Daha bir təyyarə qəzası: ölənlər var

BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Sozcu.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir.

Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Ras əl-Xeymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Share on Facebook