Həmkəndlisi öldürüb meşədə basdırdı

Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Bakıda əsgər intihara cəhd edib

Bakıda əsgər intihara cəhd edib. Sozcu.az xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib. Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə yüksəldi

09:03 Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ zamanı 296 nəfər ölüb, 153 nəfəri isə xəsarət alıb. Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Qeyd edək ki, ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib. *** Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, 329 nəfər yaralanıb.

İsmayıllıda leysan yağışları fəsadlar törədib

Dünən gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində İsmayıllının bir neçə kəndində elektrik dirəkləri sıradan çıxıb, böyük fəsadlar yaşanıb. Hadisə nəticəsində İsmayıllı şəhəri, Talıstan, İvanovka, Cülyan və daha bir neçə dağətəyi kəndlərdə çox sayda abunəçinin elektrik xətləri qırılıb, dirəklər aşıb. Hazırda bu istiqamətdə işlər aparılır.

Düşmən Kəlbəcəri yenə atəşə tutdu

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən qeyd olunub.

Bakıda kollec yataqxanasında YANĞIN

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Azərbaycanda məktəbyaşlı qızlar arasında abort sayı 3 dəfə artıb - ŞOK

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb. Sozcu.az “Ekonominfo”ya istinadla xəbər verir ki, abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib. Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort. Son 15 ildə qeydə alınan abortların sayı belədir:

Elçibəyin ailəsinə ağır itki üz verib

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu vəfat edib. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Ayturan Alimurad oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhumun qardaşı Hürrü Əliyev bildirib ki,  Ayturan Əliyev ağ ciyər xərçəngindən əziyyət çəkib.

Motosikletlə “Kamaz” toqquşdu: ölən var

Neftçalanın Bankə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu gün səhər saatlarında motosikletlə “Kamaz” markalı avtomobil toqquşub. Nəticədə motosikletin sürücüsü Seyid Mübariz oğlu Abdullayev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İtkin düşən alimlər tapıldı: dağdan endirilirlər

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb. Bu barədə axar.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. “İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - o qeyd edib. F.Əliyevin sözlərinə görə, həmin şəxslər bu bölgəyə Quba ərazisindən daxil olublar. İtkin düşənlərdən biri – Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib. Xatırladaq ki, ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat yayılmışdı. Qeyd edək ki, itkin düşənlər - Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.

Xaçmazda 67 yaşlı kişi güllələnib

Xaçmazda 67 yaşlı güllələnib. Yaralı 1956-cı il təvəllüdlü Seyidağa Əhmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaxınlarının verdiyi məlumata görə, o tanıdığı şəxs tərəfindən vurulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qəbələdə minik avtomobili yanıb

Qəbələ rayonunun Nic qəsəbəsində MG markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yüksək temperaturdan yaxınlıqdakı evin xarici divarına quraşdırılan elektrik sayğacı əriyib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.