Azərbaycan Ordusunun zabiti faciəli şəkildə həlak oldu

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Zavodda qazdan zəhərlənənlərin SON DURUMU

Xəbər verdiyimiz kimi Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində 3 fəhlə qazdan zəhərlənib. Modern.az mövzu ilə bağlı Sumqayıt Tibb mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 08.07.2024-cü il tarixində saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər: “Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda gənc oğlan dənizdə batıb.  Sozcu.az-ın məlumatına görə, hadisə Bilgəh çimərliyində qeydə alınıb. Dənizdə çimən 33 yaşlı Anar İsmayılov boğularaq ölüb. Onun meyiti sudan çıxardılaraq yaxınlarına təhvil verilib. 

Azərbaycanda tələbə qəfil ürəktutmadan öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, ADPU-nun Məktəbəqədər Təhsil fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə son kurs tələbəsi Mehri Məhəmmədova dünyasını dəyişib. Onun qəfil ürəktutmasından öldüyü bildirilib.

Bakıda klinikada faciə: sünnət olunan uşaq öldü

Bakıda faciəli hadisə baş verib. Hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb. Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib. Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.  Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. 

Beyləqanda süpürgəçini maşın vurub öldürdü

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.  Sozcu.az xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.  Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı zərbədən hadisə yerində həyatını itirib.  Faktla bağlı araşdırma aparılır. 

İsmayıllıda 3 ailənin yaşadığı ev külə döndü: xəsarət alanlar var

İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub. Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq öldü

Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb. Hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Qaraşov Teymur Vaqif oğlu yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.APA

Şərurda 7 yaşlı uşaq hovuzda boğuldu

Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub. Sozcu.az-ın məlumatına görə, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda kütləvi dava: Gənclər bir-birini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Beyləqanda ağır qəza: ölənlər və yaralananlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb. Həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynov Nizami İsa oğlu və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini, Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü, Beynələqan rayon sakini Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini, Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur. Faktla bağlı cinayət araşdırma aparılır.

Səlim Müslümova ağır itki

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağır itki üz verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, keçmiş nazirin həyat yoldaşı Nəzakət Müslümova bu gün uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun dəfn mərasimi Ağsuda baş tutacaq.