Rusiyanın 100 min əsgəri öldürüldü, hücum dayandı!

Rusiya Baxmut yaxınlığında hərbi əməliyyatlar dövründə 100 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bu rəqəmləri Amerika kəşfiyyatı əldə edib. Xüsusən dekabrdan bəri “Vaqner”in 20 min döyüşçüsü öldürülüb. Kirbi bildirib ki, Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub.

Qeşevin kortejinin keçdiyi yolda partlayış…

Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yerində polis əməliyyat tədbiri həyata keçirib. Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ölkə paytaxtı Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu kortejdəki avtomobillərdən birinin qarşısında işə düşüb. Xəsarət alan olmayıb. Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb. Mayın 2-də Bolqarıstanın Baş naziri Qılıb Donevin Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.

Ukrayna Baxmutda əks-hücuma keçdi - General

Ukrayna hərbçiləri Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edərək 10 döyüşçüsünü girov götürüb. Baxmutda isə əks-hücum nəticəsində düşməni bəzi mövqelərini tərk etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib. "İrəli getmək üçün düşmən maksimum səy göstərir və heç nəyi nəzərə almır. Əhəmiyyətli itkilərə baxmayaraq, "Vaqner"in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır. Lakin düşmən Baxmutu ala bilmir. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”, - o bildirib.

CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə CNN yazıb. Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir. “Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb. “Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.

Rusların bu istiqamətdə əməliyyatları uğursuz oldu

Rus ordusu Svatovo-Kremennoy istiqamətində məhdud hücumlar həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Bu hücumların hamısı uğursuz olub. Bundan başqa, Ukrayna ordusu rusların arxa cəbhəsinə də zərbələr endirir. Rus mənbələri də təsdiq edir ki, aprelin 29-da Ukrayna ordusu Alçevskdən 9 km qərbdə yerləşən Bryankanı HİMARS-larla vurub”, - məlumatda qeyd olunub.

Putin terrorçudur, onunla danışmayacam - Zelenski

Rusiya Prezidenti Vladimir Putinlə heç bir danışıqlardan söhbət gedə bilməz, çünki o, terrorçudur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Putin bütün dünyaya əraziləri ələ keçirməyəcəyini, heç vaxt genişmiqyaslı müharibə olmayacağını demişdi. Bundan sonra onunla necə danışmaq olar?”, - Zelenski bildirib.

Rusiyanın itkiləri 190 MİNİ keçdi

Ukrayna müharibənin 430-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 190 040 hərbçi, 3697 ədəd tank, 7184 ədəd zirehli döyüş maşını, 2908 ədəd artilleriya sistemi, 543 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 294 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5836 ədəd avtomobil texnikası, 2471 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 355 xüsusi avadanlıq itirib.

Kütləvi zəhərlənmə: 20 rus hərbçisi öldü

Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçilər arasında kütləvi zəhərlənmə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusunun bölmələrinin birində baş verən zəhərlənmə nəticəsində 20 rus hərbçisi ölüb.

Lukaşenkonun soyqırımda əli var - AŞPA-dan şok qərar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalıların soyqırımında iştirakını tanıyıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib. Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib. "Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir", - deputat bildirib.

Sirləri yayan zabitin komandirləri işdən çıxarıldı

Pentaqonun gizli sənədlərinin ortaya çıxarılmasında ittiham olunan Cey Teyşeyranın qulluq etdiyi Milli Qvardiyanın iki komandiri vəzifələrindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. ABŞ Hərbi Hava Qüvvələrinnin nümayəndəsi bildirib ki, Teyşeyranın qulluq etdiyi 102-ci kəşfiyyat qanadının komandirini və əməliyyat komandirini vəzifədən uzaqlaşdırıblar. Hər iki komandirin Hərbi Hava Qüvvələrinin Baş Müfəttişi tərəfindən aparılan araşdırmaya qədər vəzifələrindən kənarlaşdırıldığı qeyd olunub. Bununla yanaşı, həmin şəxslərin şifrələnmiş sistem və məlumatalara girişi tam qadağan edilib. Qeyd edək ki, Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cek Teyşeyra FTB tərəfindən saxlanılmışdı.

Kiprdə Rusiyanın elm və mədəniyyət mərkəzi yandırıldı

Cənubi Kiprin paytaxtı Lefkoşada Rusiya Elm və Mədəniyyət Mərkəzinin binası yanıb. Sozcu.az xəbər verir ki, bu b arədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, naməlum şəxslər binaya “Molotov kokteyli” atıblar: “İki güclü partlayış olub, divar və dam yanıb. İnsanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər hadisə yerindədir”. Yerli fövqəladə hallar xidmətinin məlumatına görə, yanğının söndürülməsinə beş yanğınsöndürən maşın və bir zirehli transportyor cəlb olunub.

Rusların iki bölüyü məhv edildi

Sutka ərzində Tavriya istiqamətində rusların iki bölüyü və 18 hərbi texnikası məhv edilib. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski deyib. “Düşmənin 2 ədəd tankı, BTR-i, MTLB-si, 3 ədəd PDM-i, 2 ədəd “2S5 Qiasint-S”, 2 ədəd “2S3 Akasiya” haubitsası və avtomobil texnikası məhv edilib. Ukrayna hərbçiləri rusların sursat anbarını da darmadağın ediblər”, - general bildirib.