Həkimlər İrandan qaçır - Şok statistika

Son bir ildə İrandan xaricə mühacirət etmək üçün müraciət edən həkimlərin sayı 3 dəfə artıb.

Sozcu.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb.

İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Zəhra Şeyxi məsələyə münasibəti zamanı səhiyyə mütəxəssislərinin miqrasiya statistikasının dəhşətli səviyyəyə çatdığını deyib.

O, hakimiyyətin tibb işçilərinin ölkədən miqrasiyası barədə xəbərdarlıqlara əhəmiyyət vermədiyini bildirib.

Share on Facebook