Finlandiya Rusiya ilə sərhədləri açmaqdan İMTİNA ETDİ

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyəti “çox ciddi və həyəcanverici” hesab edir, ona görə də sərhəd-keçid məntəqələrinin açılması mümkün deyil.

Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin başçısı Petteri Orpo Yle telekanalının efirində bildirib.

"Anladığımız qədər, şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni olaraq Finlandiyaya gəlmək olan insanlar var" – Orpo deyib. Onun fikrincə, söhbət yüzlərlə yox, minlərlə insandan gedir.

“Aydındır ki, biz sərhədlərin bağlanmasını ləğv edə bilmərik, lakin eyni zamanda, onun bağlanmasına baxmayaraq, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri hazırlamaq lazımdır”.

Sərhəd məhdudiyyətləri fevralın 11-də ləğv edilməli idi. Bundan əvvəl “İlta-Sanomat” qəzeti yazıb ki, Helsinki fevralın 11-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini açmamaq qərarına gəlib. Nəşrin mənbələrinə görə, Finlandiya hakimiyyəti sərhəd keçidlərinin hətta qısamüddətli istismarını istisna etmək üçün tədbirlər görmək niyyətindədir.

Finlandiyanın şərq sərhədindəki keçid məntəqəsinin ilk bağlanması 2023-cü il noyabrın ortalarında baş verib. Helsinki bu qərarı “Moskvanın Yaxın Şərq və afrikalı miqrantların sərhədi keçməsinə yardım etməsi” ilə əsaslandırıb. Noyabrın 30-dan dekabrın 14-dək Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələri bağlanıb.

Share on Facebook