Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə kütləvi zərbələr endirib.
Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.
"Hücum nəticəsində Taqanroqda 3 nəfər həlak olub. Daha 10 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çoxmənzilli və fərdi yaşayış evləri, yerli kollec, uşaq bağçası, avtomobillər və ən azı iki sənaye müəssisəsi zərər görüb", - o bildirib.
