Ermənistanda 3,2 bal gücündə zəlzələ olub.
Sozcu.az xəbər verir ki, yerli vaxtla saat 00:50-də baş verən zəlzələnin ocağı Qeqarkunik rayonunun Şohakat kəndindən 5 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, Çəmbərək, Şohakat, Ağberk və Ərtanış kəndlərində isə 3 bal hiss edilib.