəsi olan şəxslər; Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ, Korporativ hüquq sahələrini yaxşı bilməli; İngilis dilində yaxşı danışıq və yazı qabiliyyəti olmalıdır (Rus dilində danışıq və yazı qabiliyyətinin olması əlavə  üstünlükdür); Məsuliyyətli və komandada işləmə bacarığı olmalıdır. İş haqqında: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş yeri: Bakı şəhəri; İş qrafiki: I-V günlər, tam iş vaxtı; Həftədə 2 gün istirahət; Namizədin bilik və bacarıqlarından  asılı olaraq 1500-2000 AZN (NET)  aralığında müəyyən olunub.         Uyğun namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər.