Abşeronda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
Sozcu.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 18 yaşlı H.Cəfərov müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı aparılan araşdırmalarla müəyyən edib ki, cinayəti onun həmyerlisi, 19 yaşlı Nadim Alxasov tərəfindən törədib. O saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.