Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb

Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.

Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook