Ohanyan SƏRSƏMLƏDİ: "Şuşanı "azad etmək" olar"

“Şuşanı “azad etmək” olar”.  Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır. Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.

Məktəbdən qayıdan yeddi yaşlı qızın bütün bədəni yandı: Ailə artıq su almağa belə pul tapmır - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”. Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa). (oxu.az)

“Bu gün ölkəmizdə dilənçiliyin forması yaxşılaşıb"

“Bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. O deyib ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar. “Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar anidən hücuma keçirlər və şüşələri təmizləməyə başlayırlar və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”. (report.az)

Qaxda 29 yaşlı kişi göbələkdən zəhərlənib

Qax sakini qidadan zəhərlənib. Sozcu.az-ın məlumatına görə, rayonunun Dəymədağlı kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Muradov zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinənin nəticəsinə əsasən, onun göbələkdən zəhərləndiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.apa

Hikmət Mirzəyev Pəncəlinin anasının qarşısında... - Fotolar

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb. Sozcu.az xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H. Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib. Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub. Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı. qafqazinfo)

Putin fəxr edirdi: əlvida, “Xəncər” - Jdanov

Putin uzun illər hipersəs raket, “super silah”la fəxr edirdi. Dünyaya cizgi filmləri göstərirdi, deyirdi ki, bütün HHM sistemlərini keçə bilərik. Amma göründü ki, “Patriot” “Xəncər”i vura bilər. Əlvida, məğlubedilməz silah! Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Qərbdə, Ukraynada hər kəs “Patriot”la “Xəncər”in qarşılaşmasını gözləyirdi: “Bu onu göstərdi ki, X-22, aeroballistik, köhnə, sovet raketlərini də vura bilərik”.

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib

Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyaya məxsus zenit-raket kompleksinə də zərbə endirilib. Sozcu.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb. Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələri 7 hücum və 8 kəşfiyyat xarakterli PUA-nı da məhv edib. Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.

Ukrayna ABŞ-dan aldığı "Petriot" sistemi ilə Rusiyanın hipersəsli "Kinjal" raketini vurdu...

Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, ilk dəfə olaraq Putinin "əlçatmaz" raketini vurub "Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm!.." "Kinjal" raketi bu yaxınlarda Ukraynaya tədarük edilən Amerikanın "Petriot" sistemi ilə vurulub... Ukrayna Hava Hücumundan Müdafiə sistemi ilk dəfə olaraq Rusiyanın hipersəsli "Kinjal" X-47 raketini vurub.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı general Nikolay Oleşşuk bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb. "Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm! Bəli, biz "analoqu olmayan" "Kinjal"ı vurmuşuq!" - o Teleqram-kanalında yazıb.  Oleşşuk dəqiqləşdirib ki, bu, Kiyev vilayətində mayın 4-də gecə hücumu zamanı baş verib. X-47 raketi Rusiya ərazisindən MiQ-31K təyyarəsindən buraxılıb, o, bu yaxınlarda Ukraynaya tədarük edilən Amerikanın "Petriot" sistemi ilə vurulub. "Kinjal"ı xatırladan vurulan raketin qalıqları haqqında məlumat Ukrayna mətbuatında hələ dünən üzə çıxıb. Lakin rəsmi şəxslər bu məlumatları təkzib edib. Oleşşuk isə yazıb ki, vaxtından əvvəl informasiyanı dərc etmək lazım deyil, çünki düşmən bundan istifadə edilə bilər: "Biz nəyi, harada, nə ilə və nə zaman vurduğumuz haqqında mütləq danışacayıq! Bunu vaxtı çatanda edəcəyik".  Ötən ilin avqustunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya Ukraynada döyüş əməliyyatlarında üç dəfə hipersəsli "Kinjal" raketindən istifadə edib. "Və hər üç halda o, özünün gözəl xüsusiyyətlərini göstərib", - Şoyqu bəyan edib. Onun sözlərinə görə, "həm hipersəsli, həm bu cür sürətə malik, həm də belə nüfuzedici imkanlarl olan" raket hələ heç kimdə yoxdur, "Kinjal"ı nə aşkar etmək, nə də ələ keçirmək mümkündür.  "Kinjal" qanadlı yox, aeroballistik raketdir. İndiyədək Ukraynanın HHM sistemləri bu tip raketlərə qarşı faktiki olaraq aciz olub. Lakin mütəxəssislər iddia edir ki, "Petriot" sistemi bu tip raketləri vurmaq qabiliyyətinə malikdir.

Daha iki vəzifəli polis işdən kənarlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir. Yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib. Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir. Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.

İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İran İslam Respublikasından ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitə və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə sayılan “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkar olunub. Mayın 5-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

"Biz hamımız burada başqa Vladimiri görmək istəyirik" - Zelenskidən Putinə iynəli atmaca...

"Rusiyanın törətdiyi insanlığa qarşı hərbi cinayətlərə, Ukrayna xalqına qarşı soyqırım cinayətinə görə məsuliyyətə cəlb edilməlidir və buna yalnız beynəlxalq tribunal sayəsində nail olmaq mümkündür..." Rusiya təcavüz cinayətinə görə beynəlxalq tribunal tərəfindən məhkum edilməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Niderland Krallığına səfəri çərçivəsində ölkənin ictimai, siyasi və ekspert dairələri və Haaqada yerləşən beynəlxalq təsisatlarının nümayəndələri qarşısında çıxışı zamanı bəyan edib. Məlumatı "gordonua.com"  internet nəşri yayıb. "Heç şübhəsiz, biz burada başqa Vladimiri görmək istəyirik. Biz onu Haaqada görmək istəyirik. O kəsi ki, cinayətkar əməllərinə görə məhkum olunmağa layiqdir. Və bu, burada, beynəlxalq hüququn paytaxtında baş verməlidir. Mən əminəm ki, bu, qalib gələcəyimiz zaman baş verəcək. Biz isə təkcə döyüş meydanında qalib gəlməyəcəyik. Baxın, dünya ölkələri Ukraynanın müdafiə olunması üçün yardım ətrafında necə birləşib. Yardım etmək istəyinin əsasında nə dayanır? Bunun əsasında söhbətin təkcə bir ölkənin taleyindən getmədiyi, bir təcavüzkara qarşı müqavimətdən daha artıq hissiyyatı dayanır. Biz aqressiv müharibəni dayandırmalıyıq", - o, deyib. Zelenski qeyd edib ki, Rusiyanın tək bir cinayəti digər cinayətlərə-təcavüz cinayətinə gətirib çıxarıb. "Bu ilkin cinayət şərin başlanğıcı olub. Bu cinayətə görə məsuliyyət olmalıdır. Buna isə yalnız tribunal sayəsində nail olmaq mümkündür. Avropa və dünya buna bənzər halla artıq üzləşib, biz Nürnberqdə beynəlxalq tribunalın nəticələrini görmüşük. Biz beynəlxalq tribunalın yaradılmasına tərəfdarıq. Əgər biz ədalət istəyiriksə, beynəlxalq hüququn çatışmazlıqlarına istinad etməməliyik. Bunun əvəzinə bu çatışmazlıqların aradan qaldırılması üçün cəsarətli qərarlar qəbul etmək lazımdır", - o, deyib. Zelenski vurğulayıb ki, qələbəmizdən sonra davamlı sülhə "hibrid əvəzedici" ilə deyil, yalnız dolğun ədalət məhkəməsi sayəsində nail oluna bilər. Prezident Niderlanda hərbi yardıma, habelə Beynəlxalq Cinayət Məhkəməsində xüsusi tribunalın, hərbi cinayətlərin araşdırılması üzrə mərkəzin yaradılmasına dəstəyə görə minnətdarlığını bildirib. Zelenski Haaqda Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Pyotr Xofmanski və Məhkəmənin katibi Osvaldo Zavala Aqilerlə görüşüb. Zelenski qeyd edib ki, insanlığa qarşı hərbi cinayətlərdə və Ukrayna xalqına qarşı soyqırım cinayətlərində bütün günahkarların məsuliyyətə cəlb edilməsi "Ukrayna üçün prinsipial məsələdir". Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin təcavüzkar ölkənin prezidenti Vladimir Putinin və Uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın Ukrayna uşaqlarının deportasiya olunması ittihamı üzrə həbslərinə orderlərin verilməsi qərarının vacibliyindən danışıb. Xatırladaq ki, Zelenski mayın 4-də Niderlanda səfərə gəlib. Dövlət başçısı ölkə parlamentində çıxış edib, habelə Baş ştatların rəhbərləri ilə görüşlər keçirib.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 435-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 192 590 hərbçi, 3707 ədəd tank, 7216 ədəd zirehli döyüş maşını, 2962 ədəd artilleriya sistemi, 547 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 304 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5886 ədəd avtomobil texnikası, 2523 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 370 xüsusi avadanlıq itirib.