Azərbaycanın iki rayonunda zəlzələ oldu

11:32 İsmayıllıda zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla saat 11:09-da, İsmayıllı stansiyasından 6 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ epsentrdə 4 bala qədər hiss olunub. *** Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub. Bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

Fransada pensiya islahatına qarşı keçirilən etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib. Pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günündə Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Həmin gün Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda da nümayişlər keçirilib. Bir çox şəhərdə aksiyalar etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şiddətli toqquşmalarla müşayiət olunub.

Dilarə Əliyeva: "Oqtay, kaş sənin yerinə mən ölərdim”

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, mərhumla vida mərasimi bu gün Yasamalda, onun yaşadığı evdə keçirilib. Vida mərasimində həyat yoldaşı Dilarə Əliyevanın halı pisləşib. O, “Oqtay, kaş sənin yerinə mən ölərdim”, – deyə fəryad edib.

Oqtay Əliyevin ölümü ilə bağlı gerçəklər üzə çıxdı

Oqtay Əliyev ürəyindən əməliyyat olmayıb. O, ümumiyyətlə ürək xəstəsi olmayıb. Bu haqda mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil. Sozcu.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a SOY prodakşının rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib. Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb: "Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib". Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış. Yaxınlarının saytımıza bildirdiyinə görə, ailənin digər üzvləri – mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar. Saytımıza verilən məlumata görə, qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib. Qeyd edək ki, bu gün Saray yolunda "Luksus" markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Mehriban Zəki və Dilarə Əliyevanın vəziyyəti... - TƏBİB

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən verilib. Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir. Qeyd edək ki, qəza nəticəsində prodüsser, rejissor Oqtay Əliyev dünyasını dəyişib.

Dəhşətli qəza: Oqtay Əliyev dünyasını dəyişdi

Az öncə Saray qəsəbəsində tanınmış prodüsser Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva dəhşətli qəzaya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Belə ki, Oqtay Əliyevin idarə etdiyi “Leksus 4.7” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib. Həmçinin avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

ABŞ-da atışma nəticəsində bir yeniyetmə ölüb, beş nəfər yaralanıb

ABŞ-ın, Viskonsin ştatının Miluoaki şəhərində 15 yaşlı yeniyetmə atışma nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, bu barədə CNBC telekanalının yerli bölməsi məlumat yayıb. “Miluoaki şəhərində atışma nəticəsində bir yeniyetmə ölüb, 5 qadın yaralanıb”, - xəbərdə deyilir. Kanal bildirib ki, polis hazırda hadisənin başvermə şəraitini araşdırır və şübhəli şəxsləri axtarır.

Bakı metrosunun keçidində kişi öldü

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bakıda maskalı şəxs qadını döyərək pulunu alıb

Bakıda qadına qarşı quldurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərinə görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəzər dənizin Azərbaycana mənsub bölgəsində sərhədboyu rejim qaydaları pozanların sayı açıqlanıb

Ötən il Xəzər dənizin Azərbaycana mənsub bölgəsində sərhədboyu rejim qaydaları pozanların sayı açıqlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozan 900 şəxs barəsində 432 inzibati icraat həyata keçirilib. 713 şəxs barəsində cərimə inzibati tənbeh növü tədqiq edilib.

Zəlzələ Naxçıvanda dağıntıya səbəb olub? - RƏSMİ AÇIQLAMA

"Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb". Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verilib. Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb. Qeyd edək ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.APA

Rüfət Səfərova fiziki xəsarət yetirən şəxs saxlanılıb

Keçmiş müstəntiq Rüfət Səfərova küçədə zorakılıq olub. Bu barədə Rüfət Səfərov özü məlumat yayıb. Bildirib ki, küçədə ona qarşı bir nəfər tərəfindən zorakılıq edilib və bununla bağlı polis müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.