Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə istintaq başa çatıb. Modern.az-ın xəbərinə görə, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hafiz Əliyevin icratına verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib. İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib. 

Ata və 6 yaşlı oğlu ağır qəzaya düşdü, biri öldü

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ata ölüb, övladı isə yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Xəlil Akif oğlu Quliyevin idarə etdiyi "Mersedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Akif Quliyev isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tərtərdə minik avtomobili yandı

Tərtər rayonunda minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb. Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur. Hazırda kənddə təxliyə işləri davam edir.

Yeznə ilə qayın arasında dava qanlı bitdi

Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb. Qeyd edək ki, mübahisə şəxsi zəmində baş verib və tərəflər yeznə - qayındır. Bıçaqlanan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda güclü zəlzələ oldu - 6 rayonda...

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.  Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  "Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub. Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı qeyd olunub. 

Qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb. İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77 YD 327 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz E350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02 BU 150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyn oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb. Qeyd edək ki, R.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sumqayıt bulvarında 2 nəfər dənizə düşdü - Biri xilas edildi

Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb. Sozcu.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir. Sayt yaratmaq Əlavə məlumat veriləcək.

25 yaşlı oğlan Kür çayında batdı

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.  Sozcu.az xəbər verir ki, hadisə iyunun 24-ü günorta saatlarında Bankə qəsəbəsi ərazisində qeydə alınıb.  Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlu Kürdə çimmək üçün evdən çıxıb.  Bir neçə saat sonra onun paltarları Kürün sahilində tapılsa da, özünü tapmaq mümkün olmayıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.  Klinikalar Hazırda axtarışlar davam etdirilir. 

Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaşda azyaşlı su kanalında batdı

Ağdaşda azyaşlı su kanalında batıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.  Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Güclü külək Mingəçevirə ziyan vurdu - ÖLƏN VAR

Mingəçevirdə dünən baş verən güclü külək ciddi fəsadlar yaradıb. Şəhər İcra Hakimiyyətindən Sozcu.az-a verilən məlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqların qırılaraq yerə düşürüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə yaranıb, 1 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşərək sürücüyə xəsarət yaradıb,  Z.Həsənova 2-də 1 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünü uçurub, 5 nəfər şəhər sakini ağac aşması nəticəsində xəsarət alıb. Məlumata görə, ağac aşması nətiəsində 1 nəfər Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu vəfat edib "Xəsarət alanlara təcili yardımlar rfilib. 17 000 abonentin (48%) elektrik enerjisinin təchizatında 10 saat fasilə yaranıb.  Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyata və hərəkətə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanıb, hazırda bərpa işləri davam etdirilməkdədir", - sorğuya cavab olaraq bildirilib.