Müstəntiq və hakim Ermənistanın ikinci terrorçu prezidenti, Xocalı canisi Robert Köçəryanın oğlu Levon Köçəryanın həbs müddətinin daha 2 ay uzadılması barədə vəsatət verib.
Sozcu.az xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev öz “Facebook” səhifəsində məlumat paylaşıb.
“Prokuror vəsatət verərkən iddia etdi ki, Levon Köçəryanın nalayiq davranışı ilə bağlı onlarda faktiki məlumat yoxdur, lakin o, həbsdə saxlanılmalıdır. "Onun sentyabrın 27-dən oktyabrın 11-dək heç bir hərbi əməliyyat keçirməməsi ilə bağlı heç bir mövqeyi yoxdur, lakin o, Levon Köçəryanın həbsdə qalmasında israrlıdır", - Koçubayev belə yazıb.
Xatırladaq ki, L.Köçəryan sentyabrın sonunda – Azərbaycanın Qarabağdakı separatçı-terrorçuları təmizləmə əməliyyatından sonra İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalarda saxlanılıb və bir məhkəmə onun bir ay müddətinə həbsdə saxlanılması haqda qərar verib. O, dörd polis əməkdaşını döyməkdə ittiham edilir.