Amerikanın bombardmançı təyyarələri Yaxın Şərqdə

Birləşmiş Ştatların B-52 strateji bombardmançı təyyarələri Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına gəlib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

"Maynot Hərbi Hava Qüvvələri bazasında (Şimali Dakota ştatı) yerləşdirilən beşinci qanadın bir hissəsi olan B-52 Stratofortress strateji bombardmançı təyyarələri CENTCOM-un məsuliyyət zonasına gəliblər", - paylaşımda deyilir.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin daha əvvəl Yaxın Şərqə əlavə qüvvələrin, o cümlədən raketdən müdafiə imkanları ilə təchiz edilmiş esmineslər, qırıcı və tanker təyyarələrindən ibarət eskadrilya və bir neçə B-52-nin göndərilməsi barədə göstəriş verib.

Share on Facebook