"Turizm sahəsində qiymətlər əlçatan olmalıdır” - İqtisadçı

“Milli iqtisadiyyatın şaxələndirilməsi baxımından ölkədə turizmin inkişafına yönəlik investisiyaların həcminin artırılmasına və onun effektivliyinin təmin olunmasına xüsusi önəm verilməlidir. Dövlət infrastruktur seqmentini öz üzərinə götürməli, özəl sektor isə işgüzar fəaliyyətin canlanmasına doğru müvafiq istiqamətlər üzrə investisiyaları artırılmalıdır. Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına, bank sektorunun bu işlərdə aktiv rol oynamasına ehtiyac var”. Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib. O qeyd edib ki, qış turizminin daha da inkişaf etdirilməsi üçün işlər görülməlidir: “Qusar, Quba, Xaçmazda artıq bu istiqamətdə müvafiq infrastruktur işləri görülüb. Eyni zamanda bazarda təklifin çoxalmasına, rəqabət mühitinin inkişafına ehtiyac var. Bu isə qiymətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Eyni zamanda ölkəmizin Qərb bölgəsində, xüsusilə Gədəbəy rayonunda qış turizminin inkişafı ilə bağlı müvafiq infrastruktur və özəl sektorla bağlı işlərin reallaşdırılmasına ehtiyac var. Orada mövcud olan potensialın böyük hissəsi hələ də reallaşmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi önəm verməlidirlər”.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,06 dollara, yüngül neftin bir barreli isə 69,22 dollara satılır.

Qarabağa 4 ildə 14,6 milyard manat vəsait xərclənəcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 % təşkil edəcək. Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3 % azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

Minimum əməkhaqqı və pensiyalar bu qədər artırılacaq - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi təkliflər hazırlayıb və noyabr ayında büdcə müzakirələri zamanı Milli Məclisə təqdim olunacaq. Belə ki, minimum əməkhaqqının və təqaüdlərin artırılması gözlənilir”. Sozcu.az xəbər verir ki, bunu açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu artımın 8-10 faiz civarında olacağını düşünür: “Hər il maaş və təqaüdlər 8-10 % civarında artırılır. Məncə, bu konsepsiyaya uyğun hərəkət olunacaq. Davamlı şəkildə bundan sonrakı illərdə də bu addımlarla gedilməsi nəzərdə tutulur. Hazırda minimum əməkhaqqı 345 manatdır, artımla təqribən 380-390 manat civarında ola bilər”, – deyə partiya sədri vurğulayıb. (Unikal.az)

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. DSMF rəsmisi bildirib ki, əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək. "Hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib.

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,31 % artaraq 80,63 ABŞ dolları təşkil edib. Sozcu.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,04 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. vakansiyalar Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bu hərbçilərin maaşları dəyişdi - Qərar

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

Banka kredit borcu olanlara VACİB XƏBƏR

Əvvəllər bankların əksəriyyəti kredit verilişi və gecikmələr zamanı sərt tədbirlərə əl atırdı. Hətta uzunmüddətli gecikmələr və digər ciddi problemlər zamanı müddətli həbs tədbirləri də baş verirdi.  Lakin pandemiya dövründə və daha sonra vəziyyət ciddi dərəcədə dəyişməyə başladı. Artıq bankların bir çoxu olduqca sərfəli şərtlərlə kredit təklif etməkdədir. Bu isə kreditlə bağlı müraciət edən vətəndaşların sayında ciddi artıma gətirib çıxarır. Bəs görəsən, bu yaxın gələcəkdə banklar üçün ödənilməmiş milyardlıq borclara səbəb ola bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əslində pandemiya dövründə kredit dövrləri uzandığı üçün banklar qazanan tərəf oldular:  vakansiya “Deməzdim ki, COVİD-19 zamanı banklar tərəfindən ciddi sayıla biləcək güzəştlər tətbiq olundu. Sadəcə, kreditlərin vaxtı uzadıldı. Amma müştərilər yenə də həmin məbləği və hətta dövr uzandığı üçün daha artıq faizlər ödəyirlər. Ona görə də ciddi güzəştlərin olduğunu deməzdim. Mərkəzi Bank sadəcə banklara tövsiyə etdi ki, vətəndaşların gecikmələrini cərimə olaraq saymasınlar. Amma banklar cərimə saymalar belə, vaxt uzandığı üçün əlavə faizlər tutdu. Ona görə də bu məsələdə banklar üçün hansısa problem yoxdur”.  Ekspertin fikrincə, bankları gözləyən daha başqa təhlükə var:  “Banklar təhlükə gözləyirsə də, buna görə gözləmir. Sadəcə, banklar son vaxtlar yenə də kimə gəldi-gəlmədi kreditlər verirlər. Düzdü, əvvəlki qədər olmasa da, bu nüans banklar üçün gələcəkdə problem yarada bilər. Amma düşünmürəm ki, banklar üçün gələcəkdə hansısa ciddi təhlükə olsun”. 

Müharibə veteranlarına mühüm XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir. Sozcu.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib. O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır: azal vakansiya “Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”. İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir: “Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”. Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir: “Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.

Bakıda mənzillər kəskin bahalaşdı

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb. "Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb. Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb", - deyə ekspert qeyd edib. Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.

Maaş və pensiya artımını eşidən kimi qiyməti qaldırırlar...

Artıq minimum əmək haqqı və minimum pensiyanın son artımı vaxtından 2 ilə yaxın bir müddət keçir. Həmin müddətdə qiymətlər xeyli dərəcədə, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri daha yüksək templərlə artıb. Ona görə də bu dəfə əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının əvvəlkindən daha böyük rəqəmlərə ifadə olunmasını vacib hesab edirik. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. "Onu da xüsusi qeyd etmək lazımdır ki, əmək haqqı və pensiyaları artırılacağı barədə rəsmi məlumatlar verilən kimi monopolistlər və onların əlaltıları qiymətləri qaldırmağa başlayır. Bu ilin səkkiz ayının göstəricilərinə görə, inflyasiya 3,5 faiz olub və ilin sonuna qədər bir qədər də artacaq. Amma bu rəqəm 500-dən artıq mal və məhsul əsasında hesablanan inflyasiya göstəricisidir. Aydın məsələdir ki, aztəminatlı təbəqə, 300-500 manat məvacibi olanlar həmin 500 növ mal və məhsulun əksəriyyətini ala bilməz və bu göstərici onlara aid deyil. Otən illə müqayisədə rəsmi inflyasiya göstəriciləri aşağı düşsə də, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərində artımın davam edir. Aztəminatlı təbəqə əsas tələbat malları alır ki, onların qiyməti durmadan artır. Əgər əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərinin artmasınının, xüsusən də süni qiymət artımının (təbii qiymət artımı qanunauyğun amillərlə bağlı olur və qarşısıalınmazdı) qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsə, əmək haqqı və pensiyanın nə qədər artacağı elə bir önəm daşımayacaq. Ona görə də bu yöndə aidiyyatı orqanları Rəqabət Məcəlləsinin gücündən istifadə etməyə çağırırıq", - deputat bildirib.

Azərbaycanın hərbi xərcləri azalıb - İqtisadçı

Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə baxmayaraq, Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq: vakansiya 2023 "Bu, işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu, həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir". Azərbaycan müstəqillik illərində ilk dəfədir ki, hərbi xərclərini azaldır.