Məktəb uçdu - Ölənlərin sayı 36-ya çatdı

İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb.

Modern.az-ın məlumatına görə, bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir.

Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.

Share on Facebook