Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu cənub cəbhəsində, Verbove istiqamətində ciddi uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib. “Hücum Novodanilovka-Verbove istiqamətində uğurlu oldu, hərbçilərimiz əldə olunan xətlərdə möhkəmləndilər”, - Kovalyov bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Melitolpol istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.

İmran Xanın məhkəməsindən XƏBƏR VAR

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı qətl ittihamını rədd edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Naim Pancuta bildirib. Qeyd edək ki, İ.Xan başqa bir vəkilin ölüm işində ittiham olunurdu.

Rusiyanın itkiləri 262 minə yaxınlaşır

Ukrayna müharibənin 551-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 261 310 hərbçi, 4400 ədəd tank, 8562 ədəd zirehli döyüş maşını, 5425 ədəd artilleriya sistemi, 730 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 499 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7866 ədəd avtomobil texnikası, 4383 ədəd PUA, 1415 qanadlı raket, 18 gəmi/qayıq, 809 xüsusi avadanlıq itirib.

Reznikov: “Kiyev gələcəkdə “Taurus” qanadlı raketlərini alacaq”

Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini tədarük edəcək. Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. "Bild", "Welt" və "Politico"ya müsahibə verən Reznikov, "Mən çox optimistəm və gələcəkdə Almaniyadan “Taurus” alacağımızı görürəm" açıqlamasını verib. Qeyd olunur ki, Ukraynanın tərəfdaşı olan Almaniya artıq Kiyevə bir çox müasir sistemlər verib. Eyni zamanda, Reznikov qanadlı raketlərin nə vaxt əldə olunacağını deməyib. "Amma bunun bir il çəkəcəyini düşünmürəm" deyə Reznikov bildirib.

Baydendən Trampa: Yaraşıqlı və gözəl oğlan...

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı həbsxana fotosuna münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Trampı "yaraşıqlı oğlan" adlandırıb. "Yaraşıqlı oğlan, gözəl oğlan", - Bayden deyib . Prezident televiziyada Trampın şəklini gördüyünü deyib. Xatırladaq ki, avqustun 25-də Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı rəsmi həbs prosedurundan keçib və sonrakı məhkəmə prosesləri üçün həbsxanada foto çəkdirib. Ağ Evin keçmiş rəhbəri 200 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

Ordumuz Sərsəngi nəzarətə götürməlidir - Politoloq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin işğal altındakı Sərsəng su anbarıyla bağlı yaydığı birgə bəyanat Qarabağın əsas su ehtiyatı mənbəyinin azad olunması məsələsini aktuallaşdırıb. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. “Bəyanatda da vurğulandığı kimi, su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Separatçılar və onları himayə edənlər söz eşitmirlərsə, demək, məsələnin güc yoluyla həllinə üstünlük verməliyik. Əlbəttə, erməni separatçıları və Ermənistan hakimiyyəti yenə haray-həşir salacaq, məsələni BMT müstəvisinə çıxarmağa çalışacaqlar. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar ayında Sərsəng su anbarıyla bağlı qəbul etdiyi qətnamə bizə məsələni istədiyimiz şəkildə həllinə geniş manevr imkanı yaradır. İnsanlarımızı azad olunmuş bölgələrə köçürürük, kənd təssəərrüfatı çalışmalarında suya ehtiyac yaranacaq. Bu səbəbdən də su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının nəzarətimizə keçməsinin əhəmiyyəti böyükdür”, - o bildirib.

Pentaqon: "Artıq "Vaqner" Ukraynadakı müharibədə aktor deyil"

"Artıq "Vaqner” xüsusi hərbi şirkətinin silahlıları Rusiyanın Ukraynaya qarşı müharibəsində aktor deyil”. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib. Onun sözlərinə görə, “Vaqner” Ukraynadakı müharibədə ciddi mənada rolunu itirib: “Onların effektivliyi azalıb”. Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib. Bir çox ekspertin fikrincə, bundan sonra “Vaqner” parçalanacaq.

Qriqoryan yenə Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TŞ-nin mətbuat xidəməti məlumat yayıb. Avqustun 28-də baş tutacaq səfər zamanı Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək. Qeyd edək ki, Qriqoryan ötən ilin noyabrında da Hindistana səfər etmişdi. Xatırladaq ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir, Dehli İrəvana haubitsalar da daxil olmaqla, bir sıra silahlar satır.

Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub. Sozcu.az xəbər verir ki, müvafiq əmrlərə əsasən, Tahir Məmmədli muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsindən, Xəyal Qurbanov isə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Bundan əlavə, yeni əmrlə Tahir Məmmədli Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

547-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 547-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 160 hərbçi, 4375 ədəd tank, 8511 ədəd zirehli döyüş maşını, 5333 ədəd artilleriya sistemi, 723 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 494 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7773 ədəd avtomobil texnikası, 4344 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 801 xüsusi avadanlıq itirib.

Qəza yerində Priqojinin cəsədi müəyyən edildi

Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu məlumat yayıb.  Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir. Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib./Oxu.az

Cəlilabadda zəlzələ nəticəsində dağıntı olub?

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb. Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb. Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.