Separatçıların sabiq başçıları dünən Qarabağdan çıxıb – Erməni mediası

Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər. Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə  ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.Turan.az)

Azərbaycanlılar Xocalıda! Düz 31 il sonra ilk QAYIDIŞ - VİDEO

Xocalı 31 ildən sonra öz hüzuruna qovuşub. Sozcu.az xəbər verir ki, 31 ildən sonra soydaşımızın ayağı öz doğma yurduna dəyib. Həmin görüntüləri təqdim edirik:

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq. “Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan qeyd edib. Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib. Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib.

Ermənilər Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək - Siyahı

Oktyabrın 1-də İsveçdə yaşayan ermənilər Azərbaycan səfirliyi qarşısında mitinq keçirəcəklər. Bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib. E.Mirzəyev bildirib ki, hazırda Qarabağdan gedən ermənilərin İsveçə köçü sürətlənib: "Bildiyiniz kimi, İsveç hökuməti onlara 1,5 miyrad dollar yardım ayırıb. Eyni zamanda onların İsveçə köçü də başlayıb. Qarabağ ermənilərinin qarşılanmasında və yerləşdirilməsində İsveçdə yaşayan daşnaklar fəallıq nümayiş etdirirlər. Onu da deyim ki, İsveçin miqrasiya idarəsində onların sayı ilə bağlı hələ heç bir məlumat yoxdur. Əgər İsveç onlara qaçqın statusu versəydi bu barədə müvafiq qurumun məlumatlarında yer alardı. Görünür, İsveç hökuməti onlara qaçqın statusu verməyəcək". E.Mirzəyev bildirib ki, DABF-da və Konqresdə təmsil olunan azərbaycanlılar ermənilərin keçirəcəyi mitinq və radikal çıxışları, hərəkətləri ilə bağlı İsveç polisinə müraciət edib: "Hazırda biz prosesi yalnız sakit şəkildə muşahidə etmək məcburiyyətindəyik". E.Mirzəyev bildirib ki, İsveçdə yaşayan erməniləri iki qrupa bölmək olar: "Onların bir hissəsi ümumiyyətlə prosesə qarışmır, digər qismi isə daşnaklardır. Daşnaklar daha fəaldır və prosesi onlar idarə edir". Dünyada ən böyük erməni kilsəsinin İsveçdə - Stokholmda olduğunu qeyd edən E.Mirzəyev prosesin elə bu kilsədən idarə olunduğu qənaətindədir: "Müşahidələrimizə görə hazırda həmin kilsəyə çoxlu sayda adam girib - çıxır, müraciət yayırlar. Bir sözlə burdakı ermənilər sabahkı mitinqə güclü hazırlaşır". Qeyd edək ki, ermənilər təkcə Stokholmda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında da mitinq keçirəcəklər. Həmin ölkələrin siyahısını təqdim edirik:

Ermənistan Azərbaycana qarşı iddia qaldırdı

Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. Sozcu.az xəbər verir ki, bu barədə məhkəmənin məlumatında deyilir. Bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib. Ermənistan məhkəməni Azərbaycanın “birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır.

Paşinyan onları Bakıya təhvil verəcək - ŞOK İDDİA

Son günlər Qarabağın dağlıq hissəsində baş verən hadisələri separatçılar üçün "sonun başlanğıcı" olaraq qiymətləndirmək olar. Azərbaycanın “qalın, getməyin” təkliflərinə baxmayaraq, separatçılar tərəfindən bölgədən göndərilən sıravi ermənilərin Ermənistana qaçması isə görünür başda Rusiya sülhməramlıları olmaqla, bir çox qüvvələrin maraq dairəsindədir.  Hadisələrin bir-birinin ardınca baş verməsi, eləcə də separatçılar üçün halqanın daralması onlara görə ölümə bərabər bir situasiyadır desək, yanılmarıq. Son bir həftə ərzində baş verən olayların xronoloji ardıcıllığı isə onu deməyə əsas verir ki, 30 ildən çoxdur Qarabağda yuva salmış, indi isə qapana qısılan separatçıları nə Ermənistan, nə də digər ölkələr qəbul etmək niyyətində deyil.  Azərbaycanın 19-20 sentyabrda antiterror əməliyyatlarına start verməsindən sonra qondarma “Artsax Müdafiə Ordusu”nun ağ bayraq qaldıraraq özünü buraxması, əslində, separatçı xunta üçün kəndirin nazildiyi yerdən qopması anlamına gəlir. Elə daha sonra baş verənlər də fəlakətin onlar üçün hələ qabaqda olması anlamı daşıyırdı. Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbsi, Xocalı qatili Vitali Balasanyanın Əsgərandakı evində sonunu gözləməsi, qondarma rejimin yeni “seçilən” “prezident”i Samvel Şahramanyanın tanınmamış “DQR”in buraxılması üçün imzaladığı “fərman”, Azərbaycan xüsusi-xidmət orqanlarının və silahlı qüvvələrin Ağdərə, Xocavənd və Xankəndiyə girməsi və digər amillər buna sübut ola bilər.  İndiki mərhələdə Qarabağdan könüllü surətdə Ermənistana gedən ermənilərinİrəvanda bomba effekti yaratması təhlükəsi var. Bir çox analitiklər düşünür ki, Qarabağı tərk edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinə xüsusi nifrəti ilə seçilən şəxslərdir və onların Paşinyan hakimiyyətinə qarşı baş verə biləcək hər hansı bir etiraz aksiyalarında maşa rolu oynaması istisna deyil. Doğrudur, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan başda olmaqla, bir çox separatçı komandirlər, habelə “Qarabağ klanı”nın bəzi üzvləri Ermənistana qaçsa da, Paşinyanın “qara siyahı”sında olan bir neçə separatçı xunta üzvü də var ki, onlar üçün Ermənistana getmək Qarabağda qalmaqdan daha təhlükəlidir.  Qeyd edək ki, ötən gün Ermənistanın “Hraparak” nəşri də separatçı liderlərin Qarabağda olması ilə bağlı bir məqalə paylaşmışdı. Nəşr yazırdı ki, hazırda separatçı rejimə məxsus bir çox “komandirlər”, “eks-prezidentlər” və tanınmamış “DQR”də fəaliyyət göstərən bəzi “qurumlar”ın nümayəndələri bu günə qədər Xankəndini tərk etməyib. Bildirilib ki, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digər separatçı “rəhbərlər” hələlik Xankəndidədir və onların bölgədən çıxması mümkünsüzdür. Ermənilərin Qarabağı tərk etməsi fonunda bir çox erməni konfliktoloq və siyasilər isə rəsmi İrəvanın Qarabağ separatçılarına dəstək çıxmamaqda, habelə onların Ermənistana gəlməsində maneələr törətməkdə ittiham edirlər. İddialara görə, Nikol Paşinyan hakimiyyəti başda Araik olmaqla digər bölücü “siyasilər”in Ermənistana ayaq basacağı təqdirdə onların Azərbaycana ekstradisiya ediləcəyini bildirib. Məhz buna görə də Araik və ətrafı hazırda Xankəndidə gözləmə mövqeyindədir və ola bilsin ki, Azərbaycan DTX-si onun qapısını yaxın günlərdə çalsın. yenisabah)

Qənirə Paşayevanın ölümü müəmmalıdır - Həkimdən şok

Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı. Sozcu.az Medicina.az-a istinadla xəbər verir ki, bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib. Onun fikrini belə izah edib: “Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri - hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi”. Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Ermənilər Azərbaycan səfirliyinə HÜCUM ETDİ

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd ediblər. Sozcu.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib. Onlar Livan təhlükəsizlik qüvvələri tərəfindən səfirliyə yaxınlaşarkən dayandırılıb. Nəticədə Beyrutda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib. Məlumata görə, daşnaklar polisə molotov kokteyli və daşla hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

Qarabağda müsadirə edilən texnika və silah-sursatlar - Siyahı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi sentyabrın sentyabrın 28-i saat 18:00-a olan məlumatı təqdim edib. SİLAHLAR 1. Atıcı silahlar – 1151 2. Qumbaraatanlar – 84 3. Top və haubitsalar – 16 4. Minaatanlar – 39 5. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 132 TEXNİKA 1. Zirehli texnika – 18 2. Avtomobil texnikası – 120 3. Qoşqular – 21 4. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Raketlər – 984 2. Top və haubitsa mərmiləri – 2722 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 6653 5. Qumbaralar – 2266 6. Əl qumbaraları – 1368 7. Patronlar – 652842 8. Digər sursatlar – 2132 CİHAZLAR 1. Optik cihazlar – 216 2. Digər cihazlar – 31 TƏCHİZAT 1. Fərdi təchizat vasitələri – 677 2. Müxtəlif silahların qurğuları – 8 3. Digər təchizat vasitələri – 2076

Xankəndidə bayrağımız nə vaxt qaldırılacaq?

Xəbər verdiyimiz kimi, bu gün separatçı-terrorçu xunta rejimi özünü buraxdığını elan etdi. Sozcu.az xəbər verir ki, artıq Azərbaycanın tərkibində onillərdir yetişdirilən qarayara birdəfəlik kəslib atıldı. Ötən gün Xankəndi və ətrafında baş verə biləcək yanğınların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları Xankəndi şəhərində xidmətə başlayıblar. Artıq Xankəndi və ətrafında baş verən yanğınları da söndürdükləri haqda məlumatlar da adiləşməkdədir. Bu gün isə Daxili İşlər Nazirliyi əməkdaşlarının, o cümlədən Çevik Polis Qüvvələrinin Xankəndiyə daxil olduğunu əks etdirən görüntülər yayılıb. Siyasi müşahidəçilərin fikrincə, Xankəndidə bayrağımız bu gün qaldırıla bilər.

Xocalı qatili: Əsgərandayam, ünvanımı yazın!

Ötən gün Azərbaycandan qaçarkən həbs edildiyi deyilən Xocalı qatili Vitali Balasanyan açıqlama yayıb. Sozcu.az xəbər verir ki, o, erməni mediasına “Laçın” postundan keçərkən həbs edildiyi barədə məlumatı təkzib edib. “Mən Qarabağdayam. Ünvanı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə o bildirib. Qeyd edək ki, Qarabağ separatçı-terrorçularının keçmiş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan ötən gün “Laçın” postundan keçmək istəyərkən saxlanılıb. Separatçı-terrorçuların başçısının “müşaviri” David Babayan da təslim olmaq üçün Şuşaya getməyə qərar verdiyini bildirib. Bir neçə dəqiqə öncə isə separatçıbaşı Samvel Şahramanyan separatçı-terrorçu xuntanın özünü buraxdığını elan edib.

"Ermənistana 300 nəfərlik bir siyahı vermişik, onların təslim olmasını istəyirik"

"Ermənistana bəzi adlar vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik bir siyahıdır". Qaynarinfo xəbər verir ki, bunu "CNN Türk" kanalına Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. Səfir bildirib ki, siyahıdakı şəxslər I Qarabağ müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətmiş şəxslərdir: "Onlar I Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün Laçın yolunu keçərkən tutularaq (Ruben Vardanyan-red.) Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun olaraq mühakimə olunacaq". Rəşad Məmmədov vurğulayıb ki, Azərbaycan sivil və beynəlxalq hüquqa diqqət yetirən dövlətdir: "Hətta bizə qarşı çıxmış, o bölgədə yaşayan insanlara qarşı da mərhəmətli davranan bir dövlətdir. Ən son texnoloji sursatlardan istifadə etdik ki, oradakı mülki şəxslər zərər görməsin. Biz oo insanların qarşısında duran silahlı strukturlara qarşı mübarizə apardıq. Bir evin belə zərər görməsinə icazə vermədik. Biz hər şeyi etdik ki, insanlar qorxmasın, narahat olmasın. Buna görə heç kim bizi günahlandıra bilməz".