Azərbaycanın məşhur iş adamının oğlu özünə qəsd etdi

Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib. Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır. Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir. Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.

Azərbaycanda dəhşətli qəza - 5 nəfər yaralandı

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hacıqabul-Muğan-Udulu avtomobil yolunun 19-cu km-də iki avtomobil toqquşub. Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi "VAZ 21703" Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər "VAZ"a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshəti Nizam qızı, Hacalıyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

DSX-nin hərbi qulluqçusu yaralandı

Martın 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub. Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Azərbaycanda qadın ərini bıçaqladı

Tovuzun Düz Cırdaxan kəndində bıçaqlanma faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Şirvanda avtomobil FHN əməkdaşını vuraraq öldürüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb. Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.report

Şabranda avtomobil aşıb, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 2106" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə Xaçmaz rayon sakini, Polad Qasımov və Salyan sakini Tural Zeynallı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hazırda fakt araşdırılır.

5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

Sumqayıtda itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə qohumları məlumat verib. Bildirilib ki, A.Cəfərovun meyiti Samur-Abşeron kanalının kənarından tapılıb. Qeyd edək ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda zəlzələ oldu

Ağdaşda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, yerli vaxtla saat 15:10-da Xəzər dənizində 45 km dərinlikdə maqnitudası 3.3 olan zəlzələ qeydə alınıb.

Şəkidə səhvən sirkə turşusu içən şəxs öldü

Şəkidə kişi sirkə turşusu içərək ölüb. Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Füzuli Məhərrəmov yaşadığı mənzildə həyat yoldaşı tərəfindən ölü aşkarlanıb. Bildirilib ki, Füzuli Məhərrəmov həmin gün sərxoş vəziyyətdə səhvən sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.

DƏHŞƏT! Şir 14 yaşlı qıza hücum etdi

Ruisyanın Saratov şəhərində şir 14 yaşlı qıza hücum edib.  Bakupost.az xəbər verir ki, şəhərdə müəssisələrdən birinin ərazisində saxlanılan şir 14 yaşlı qıza hücum edib və üzünü tutan yeniyetmənin hər iki əlini yaralayıb.  Xəsart alan qız xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırılmaya başlanılıb. Əyalət prokurorluğu təhlükəsizlik tədbirlərinin pozulması və hadisənin bütün detallarını araşdırır. Vəhşi heyvanın saxlanması ilə bağlı qanunvericiliyin tələblərinin poulub-pozulmadığı aydınlaşdırılacaq.

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB - FOTO

09:22 Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb. ---------- 07:57 Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb. Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. 

Ağdamda mina partladı: xəsarət alan var

2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib. DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!