Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib. Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb. Xatırladaq ki, o, Vətən Müharibəsi qazisi olub, 2 övladı var.
09:36 Yanvarın 24-də saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırma aparmaqla yanaşı, hərəkətin təhlükəsizliyini nəzarətdə saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkətdə qarşıdan gələn Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər həyatını itirib. VAZ 2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Sozcu.az xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb. Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Rusiyada yaşayan miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı yayılan iddialar son günlərdə cəmiyyətin diqqət mərkəzindədir. Bu barədə yayılan xəbərləri həmin ölkədə yaşayanlar da təsdiqləməyə başlayıblar. Həmin şəxslərin arasında azərbaycanlıların olduğu da bildirilir. Sozcu.az xəbər verir ki, siyasi analitiklər bu vəziyyəti müxtəlif aspektlərdən şərh edirlər. Onların fikrincə, Rusiya hakimiyyəti miqrantların müharibəyə cəlb edilməsini bir neçə səbəblə əsaslandırır. Birinci səbəb kimi, sonradan Rusiya vətəndaşlığını alan şəxslərin bu ölkə üçün hərbi xidmət keçməyə borclu olduqları iddiası göstərilir. Rusiya rəsmiləri bu addımı, qanun çərçivəsində atılmış kimi təqdim etməyə çalışır, halbuki bu, bir çox beynəlxalq hüquq mütəxəssisi tərəfindən tənqid olunur. Digər bir səbəb isə Rusiya ordusunun Ukraynada ağır itkilər verməsidir. Müharibənin gedişində meydana çıxan əsgər çatışmazlığını aradan qaldırmaq üçün miqrantların müharibəyə cəlb edilməsi bir növ "ehtiyat resurs" kimi qiymətləndirilir. Bu, xüsusilə döyüş təcrübəsi olmayan və maddi çətinliklər içində yaşayan miqrantlar üçün ciddi sosial və hüquqi problemlər yaradır. Bundan əlavə, ekspertlər bu qərarın siyasi və sosial səbəblərini də vurğulayırlar. Belə ki, son illərdə Rusiyada miqrantlara qarşı xalq arasında ciddi narazılıq və düşmənçilik hissləri artıb. Hökumət bu narazılığı aradan qaldırmaq üçün miqrantları müharibəyə göndərməklə iki məqsədə nail olmağa çalışır: bir tərəfdən ordu sıralarını doldurmaq, digər tərəfdən isə yerli vətəndaşların miqrantlara qarşı mənfi münasibətini dəyişmək. Lakin bu addımın miqrant cəmiyyətlərində ciddi narahatlıq yaratdığı da müşahidə olunur. Bir çox miqrant ailəsi yaxınlarının zorla cəbhəyə göndəriləcəyi ilə bağlı qorxu içindədir. Xüsusilə, azərbaycanlı miqrantlar arasında yayılan narahatlıq artmaqda davam edir. Onlar müharibəyə cəlb edilməkdən qorunmaq üçün müxtəlif yollar axtarırlar. Bəziləri ölkəni tərk etmək barədə düşünür, digərləri isə vəziyyətə hüquqi yolla müdaxilə etməyə çalışır. Məsələ beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. İnsan hüquqları təşkilatları Rusiyada miqrantların vəziyyətini yaxından izləyir və bu mövzuda geniş hesabatlar hazırlayır. Onlar miqrantların məcburi şəkildə müharibəyə cəlb edilməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayırlar. Ümumilikdə, miqrantların müharibəyə cəlb edilməsi məsələsi Rusiya daxilində sosial və siyasi gərginliyi daha da artırıb. Bu vəziyyətin uzunmüddətli nəticələrinin nələr olacağı hələ ki məlum deyil, lakin bu qərar həm miqrantlar, həm də Rusiya cəmiyyəti üçün ciddi sınaqlara səbəb ola bilər.yenisabah)
Avropalılar Trampın gəlişi ilə öz rollarını oynamalıdırlar. Avropa güclü və suveren olmalıdır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron addım atmağın lazım olduğunu qeyd edib: “Daha çox cəsarət və müstəqillik daxil olduğumuz dövrə yeganə cavabdır”.
Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdirilir. Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçiriləcək. APA xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdiriləcək. Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam edəcək. Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub. İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
ABŞ ərazisini genişləndirməyə və Marsı tədqiq etməyə çalışacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib. “Birləşmiş Ştatlar bir daha özünü böyüyən, rifahını artıran, ərazisini genişləndirən, şəhərlər salan, ümidləri ilhamlandıran, amerikalı astronavtları göndərməklə bayrağını Mars planetinə qədər yeni üfüqlərə daşıyan, öz taleyinin ardınca gedən bir dövlət kimi görəcək", - Tramp bildirib.
Artıq iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşanır. Sozcu.az xəbər verir ki, cəm iki gün əvvəl 7-8 qəpiyə, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılan yumurta qəhətə çəkilib. Bununla bağlı müxtəlif şayiələr yayılır. Bildirilir ki, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar. İndi isə iki gündür marketlərə yumurta gətirilmir. Süni yaradılan böhranın məqsədi isə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurtanın qiyməti 20 qəpiyə qədər bahalaşacaq./publika.az
Ukrayna müharibənin 1061-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 818 740 hərbçi, 9 811 ədəd tank, 20 412 ədəd zirehli döyüş maşını, 22 055 ədəd artilleriya sistemi, 1 262 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1046 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 34 401 ədəd avtomobil texnikası, 22 615 ədəd PUA, 3051 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.
Hər ölkədə hərbi xidmətə çağırış yaşı, xidmət müddəti və qaydaları fərqlidir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən edilib. Zaman-zaman 18 yaşın az olduğu, 20-21 yaşa qədər artırılması ilə bağlı təkliflər irəli sürülür. Məsələn, Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir. Bizdə də bu yaşın qaldırılması mümkündürmü? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov gələcəkdə bu məsələyə baxıla biləcəyini deyib. Onun sözlərinə görə, bizdə də hərbi xidmətə çağırış yaşının artırılması mümkündür: “Azərbaycanın xidmətkeçmə haqqında öz qanunu var. Onun əsasında 18 yaşlı oğlanlar əsgərliyə çağırılır. Təbii ki, gələcəkdə Azərbaycan artıq peşəkar orduya keçəcək. O zaman isə 18 yaşlı əsgərin xidmətinə demək olar ki, ehtiyac olmayacaq. Çünki bizdə bu gün 22-25 yaşlı gənclər var, hansı ki, onlar çox böyük həvəslə orduda xidmət etmək istəyirlər. Çox güman onlara üstünlük veriləcək. Müharibə bitib, hər şey qaydasındadır. Artıq peşəkar orduya üstünlük vermək lazımdır”.
AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Məsələ ilə əlaqədar “Kapitalbank”-dan Sozcu.az-a bildirilib ki, dələduzluq faktı ilə bağlı araşdırma başladılıb: “Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı mətubata məlumat veriləcək”. Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.