Maşın ustanı divara sıxıb öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb. Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı

Bakıda faciəli hadisə baş verib. Sozcu.az  Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. İnstitutda müalicə alan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev üçüncü mərtəbədəki pəncərədən yıxılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Seysmologiya Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ 3.1 maqnitudalı, 20 km dərinlikdə qeydə alınıb.

Dünyanın ən böyük qaz yatağı bombalandı: hasilat dayandı

19:48 İsrail ordusu İranın Buşəhr şəhərindəki “Pars” qaz yatağına zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri dünyanın ən böyük təbii qaz yatağı olan “Cənubi Pars” qaz yatağının 14-cü fazasını bombalayıb. *** Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail Tehranda yaşayış kompleksini vurdu: 60 sakin öldü

İsrailin Tehrandakı “Camaran” yaşayış kompkeksinə zərbələri nəticəsində 60 nəfər dinc sakin ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb. Həlak olanlardan 20 nəfəri azyaşlı uşaqdır. Məlumatda həmçinin, indiyədək dağıntılar altından 10 nəfərin meyitinin çıxarıldığı açıqlanıb.

İtkin düşən gəncin meyiti tapıldı: Ayağı kəsilib, gözləri... - Video

İyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb. Sozcu.az xəbər verir ki, doğmaları hadisənin gecə saatlarında Quba şəhəri ərazisində baş verdiyini bildiriblər. İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb. Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər. "11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib. Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilmiş, kanala suyun verilişi dayandırılmışdı. Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daha ətraflı videomaterialda:

Şəmkirdə ağır qəza: ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Bakıda gənc qız zəhərlənərək vəfat etdi

Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib. Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib. D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.

Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Cavad İsgəndərlinin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücülər hakim qarşısına çıxarılıb. Hadisə Binəqədi rayonunda, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində baş verib. “Prius”la “Tufan M50” markalı moped toqquşub. Qəza zamanı mopeddə olan sərnişin Cavad İsgəndərli dünyasını dəyişib. Cavadın olduğu mopedi tələbə yoldaşı idarə edirmiş. “Prius”un sürücüsü isə A.Şıxcanov olub. Qəzaya səbəb Şıxcanovun işıqforun qırmızı işığında yola davam etməsi olub. Qəza zamanı dünyasını dəyişən Cavadın anası sürücülərin heç birindən şikayətçi olmayıb. Lakin hər iki şəxsin onlara və ailəsinə qarşı diqqətindən gileylənib: “Baş daşı üçün bizə 5 min manat yardım edilib. Heç biri qəzadan sonra mənəvi olaraq da yanımızda olmadı. Bir il keçib, amma heç bir dəstəklərini görmədik. Buna baxmayaraq onları bağışlayıram”. Məhkəmə “Prius” sürücüsü Şıxcanov barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Moped sürücüsü isə Cinayət Məcəlləsinin 267.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə bəraət alıb. Məhkəmə araşdırması zamanı moped sürücüsünün heç bir təqsirinin olmadığı, “Prius” sürücüsünün qırmızı işıqda keçəsi nəticəsində qəza baş verdiyi sübuta yetirilib.(Musavat.com)

Hərbçimiz Biləsuvarda dəfn olundu

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub. Sozcu.az-ın məlumatına görə, 19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Əfqanıstan susuz qala bilər

Əfqanıstanın paytaxtı Kabil şəhəri 2030-cu ilə qədər susuz qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb. "Son on ildə Əfqanıstan paytaxtının sulu təbəqələrində suyun səviyyəsi 30 metr aşağı düşüb və şəhərdəki quyuların təxminən 50 faizi quruyub", - məlumatda deyilib.

DSX-nin hərbçisi vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!