Balasanyan İrəvana qaçdı və...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən şahid qismində dindirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Balasanyanın vəkili 24News-a müsahibəsində bildirib.

“Balasanyan qanunsuz silah və sursat saxlama işi üzrə dindirilib, onun ümumiyyətlə işlə heç bir əlaqəsi yoxdur, o, şahid qismində dindirilib”, - deyə vəkil Rafael Martirosyan qeyd edib.

Vəkil onu da əlavə edib ki, Balasanyanın ifadəsinin bu cinayət işinin istintaq prosesinə heç bir təsiri olmayacaq.

Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib.

Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

Share on Facebook