Kamçatkada son sutka ərzində maqnitudası 3,5-7,4 bal olan 62 afterşok baş verib, onlardan 8-i hiss olunub.
Sozcu.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, afterşoklardan birinin maqnitudası 7,4 bal olub. Yaşayış məntəqələrində 6 bala qədər hiss olunub. Sunami təhlükəsi elan edilib.
Qeyd edək ki, Kamçatkada ötən gün 7,5 bal gücündə zəlzələ baş vermişdi.