Naxçıvanda orta məktəbdə iki bacı xəsarət alıb

Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri - 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.apa

Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb - VİDEO

Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Güclü külək: Daşkəsən elektriksiz qaldı

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür. Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir. Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.

Kəsdiyi ağac üzərinə düşdü, öldü

Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.

Minaya düşərək şəhid olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, hərbi qulluqçumuz Kamran Hüseynov martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Sozcu.az şəhid olan hərbi qulluqçumuzun şəklini təqdim edir.

Şəmkirdə avtomobil qadın piyadanı vuraraq öldürüb

Şəmkirin Şiştəpə kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın məlumatına görə, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçən 58 yaşlı Gülçöhrə Hüseynovanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.report

Bakıda marketdə silahlı atışma olub, ölən və yaralananlar var

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. TƏBİB-dən "Report"a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.  Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.  Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib. 13.31 Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb. Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil. 13.08 Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. "İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb. 12.44 Bakıda marketlərin birində silahlı atışma olub. “Report”un əldə etdiyi məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb. Ötən gün saat 21:15 radələrində 2007-ci il təvəllüdlü şəhər sakini İsmayılov Yusif Sadiq oğlu A.Məmmədov küçəsində avtomobil yolunun kənarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsmayılov Səfər Yusif oğlunun kürək nahiyəsinə ümumilikdə 4 ədəd bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zabrat qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü İsmayılov Cavid Rövşən oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda 1 yaşlı körpə ölüb

Bakıda 1 yaşlı körpə ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi Məktəbli küçəsi, ünvansız fərdi yaşayış evində yaşayan yeni doğulmuş 2022-ci il təvəllüdlü Abdullayeva Melisa Bəhruz qızı yaşadığı ünvanda ölüb. Hazırda onun ölüm səbəbləri araşdırılır.

Səbuhi Xanlarov həbs edildi

Bloqer Səbuhi Xanlarov həbs olunub. Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məlumata görə, blogger barəsində 15 günlük inzibati həbs qərarı verilib. Qeyd edək ki, bir neçə gün öncə Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılan S.Xanlarov sərbəst buraxılmışdı.

Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapılıb

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunlar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir. Onların hər ikisi Ukrayna vətəndaşlarıdırlar. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir. Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.