Nyu Yorkun “La Quardiya” hava limanında “Delta” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.
Sozcu.az xəbər verir ki, bu barədə Nyu York Liman İdarəsi məlumat yayıb.
Toqquşma “Delta”nın törəmə şirkəti olan “Endeavor Air”ə məxsus iki təyyarə arasında baş verib. Onlardan biri eniş etdiyi, digəri isə uçuşa hazırlaşdığı vaxtda toqquşub.
Liman idarəsinin məlumatına görə, insident nəticəsində bir nəfər – “Delta”nın stüardessası xəsarət alıb və xəstəxanaya aparılıb.
İki təyyarədə birlikdə 93 sərnişin və ekipaj üzvü olub.