600-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 600-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 288 630 hərbçi, 4965 ədəd tank, 9385 ədəd zirehli döyüş maşını, 6910 ədəd artilleriya sistemi, 814 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 318 ədəd hərbi təyyarə, 317 ədəd helikopter, 9271 ədəd avtomobil texnikası, 5280 ədəd PUA, 1531 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 981 xüsusi avadanlıq itirib.

Share on Facebook